Moskvanın Suriya və Türkiyəni barışdırmaq cəhdləri təsirsiz qaldı

Həftənin əvvəlində Moskvada reallaşan Türkiyə-Rusiya arasındakı heyətlərarası görüşməyə bağlı maraqlı detallar ortaya çıxdı. Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Rus mətbuatı, Moskvanın Türkiyə ilə qarışıq heyət görüşmələrini, Şam ilə Ankara arasında bir “ortaq məxrəcə gətirmə” cəhdinə çevirmək istədiyini irəli sürü. Rusiyanın “Kommersant qəzeti” həm Suriya xarici işlər naziri Valid Muallimin, həm də Türkiyədən gələn yüksək səlahiyyətli heyətin eyni gün Rusiya Xarici İşlər Nazirliyi binasında olduğunu ifadə edərək bunun bir təsadüf olmadığını qarşıya qoydu və belə dedi: "Nazirlik binasının bir mərtəbəsində Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyalı həmkarı Valid Muallim ilə görüşdü. Digər bir mərtəbədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin, türkiyəli həmkarı Sedat Onalın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətini qəbul etdi ”. Moskvanın Muallim və Önalı bir araya gətirməyi planladığını ifadə edərək, dedi: “Ancaq Suriya və Türkiyə nümayəndə heyətlərini görüşdürə bilmədik. Eyni zamanda Rusiya, Suriya və Türkiyə nümayəndə heyətləri eyni anda, ancaq ayrı-ayrı görüşərək cəbhə xəttindəki hər iki tərəfi də eyni vaxtda qiymətləndirmək imkanı əldə etdilər. Türkiyənin, İdlibdəki hadisələr səbəbiylə Şam rəhbərliyinə müharibə elan etmə nöqtəsinə gəldiyi gərgin bir dövrdə, onsuz da ikitərəfli görüş gözlənilə bilməzdi ". Muxalifet.az