Axtarış

The search found 105849 results in 0.089 seconds.

Search results

  1. Tramp Rusiya, Suriya və İrana xəbərdarlıq edib-"Günahsız insanları öldürməyin"

    Birləşmiş Ştatlar prezidenti Donald Tramp cümə axşamı Rusiya, Suriya və İrana Suriyanın İdlib vilayətində mülki vətəndaşları öldürməmələri bərədə xəbərdarlıq edib və "qırğının" qarşısını almaq üçün Türkiyənin əlindən gələni etdiyini deyib. "Rusiya, Suriya və İran İdlib vilayətində minlərlə günasız vətəndaşı öldürür və ya öldürməyə hazırlaşır. Bunu etməyin! Türkiyə bu qırğının qarşısını almağa çalışır" - deyə, Tramp Twitter səhifəsində yazıb. Suriya və Rusiya qüvvələri üsyançıların Suriyakı son istehkamı olan İdlibdəki son hədəfinə bombardmanı gücləndirib.

    Muxalifet3 - 27-12-2019

  2. Qar, güclü külək, yağış - Sabahın HAVASI

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, dekabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 27-12-2019

  3. Putinin 20 illik hakimiyyəti- RUSİYANI AVRASİYA SUPERGÜCÜNƏ ÇEVİRMƏK AMBİSİYASI?

    "Hörmətli Vladimir Vladimiroviç, icazə verin xətti kranı açmaq əmrini verim", - deyə Qazpromun rəhbəri Aleksey Miller Rusiya prezidenti farağat duruşunda Putinə müraciət etdi. Tele ekranın o biri tərəfində prezident Putin amiranə şəkildə “icazə verirəm” dedi. 2 dekabr axşamı Rusiyadan Çinə təbii qazın ötürüldüyü ilk qaz kəməri işə salındı. Boru kəmərini istismara verməzdən əvvəl Putin təntənəli şəkildə bəyan etdi: "Çin və Rusiya üçün bu, həqiqətən əlamətdar və tarixi hadisədir ".

    Muxalifet3 - 27-12-2019

  4. Zaxarovadan Türkiyəyə: Tələb edirik ki...

    Türkiyəni İdliblə bağlı imzalanan Soçi razılaşmasının müddəalarını yerinə yetirməyə çağırırıq. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “İdlibdəki terror yuvasının sonsuza qədər varlığını davam etdirməsi qəbuledilməzdir. Bu səbəbdən Rusiya olaraq 17 sentyabr 2018-ci il tarixli Soçi razılaşmasından irəli gələn bütün öhdəliklərinin aktiv şəkildə icrasını tələb edirik”, - deyə XİN sözçüsü bildirib.

    Muxalifet3 - 27-12-2019

  5. Vahid Ələkbərovun bankı ziyanla işləyir, rəhbərliyi milyonlar qazanır - ŞOK FAKTLAR

    Bu il noyabr ayında rebrendiq edərək "Yelo Bank" olan "Nikoil Bank" yeni şüarını da ictimaiyyətə təqdim edib: "Parlaq Bankçılıq". Amma bu bankda dəyişən ad, şüar və bir də filialların külli miqdarda vəsait yeyintisi hesabına başa gələn yeni dizaynıdır. İdarəçilikdə köhnə ənənələr davam edir və bu da nizamnamə kapitalının həcminə görə (350 milyon manat) Azərbaycanda üçüncü olan bankın hələ də mənfəətlə işləyə bilməməsinə gətirib çıxarıb. Bu barədə ətraflı bir qədər sonra.

    Muxalifet4 - 27-12-2019

  6. BDU-da açılan “siyasi” plakat nəyin mesajıdır? - FOTO

    Bu plakatın asılması bir çox məqamları ortaya çıxartdı. Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a təhsil eksperti Kamran Əsədov bir neçə gün öncə Bakı Dövlət Universitetinin 2 saylı korpusundan, 6-cı mərtəbənin pəncərəsindən Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsinin asdığı “Pulsuz təhsil” şüarı yazılmış plakatla bağlı danışarkən deyib. Təhsil eksperti bildirib ki, 6 dəqiqə ərzində pəncərədən asılı qalan plakat bir mesaj da ola bilər: “Burada qaldırılan şüarda pulsuz təhsil tələbi var. Bu tələb bir qədər sual doğurur, ona görə ki, Azərbaycanda onsuz da pulsuz təhsil var.

    Muxalifet4 - 27-12-2019

  7. Azərbaycanda rüşvət alan yol polisinin videosunu yaydılar - “HƏR MAŞINA 10 MANAT...”

    Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. Muxalifet.az Demokrat.az-a istinadən xəbər verir ki, görüntülərdə yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də inspektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir. Həmçinin yolun magistral olduğunu bildirərək icazə olmadığını deyir. Pul verilməyəcəyi təqdirdə isə yük maşınlarının tərəziyə çıxarılaraq əlavə yükün boşaldılacağını qeyd edir.

    Muxalifet4 - 27-12-2019

  8. ​SAKİNLƏRİN NARAZI OLDUĞU İCRA BAŞÇISI BAKIYA DƏVƏT OLUNDU - Alipaşa Məmmədov da vəzifəsindən azad olunur?

    Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Bakıya dəvət olunub. Muxalifet.az xəbər verir ki, ovqat.com-a bu haqda məlumat Şəmkirdəki qaynaqlardan daxil olub. Qeyd edək ki, haqqında çox şikayətlər olunan Alipaşa Məmmədov vəzifəsindən azad oluna bilər...

    Muxalifet4 - 27-12-2019

  9. “Bahalı restoranlarda brend adı ilə saxta içkilər verilir” - EKSPERTDƏN ŞOK AÇIQLAMA

    Azərbaycanda saxta spirtli içkilər əsasən şadlıq evləri, kafelər, restoranlar və İpək yolu üzərində yerləşən restoranlara satılır. Muxalifet.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri, ekspert Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, insanlar saxta içkiləri ayırd edə bilmirlər. “İstehlakçılar spirtli içki alanda onun aksiz markasına baxmalıdırlar. Aksiz markasının üstündə gümüşü zolaq var və onun içərisində Azərbaycanın gerbi görsənməlidir. Yoxdursa, demək saxtadır.

    Muxalifet4 - 27-12-2019

  10. Cavanşir Paşazadə yenə YAP-ın namizədi oldu...

    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində irəli sürəcəyi namizədlərin siyahısı müzakirə olunaraq qəbul edilib. Lakin hələlik YAP öz namizədlərinin siyahısını mətbuata təqdim etməyib. Bildirilir ki, siyahı partiyanın rəsmi saytında dərc olunacaq. Qeyd edək ki, Modern.az-ın əməkdaşları siyahıda hansı namizədlərin olması barədə araşdırma aparırlar.

    Muxalifet4 - 27-12-2019

  11. Rusiyanın muzdlu qatil ordusu: PREZİDENTİN İŞĞALÇI ƏLİ - "VAQNER" PUTİNƏ NƏ QAZANDIRIR / DETALLAR

    Liviyada üsyançı General Haftara dəstək verməsi səbəbindən qarşıdurmaların artmasına səbəb olan Rusiyanın Vaqner muzdlu ordusunu bəzi məqamlarda araşdırdıq. Liviyada beynəlxalq səviyyədə tanınan Liviya Milli Saziş Hökumətinə qarşı vuruşan Haftarı dəstəkləyən rus muzdlular, Ukrayna və Suriya da daxil olmaqla 7 ölkədə fəaliyyət göstərir. Prezident Ərdoğan, etdiyi çıxışda Vaqnerin Liviyada olmasına işarə etdi. VAGNER necə yaranıb? Vagner ilk dəfə 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi prosesində aktiv rol oynayaraq dünya səhnəsinə çıxdı.

    Muxalifet3 - 27-12-2019

  12. Kəmaləddin Heydərov polkovniki "cinçıxarma ritualı"na görə işdən qovub? - VİDEO

    Keçmiş Vergilər naziri Fazil Məmmədovun dövründə Vergilər Nazirliyində fəaliyyət göstərən ekstrasenslərdən ibarət xüsusi qrup barədə yeni, sensasion detallar üzə çıxıb. Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, bu qrup haqqında məlumatı özünü ekstrasens kimi təqdim edən Elman Əliyev adlı şəxs jurnalist Natiq Ədilova müsahibəsində bildirib və dediklərini sübut edən videolar təqdim edib. Onun sözlərinə görə, Vergilər Nazirliyindəki ekstrasenslərdən ibarət qrupa 22 nəfər daxil olub.

    Muxalifet4 - 27-12-2019

  13. YAP-ın siyahısına düşməyən deputata Prezident Administrasiyasında vəzifə veriləcək - İDDİA

    Vitse-spiker Bahar Muradovanın adı Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədlər siyahısında yoxdur. Lakin onu Prezident Administrasiyasında (PA) məsuliyyətli iş gözləyir. Etibarlı mənbədən “AzPolitika.info”-ya daxil olan məlumata görə, B.Muradovanın PA-nın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri təyin ediləcəyi gözlənilir. Bəzi mənbələr isə onun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunacağını iddia edirlər.

    Muxalifet4 - 27-12-2019

  14. Hakim partiyanın deputatlığa namizədlərinin bir qismi bəlli oldu - SİYAHI

    Yeni Azərbaycan Pariyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.

    Muxalifet4 - 27-12-2019

  15. İcra başçısı YAP-ın namizədi oldu - ƏMİSİ OĞLU CAVİD QURBANOVUN ƏVƏZİNƏ

    Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ölkədə keçiriləcək növbədənkənar Parlament Seçkilərində iştirak edəcək. Muxalifet.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarına əsasən, A.Məmmədov 123 Saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb. Qeyd edək ki, bundan əvvəl bu dairənin deputatı Cavid Qurbanov olub.

    Muxalifet4 - 27-12-2019

  16. Lənkəranskinin adamı, "Neon"un mühafizə rəisinin cinayət işi: "Quli"yə sui-qəsd ittihamı ilə də saxlanılmışdı - TƏFƏRRÜAT

    Bakıda törədilən silahlı qətlin maraqlı təfərrüatları məlum olub. Təqsirləndirilən şəxslərdən birinin adı idaha əvvəl baş verən kriminal hesablaşmalarda keçir. O, mərhum Rövşən Lənkəranskinin rəhbərlik etdiyi kriminal qruplaşmaya yaxınlığı ilə tanınır. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Əli Abdullayev, Ülvi Hüseynov və İlqar Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Muxalifet4 - 27-12-2019

  17. YAP siyahını MSK-ya təqdim etdi - “Kim maraqlanırsa, oradan götürə bilər”

    Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı toplanması ölkə gündəmi oldu. Muxalifet.az xəbər verir ki, partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov təmsil olunduğu qurumun deputatlığa namizədlərin siyahısı barədə modern.az-ın suallarını cavablandırıb.

    Muxalifet4 - 27-12-2019

  18. Şoyqu Putinə raport verdi: “Avanqard” artıq döyüş növbəsindədir - FOTO/VİDEO

    Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə “Avanqard” hipersəs sürətli qanadı döyüş blokunun döyüş növbəsinə başladığı barədə raport verib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, “Avanqard” qanadlı bloku ilə silahlanmış ilk raket polku bu gün dekabrın 27-də, saat 10.00-da rəsmən döyüş nöbəsinə başlayıb. Kompleksləri Orenburq vilayətindəki Dombarovski raket diviziyasının polku öz silahlanmasına daxil edib. Şoyqu bildirib ki, Strateji Təyinatlı Raket Qoşunları 2020-c ildə daha 20 “Yars” qitələrarası ballistik raketi və “Avanqard” kompleksləri alacaq.

    Muxalifet4 - 27-12-2019

  19. Gürcüstan Şərqi Avropanın ən demokratik və ən pro-amerikan ölkələrindən biridir - "Washington Times"

    “Gürcüstan dəvamlı olaraq, Rusiya aqressiyası ilə qarşı-qarşıya qalır və eyni zamanda, demokratik institutlarını və iqtisadiyyatını gücləndirməyə çalışır”. Muxalifet.az xəbər verir ki, bu barədə "Washington Times" tərəfindən yayılan “Gürcüstan yol kəsişməsində” adlı analitik məqalədə qeyd olunub. Məqalənin müəllifi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini və ABŞ-ın Bəhreyndəki sabiq səfiri Adam Erelidir.

    Muxalifet3 - 27-12-2019

  20. Türkiyənin yerli avtomobilləri prezident Ərdoğanın iştirakı ilə nümayiş etdirildi /Video

    Türkiyənin yerli və milli avtomobili az əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən tanıdıldı. Eyni zamanda yerli avtomobilin SUV və Sedan modelləri nümayiş olundu. Yerli avtomobilin qırmızı və ağ rəngləri ilk dəfə sərgiləndi. Ərdoğan, Bursanın TSK Gemlik mahalında yerli avtomobil fabrikinin qurulacağını söylədi. 2022'de bütün Türkiyədə şarj infrastrukturu hazır olacaq, yerli avtomobilin ardıcıl istehsalına də 2022-ci ildə keçiləcək. Türkiyənin Avtomobili mərasimində yaşananlar .. Muxalifet.az

    Muxalifet3 - 27-12-2019

Pages