Axtarış
The search found 105849 results in 0.03 seconds.
Search results
İran bu səhəri zəlzələ ilə açdı
İranın cənubunda Buşehr nüvə zavodu yaxınlıqında 5,1 bal gücündə zəlzələ olub. Muxalifet.az bu barədə "Azadlıq.org"a istinadla bildirir. Məlumatı ABŞ və Avropa ekspertləri bu gün səhər yayıb. ABŞ Geoloji Xidməti zəlzələni orta səviyyəli kateqoriyaya salıb. Zəlzələnin mərkəzi Buşehrdən 53 kilometr şərqə düşüb. Avropa Aralıq Seysmoloji Mərkəzi də 5,1 bal gücündə zəlzələ baş verdiyini bildirib. Muxalifet.az
Muxalifet3 - 27-12-2019
Rusiya Qırğızıstandakı bazasını "kimə qarşı" gücləndirir - Çinə qarşı?
Rusiya prezidenti Vladimir Putin dekabrın 26-da Dövlət Dumasına müzakirə üçün protokol təqdim edib. Bu protokol Rusiyanın Qırğızıstandakı hərbi bazasında pilotsuz təyyarələrin və dronların yerləşdirliməsini nəzədə tutur. Burada söhbət əsasən Rusiya pilotsuz təyyarələrininQırğızıstan üzərində maneəsiz uçuşundan gedir. Protokolda habelə Rusiya tərəfinin Qırğızıstandakı hərbi bazadan istifadəsinin illik icarə haqqı göstərilib. Sənədə əsasən, Rusiya bazadan istifadə üçün Qərğızıstana ildə 4 milyon 794 min dollar ödəməlidir.
Muxalifet3 - 27-12-2019
Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi vurdu - CƏBHƏDƏ GƏRGİNLİK
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Muxalifet4 - 27-12-2019
Qazaxıstanda təyyarə binaya çırpıldı: ÖLƏNLƏR VAR - VİDEO
Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarə Alma-Atı hava limanı yaxınlığında qəzaya uğrayıb. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə hava limanının "Facebook"dakı səhifəsində bildirilir. "Bu gün "Bek Air" aviaşirkətinin Alma Atı-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Layner qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb. 95 sərnişin, 5 ekipaj üzvü olan təyyarədə ölənlərin sayı artaraq 14 nəfər olub.
Muxalifet4 - 27-12-2019
Ərdoğan: Türkiyə parlamenti Liviyaya qoşun göndərilməsi üçün səsvermə keçirəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı deyib ki, qanunvericilər yanvar ayının əvvəlində Tripolidə BMT-nin dəstəklədiyi hökümətə dəstək məqsədilə Liviyaya qoşun göndərilməsinə icazə verəcək qanun layihəsi üzərində səsvermə keçirəcək. Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla bildirir. Ərdoğan bildirib ki, parlament səsverməni tətildən qayıdandan sonra yanvarın 8-də və ya 9-da keçirəcək. Onun partiyası parlamentdə çoxluq təşkil edir və bu səbəbdən də qanun layhiəsinin təsdiq olunma ehtimalı çox yüksəkdir.
Muxalifet3 - 27-12-2019
Həbs olunan icra başçısının hakim oğlu: “İmkan verin dərdimizə çarə tapaq”
Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevlə bağlı məlumatlar yayılıb. Nərimanov Rayon Məhkəməsindən gununsesi.org-a bildirilib ki, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb və məhkəmənin digər hakimləri arasında bölüşdürülüb. Modern.az məsələni dəqiqləşdirmək üçün hakim Ramin Quliyevlə əlaqə saxlayıb.
Muxalifet4 - 27-12-2019
Ermənistan çoxsaylı “Osa-AK” zenit-raket kompleksləri alıb - PAŞİNYAN BAXIŞ KEÇİRDİ
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün müdafiə naziri David Tonoyanın və Baş qərargah rəisi Artak Davtyanın müşaiyəti ilə hərbi hissələrdən birinə baş çəkib, orada silahlanmaya yeni qəbul edilmiş “Osa-AK” zenit-raket kompleksləri ilə tanış olub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Ermənistanın “çoxsaylı” belə zenit-raket kompleksləri aldığını bildirib. Onun sözlərinə görə, həmin komplekslər “yerində modernləşdirilib”. “Osa-AK hava hücumundan müdafiə komplekslərinin böyük partiyası əldə edilib.
Muxalifet4 - 27-12-2019
Merkel miqrant sazişini qorumaq məqsədilə Türkiyəyə səfər edəcək
"Sueddeutsche Zeitung" agentliyinin bildirdiyinə görə, Almaniya kansleri Angela Merkel Suriyadakı münaqişənin yeni qaçqın axınına səbəb ola biləcəyinə dair narahatlıqlar fonunda prezident Tayyib Ərdoğanı Avropa İttifaqı ilə imzaladığı miqrasiya sazişinə əməl etməyə çağırmaq üçün gələn ay Türkiyəyə səfər edəcək.
Muxalifet3 - 27-12-2019
YAP namizədlərini müəyyənləşdirir - BU GÜN İCLAS KEÇİRİLƏCƏK
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası keçiriləcək. İclas saat 12:00-da başlayacaq. İclasda YAP İdarə Heyətinin üzvləri iştirak edəcək. İclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunacaq.
Muxalifet4 - 27-12-2019
Kanada "Evdə tək-2" filmindən Trampın rol aldığı səhnəni çıxardı / VİDEO
"Bu film bir də heç vaxt əvvəlki kimi olmayacaq! (Sadəcə zarafat edirəm)”. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadanın CBC kanalında yayımlanan "Evdə tək-2" filmindən onun iştirak etdiyi səhnənin çıxarılması ilə bağlı xəbərə münasibət bildirərkən öz Tvitterində yazıb. Tramp həmçinin zarafatla olsa da, həmin epizodun filmdən çıxarılmasının onunla Kanadanın baş naziri Castin Trudeau arasındakı gərgin münasibətə görə olduğunu irəli sürən bəzi KİV-lərin versiyasını təsdiqləyib. Tramp deyib ki, həqiqətən Castin onu NATO və ticarət üçün pul ödəməyə məcbur etməyini heç xoşlamır.
Muxalifet4 - 27-12-2019
Eyvazov Ramil Usubovun oğluna YÜKSƏK VƏZİFƏ VERDİ
Daxili işlər orqanlarında yeni təyinat olub. Muxalifet.az-ın məlumatına görə, nazir Vilayət Eyvazovun əmri ilə sabiq daxili işlər naziri Ramil Usubovun kiçik oğlu polkovnik Raul Usubov Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib. Qeyd edək ki, Raul Usubov indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində müxtəlif vəzifələrdə çalışıb./bakupost
Muxalifet - 27-12-2019
İcra başçısının "bayquş yuvası"na çevirdiyi rayon – ŞƏMKİRİN DAĞILAN TİFAQLARI
Şəmkir idman nailiyyətləri ilə seçilən rayonlarımızdandır. Bu rayonun yetirmələri olan idmançılarımız beynəlxalq turnurlərdə dəfələrlə Azərbaycanın bayrağını ən yüksək zirvələrə qaldırıblar. Rayonun Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələrinin qazandığı nailiyyətlərin ümumi siyahısı da şəmkirlilərin idmana bəslədikləri məhəbbətdən xəbər verir. 2011-ci ildən 2017-cı ilə qədər Şəmkir güləşçiləri rayona respublika və beynəlxalq yarışlardan 35 medal gətiriblər. Onlardan 21-i sərbəst, 14-ü isə yunan-Roma güləşçilərinin payına düşüb.
Muxalifet4 - 27-12-2019
Şahmar Hüseynov yüksək vəzifəyə təyin edildi
SOCAR-ın "Azneft" İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib. "Azneft"dənverilən məlumata görə, İB-nin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin rəisi Şahmar Hüseynov "Azneft"in baş direktoru vəzifəsinə təyin edilib. Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib. Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib.
Muxalifet - 27-12-2019
TÜRK ƏSGƏRİ LİVİYAYA NƏ VAXT DAXİL OLACAQ? – Ankara beynəlxalq təcridlə hədələnir / TƏHLİL
Prezident Rəcəb Tayyib Ərdoğan dekabrın 26-da beynəlxalq səviyyədə tanınan hökumətin dəvəti ilə Liviyaya əsgər göndərəcəyini bildirib. Bu, Türkiyənin müharibə şəraitində olan ölkəyə hərbi bağlılığını və bölgə rəqibləri ilə fikir ayrılığı riskini artıracaq. Türkiyə hələ noyabr ayında baş nazir Fəyyaz Sərracın 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə qurulan Milli Birlik Hökumətiylə (MBH) kəşfiyyat və silah-sursat təchizatını ehtiva edən saziş imzalayıb.
Muxalifet4 - 27-12-2019
Liviya hökuməti Türkiyədən rəsmən hərbi yardım istədi - TÜRK ORDUSU LİVİYA YOLUNDA!
Dünya birliyi tərəfindən Liviya Milli Saziş Hökuməti rəsmi olaraq Türkiyədən hərbi dəstək istəyib. Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. Bu barədə bildirən hökumət rəsmisi, Türkiyədən, Xəlifə Haftar qüvvələrinin paytaxt Tripoli istiqamətində hücumlarını dayandırmaq üçün "hava, quru və dənizdə hərbi dəstək" istədiklərini söyləyib. Rusiya, Misir və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi keçmiş general Haftar bir müddətdir Tripolini ələ keçirmək üçün hücumlar edir.
Muxalifet3 - 27-12-2019
Azərbaycanlı holdinq rəhbərinin qızının dəbdəbəli həyatı – FOTO/VİDEO
Star Tv də yayımlanan "İşte Benim Stilim" tərz yarışı ilə məşhurlaşan azərbaycanlı Sima Şərafətdinova Instagram-da diqqət mərkəzindədir. Muxalifet.az xəbər verir ki, Sima Şərafətdinova öz rəsmi İnstagram səhifəsində maraqlı görüntülər paylaşır. Uzun müddətdir ki, ABŞ-da yaşayan Sima dəbdəbli həyat tərzi ilə diqqət çəkir. Qeyd edək ki, Sima "Best model of Azerbaijan 2014" gözəllik müsabiqəsinin qalibi seçilib. O Türkiyədə qatıldığı "İşte Benim Stilim" verilişində atasının holdinq rəhbəri olduğunu, ailəsinin çox zəngin olduğunu bildirib.
Muxalifet4 - 27-12-2019
"Hər ay pensiyamdan fonda 200 manat pul köçürməyə hazıram" - Əli Həsənov
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın tərkibində xüsusi fond yaradıla bilər. Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Baş nazirin sabiq müavini Əli Həsənov “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın 1 illik fəaliyyətinin yekunları ilə bağlı hesabat tədbirində deyib. O, icmanın aktiv fəaliyyət göstərdiyini qeyd edib.
Muxalifet4 - 27-12-2019
“Mənə düşmən olan qüvvələr çoxdur” - Hafiz Hacıyevi Göygöldən qovublar?
“Yaxın vaxtlarda partiyamız parlament seçkiləri ilə bağlı respublika üzrə geniş təbliğat-təşviqat işlərinə başlayacaq”. Muxalifet.az xəbər verir ki, bunu modern.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, qeyd edib ki, özü 101 saylı Göygöl-Daşkəsən dairəsindən deputatlığa namizədliyini irəli sürməyi düşünür: “Rayon sakinləri həmin dairədən namizədliyimi irəli sürməyimi təklif ediblər. Mən də onlarla razılaşacağam”.
Muxalifet - 27-12-2019
YAP-ın yeni siyahısı: Hadı Rəcəbli var, Bahar Muradova yoxdur... / YENİLƏNİR
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Belə ki, yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab edilməyib. YAP-ın yeni namizəd siyasında vitse-spiker Bahar Muradovan, Arif Rəhimzadə, Rövnəq Abdullayev, Şəmsəddin Hacıyev, Cavid Qurbanov, Hacı Salayev, İlham Əliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Sona Əliyeva, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov, Mirzəcan Xəlilovun adları yoxdur.
Muxalifet - 27-12-2019
SON DƏQİQƏ: Azərbaycanda 18 direktor İŞDƏN ÇIXARILDI
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Muxalifet.az-a verilən məlumata görə, eyni zamanda 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.
Muxalifet - 27-12-2019