Ərdoğan ordu göndərəcəyini açıqladı, Rusiya dərhal REAKSİYA VERDİ

Baxış sayı:
3703

“Üçüncü ölkələrin müdaxiləsi Liviya böhranının həllinə fayda verə bilməz”. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Liviyaya ordu göndərilməsini Milli Məclisin gündəminə gətirəcəklərini söyləməsindən dərhal sonra açıqlama yayan Peskov bildirib ki, üçüncü ölkələrin problemə birbaşa həll yolu tapma və qarşıdurma tərəflərinə bu mövzuda kömək etmək təşəbbüsləri hər zaman məmnuniyyətlə qarşılanır. Mətbuat katibi ölkəsinin Liviyadakı vəziyyətdən narahat olduğunu və böhranın ən yaxın müddətdə sülh yolu ilə başa çatmasını istədiyini dilə gətirib. Ərdoğanla Putin arasında növbəti günlərdə telefon danışığının baş tutub-tutmayacağına isə Peskov belə cavab verib: “Putin və Ərdoğan daim təmasdadır. Telefon görüşləri bir neçə saat ərzində təşkil oluna bilər. Bununla bağlı heç bir problem yoxdur”. Qeyd edək ki, Rusiyanın muzdlu “Vaqner”lər ordusu hazırda Liviyadadır.