David Bakradze:"Salome Zurabişvili Gürcüstanın maraqlarına fundamental zərər vurur"

Müxalif "Avropalı Gürcüstan" partiyasının lideri David Bakradze Prezident Salome Zurabişvilinin iki gün əvvəl Birinci Kanalın efirində yayımlanan "Azad Baxış" verlişində qonaq olarkən Gürcüstanın sərhədləri ilə əlaqədar səsləndirdiyi fikirləri tənqid edib. Muxalifet.az 24News.ge saytına istinadla xəbər verir ki, David Bakradze Salome Zurabişvilini ölkənin fundamental maraqlarına zərər vurmaqda ittiham edib. O deyib ki, hakim partiya S.Zurabişvilinin cəmiyyətdə skandal yaradacaq bəyanatlarını onun gürcü dilini tam olaraq yaxşı bilməməsi və ya kontekstdən xəbərsiz olması ilə əlaqələndirsə də, əslində Prezidentin bəyanatlarını heç nəyə sığışdırmaq mümkün deyil. Müxalif lider, xüsusi olaraq Prezidentin Abxaziya və Cənubi Osetiya ilə bağlı səsləndirdiyi sərhəd məsələsinədə toxunub: "Gürcüstanın Abxaziya və Tsxinvali regionu ilə sərhəddi yoxdur və o ərazilər Gürcüstan torpağıdır". "Mən Prezidentə xatırlatmaq istəyirəm ki, Abxaziya və Tsxinvali regionu ilə Gürcüstanın sərhəddi yoxdur. Mən anlamır, bunu hansı mövzunu bilməməklə əlaqələndirmək olar. Bu ölkədə istənilən birinci sinif şagirdi bilir ki, Abxaziya və Tsxinvali regionu Gürcüstandır, Azərbaycan və Ermənistan isə onun qonşuları. Öz ərazilərimiz haqqında danışanda sərhəd sözünü necə istifadə edə bilərsən. S.Zurabişvilinin bu cür çıxışlarını gürcü dilini bilməməsi ilə əlaqələndirmək olmaz",-deyə D.Bakradze qeyd edib. Qeyd edək ki, ölkə başçısı Salome Zurabişvili Birinci Kanalın "Azad Baxış" verlişinin qonaqı olarkən deyib ki, Abxaziya və Tsxinvalidən əlavə Gürcüstanın Azərbaycan və Ermənistanla da sərhəd xətti dəqiqləşməyib və burada müəyyən problemlər var". Muxalifet.az