Mehman Hüseynov seçki saxtakarlığı ilə bağlı sənədləri DSK-ya təqdim edib - FOTO

Tanınmış blogger Mehman Hüseynov son bələdiyyə seçkilərində topladığı səsləri qorumaq üçün hüquqi müstəvidə mübarizəyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, blogger bununla bağlı özü açıqlama verib. O bildirib ki, MSK sədri Məzahir Pənahovun açıqlamasından sonra zəruri olan bütün fakt və sənədləri təqdim etməyə hazırlaşır. “Məzahir Pənahov açıqlama verib ki, hansı dairələrdə ciddi pozuntular olubsa, foto-video faktlar varsa, biz onları araşdırıb ciddi addımlar atacayıq! Mən namizəd olduğum dairədə baş verən bütün qanun pozuntuları, bütün saxtakarlıqlar, bütün şərəfsizliklər, təzyiqlər, bizə verdikləri saxta protokollar, karusel əməliyyatlarını, başqa rayonda qeydiyyatda olan vətəndaşların gəlib bizim ərazidə səs vermələri, məntəqə sədrlərin protokolları götürüb qaçan kadrlar, muşahidəçilərimizə hədə-qorxular, polis tərəfindən vətəndaşlara təzyiqlər, başqalarının yerinə səs vermələr, topa bülleten kəsib atanların olduğu foto-video faktları disk və fleşkarta toplayıb, şikayət ərizəsini yazıb, şəxsən özüm aparıb Dairə Seçki Komisiyasına təqdim etdim”. O qeyd edib ki, DSK sədri şikayəti qəbul edib. “Araşdırma aparacaqlarını dedilər. Ay Məzahir, sənə hər şeyi sübutla göndərdim. İndi istəyirsən araşdır, istəyirsən araşdırma, özün biləsən. Hüquqi müstəvidə sizi mələdəcəm, buna əmin olun, kreativ etiraz aksiyalar da sizin üçün hazırlamışam. Bizim təqdim etdiyimiz faktlar əsasında dairənin nəticələri ləğv edilməlidir!” Mehman Hüseynov onu da deyib ki, bələdiyyə seçkilərində buraxdıqları səhvləri, boşluqları göstərənlərə təşəkkür edib. “Bunlardan nəticə çıxardaraq, parlament seçkilərinə daha böyük komanda, daha məsuliyyətli, daha çox muşahidəçi ilə, daha çox video kamera ilə hazırlaşırıq”.