Axtarış

The search found 105849 results in 0.109 seconds.

Search results

  1. David Bakradze:"Salome Zurabişvili Gürcüstanın maraqlarına fundamental zərər vurur"

    Müxalif "Avropalı Gürcüstan" partiyasının lideri David Bakradze Prezident Salome Zurabişvilinin iki gün əvvəl Birinci Kanalın efirində yayımlanan "Azad Baxış" verlişində qonaq olarkən Gürcüstanın sərhədləri ilə əlaqədar səsləndirdiyi fikirləri tənqid edib. Muxalifet.az 24News.ge saytına istinadla xəbər verir ki, David Bakradze Salome Zurabişvilini ölkənin fundamental maraqlarına zərər vurmaqda ittiham edib.

    Muxalifet3 - 26-12-2019

  2. Qərb müftisinin seçkisindən sonra Tariel Nakaidze od püskürdü - Hakimiyyət müsəlman əhalini növbəti dəfə təhqir etdi

    "Gecə saat 1-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən alınan qərar, gündüz saat 3-də həmin idarənin təsis etdiyi dırnaqarası qrup Adəm Şantadzeni müsəlman icmasının müftisi olaraq seçdi". Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstan Müsəlmanlar Birliyinin (GMB) sədri Tariel Navaidze ötən gün Gürcüstanın Qərb müftisinin seçkisindən sonra özünün "Facebook" profilində yazıb. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti müsəlman icmasını növbəti dəfə təhqir edərək alçatdı. "Bu gün müsəlman icmasında (Acaristanın müsəlman icması) xəyali bir seçim baş tutdu.

    Muxalifet3 - 26-12-2019

  3. Birinci vitse-prezidentə yeni köməkçi təyin edildi - SƏRƏNCAM

    Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib. Bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Andrey Sipilin Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.

    Muxalifet4 - 26-12-2019

  4. Davudoğlu erməni jurnalistə partiyasında yüksək vəzifə verdi - FOTO

    Türkiyənin sabiq Baş naziri və keçmiş Xarici işlər naziri Əhməd Davudoğlunun qurduğu "Gələcək" Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin adları açıqlanıb. Muxalifet.az yeniavaz.com-a istinadən bildirir ki, Əhməd Davudoğlu partiyanın Təşkilat Komitəsinə üzv olan 154 nəfər arasında komissiya sədrləri təyin edib. "Gələcək" Partiyasının Təşkilat Komitəsinə üzv olan erməni əsilli jurnalist Etyen Mahçupyan Araşdırma, İnkişaf və İctimaiyyətlə əlaqələr komissiyasına rəhbərlik edəcək.

    Muxalifet4 - 26-12-2019

  5. Tanınmış meyxanaçını mismarla öldürmək istəyiblər – O da sənət adamıdır

    Məşhur meyxanaçı Namiq Məna "Şou ATV"nin efirində maraqlı açıqlama verib. “Yeni Sabah” xəbər verir ki, söz ustadı sənətdə yeni-yeni uğur qazanmağa başladığı vaxtda həyatına qəsd edilmək istədiyini deyib. O, toyların birində yeməyinin içinə mismar atıldığını bildirib. 2 il ərzində boğazında mismar qaldığından xəbərsiz olan meyxanaçı, tez-tez təzyiqinin qalxmasından, ürək bulanmasından narahatçılıq keçirdiyini deyib. Sonda “çöpçü”yə üz tutan ifaçı boğazında mismar qaldığını öyrənib. O, boğazından çıxarılan zaman dəmir parçasının artıq paslandığını deyib.

    Muxalifet4 - 26-12-2019

  6. Moskvanın Suriya və Türkiyəni barışdırmaq cəhdləri təsirsiz qaldı

    Həftənin əvvəlində Moskvada reallaşan Türkiyə-Rusiya arasındakı heyətlərarası görüşməyə bağlı maraqlı detallar ortaya çıxdı. Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Rus mətbuatı, Moskvanın Türkiyə ilə qarışıq heyət görüşmələrini, Şam ilə Ankara arasında bir “ortaq məxrəcə gətirmə” cəhdinə çevirmək istədiyini irəli sürü.

    Muxalifet3 - 26-12-2019

  7. "Putinin reytinqinin artımını və prezident seçilməsini çeçen mücahidlər təmin etdi" - ELXAN ŞAHİNOĞLU

    "Vladimir Putinin Rusiyada hakimiyyətə gəlişinin 20 ili tamam oldu. Boris Yeltsin 1999-cu ilin dekabrında televiziya ilə çıxışında prezident kürsüsünü o zamankı baş nazir Putinə ötürdüyünü elan etdi. O zaman Putinin reytinqi yüksək deyildi. Çünki o az tanınırdı, elə bir uğur hekayəsi yox idi". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

    Muxalifet4 - 26-12-2019

  8. "Əli Həsənov deyirdi ki, hər kəsdən pul alın..." — Rəsmi qəzet sabiq köməkçini "TOPA TUTDU"

    Azərbaycan Prezidentinin İşlər İdarəsinin təsisçisi olduğu "Respublika" qəzetində ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdan bəhs edən tənqidi məqalə dərc edilib. Demokrat.az xəbər verir ki, "Bumeranq" adlanan məqalədə Əli Həsənov və onun uzun illər apardığı media siyasəti sərt tənqid olunub. Həmin məqaləni ixtisar etmədən oxuculara təqdim edirik: Nə əkərsən, onu biçərsən Həmkarım Xeyrəddin Qoca redaksiyaya gəlmişdi. Yetmiş illik yubileyinə hazırlaşmasını xəbər verdi.

    Muxalifet4 - 26-12-2019

  9. İcra başçılarının topladığı maaş kartlarının taleyi nə olacaq?

    Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyev həbs ediləndən sonra məlum oldu ki, onun yol verdiyi qanunsuz əməllərdən biri də maaş kartlarını mənimsəməsidir. Yayılan məlumatlarda deyilirdi ki, Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy Rayon İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb.

    Muxalifet4 - 26-12-2019

  10. BUMERANQ: Nə əkərsən, onu biçərsən - ƏLİ HƏSƏNOV HAQQINDA DAHA BİR SENSASİON YAZI

    Həmkarım Xeyrəddin Qoca redaksiyaya gəlmişdi. Yetmiş illik yubileyinə hazırlaşmasını xəbər verdi. Biz istər-istəməz onun 90-cı illərdə bir jurnalist kimi başına gələn müsibəti xatırladıq. O, kiçik formatlı qəzetlərində ardıcıl olaraq, ümummilli lider Heydər Əliyev barəsində məqalələr dərc edirdi. Xalqın böyük məhəbbət və etimadından danışırdı. O zaman Azərbaycanda hakimiyyət kürsüsündə əyləşənlər mətbuatda Heydər Əliyevin adının çəkilməsindən xoflanırdılar.

    Muxalifet4 - 26-12-2019

  11. "AccessBank"ın fırıldaqçılığı: vətəndaşlar xəbərləri olmadan 70 min dollarlıq kreditə zamin göstəriliblər

    "AccessBank"ın əməkdaşları tərəfindən bir neçə vətəndaşın adları onların xəbərləri olmadan 70 min dollarlıq kreditə zamin yazılıb. Bankın fırıldaqçılığının qurbanlarından biri, jurnalist Valeh Dadaşov bildirir ki, bir neçə ay öncə məhkəmədən 70 min dollarlıq bank kreditinə "zamin dayandığı" və krediti götürən şəxsin ödəniş etməməsi səbəbilə yerdə qalan məbləğin ondan tutulacağı barədə məhkəmə qərarı alıb.

    Muxalifet4 - 26-12-2019

  12. Yeni icra başçısı “lapatka” götürüb işə başladı - FOTOLAR

    Dekabrın 26-da Hacıqabul Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı-Qazax yolunun Hacıqabul rayon mərkəzi ilə birləşən hissəsində ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada ETSN-nin tinglik müəssisələrində yetişdirilən 2000-ə yaxın Eldar şamı ağacı əkilib.

    Muxalifet4 - 26-12-2019

  13. PA-nın keçmiş şöbə müdiri nazir müavini təyin edildi

    Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub. Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini təyin edilib. Qeyd edək ki, Eldar Nuriyev bundan əvvəl Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri işləyib. O, noyabrın 29-da vəzifəsindən azad olunub.

    Muxalifet4 - 26-12-2019

  14. Göyçayda “xəlvəti deputat” bazarı - İcra başçısı mandatı kimə söz verib?

    Hüquq müdafiəçisi Taleh Xasməmmədov Göyçay rayonunda deputat mandatı uğrunda mübarizənin gərginləşməsindən yazıb. Sfera.az-ın məlumatına görə, hüquq müdafiəçisi Göyçay rayonunun keçmiş deputatı Elman Nəsirovun namizədliyini verəcəyini gözlədikləri bir vaxtda başqasının aktivləşdiyini iddia edib: “Məlumata görə, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən keçmiş Baş nazir Novruz Məmmədovun sevimli kadrı olan Məzahir Əfəndiyev namizədliyini irəli sürüb.

    Muxalifet4 - 26-12-2019

  15. Almaniyada olan Azərbaycan vətəndaşları geri qaytarılır

    Bu ilin yanvar-oktyabr aylarında 20 996 nəfər Almaniyadan deportasiya edilib. Muxalifet.az-ın xəbərinə görə, Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1000 nəfər azalma deməkdir. Nazirliyin məlumatıda bildirilir ki, hazırda aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min sığınacaq axtaran ölkənin müxtəlif şəhərlərində yerləşən 577 deportasiya mərkəzində saxlanılır. Onlardan ən böyüyü 1250 nəfərlik Deggendorf deportasiya mərkəzidir.

    Muxalifet4 - 26-12-2019

  16. ATƏT parlament seçkiləri ilə bağlı hesabat yaydı - SEÇKİQABAĞI MÜHİT, SEÇKİLƏRƏ HAZIRLIQ VƏ...

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı mühit və qarşıdakı seçkilərə hazırlıq prosesi ilə bağlı hesabat hazırlayıb. Muxalifet.az-ın xəbərinə görə, hesabat ATƏT/DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyası tərəfindən hazırlanıb. Hesabatda bildirilib ki, Azərbaycanda seçkiqabağı mühiti və qarşıdakı seçkilərə hazırlıq prosesi qiymətləndirmək üçün ATƏT/DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyasının üzvləri dekabrın 19-21-də Azərbaycanda səfərdə olublar.

    Muxalifet4 - 26-12-2019

  17. ​“Hakim partiya yeni simaları önə çəkmək istəsə də, “köhnələr” narazılıq edir” – ADP SƏDRİ

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısını dekabrın 25-də açıqlayacağı bildirilirdi. Hətta dünən YAP İdarə Heyətinin iclasının keçirildiyi və yaxın saatlarda siyahının elan ediləcəyi barədə məlumat yayılmışdı. Lakin gözləntilərin əksi baş verdi. YAP siyahını açıqlamadı. Bu isə müxtəlif fərziyyələrə səbəb olub. Bəzi iddialara görə, hakim partiyanın siyahını açıqlamamasının səbəbi partiya daxilində baş qaldıran narazılıqlarla bağlıdır. Narazılar isə YAP-ı Milli Məclisdə təmsil edən partiya üzvləridir.

    Muxalifet4 - 26-12-2019

  18. Almaniyada daha bir Azərbaycan evi açıldı – FOTOLAR

    Xaricdə yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan evlərindən daha biri 25 dekabrda Almaniyanın Köln şəhərində açılıb. Demokrat.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Komitənin Strateji Yol Xəritəsinə uyğun olaraq yaradılan Köln Azərbaycan evi soydaşlarımızın istifadəsinə verilib.

    Muxalifet4 - 26-12-2019

  19. Mehman Hüseynov seçki saxtakarlığı ilə bağlı sənədləri DSK-ya təqdim edib - FOTO

    Tanınmış blogger Mehman Hüseynov son bələdiyyə seçkilərində topladığı səsləri qorumaq üçün hüquqi müstəvidə mübarizəyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, blogger bununla bağlı özü açıqlama verib. O bildirib ki, MSK sədri Məzahir Pənahovun açıqlamasından sonra zəruri olan bütün fakt və sənədləri təqdim etməyə hazırlaşır. “Məzahir Pənahov açıqlama verib ki, hansı dairələrdə ciddi pozuntular olubsa, foto-video faktlar varsa, biz onları araşdırıb ciddi addımlar atacayıq!

    Muxalifet4 - 26-12-2019

  20. Ərdoğan ordu göndərəcəyini açıqladı, Rusiya dərhal REAKSİYA VERDİ

    “Üçüncü ölkələrin müdaxiləsi Liviya böhranının həllinə fayda verə bilməz”. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Liviyaya ordu göndərilməsini Milli Məclisin gündəminə gətirəcəklərini söyləməsindən dərhal sonra açıqlama yayan Peskov bildirib ki, üçüncü ölkələrin problemə birbaşa həll yolu tapma və qarşıdurma tərəflərinə bu mövzuda kömək etmək təşəbbüsləri hər zaman məmnuniyyətlə qarşılanır.

    Muxalifet4 - 26-12-2019

Pages