Qərb müftisinin seçkisindən sonra Tariel Nakaidze od püskürdü - Hakimiyyət müsəlman əhalini növbəti dəfə təhqir etdi

"Gecə saat 1-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən alınan qərar, gündüz saat 3-də həmin idarənin təsis etdiyi dırnaqarası qrup Adəm Şantadzeni müsəlman icmasının müftisi olaraq seçdi". Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstan Müsəlmanlar Birliyinin (GMB) sədri Tariel Navaidze ötən gün Gürcüstanın Qərb müftisinin seçkisindən sonra özünün "Facebook" profilində yazıb. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti müsəlman icmasını növbəti dəfə təhqir edərək alçatdı. "Bu gün müsəlman icmasında (Acaristanın müsəlman icması) xəyali bir seçim baş tutdu. Sovet İttifaqının kommunist partiyaları belə bu seçimi görsələr qısqanardılar. Gecə saat 1-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən alınan qərar, gündüz saat 3-də həmin qurum tərəfindən yaradılmış dırnaqarası qrup Adam Şantadzeni müsəlman icmasının müftisi olaraq seçdi. Hakimiyyətin bu cür qeyri düzgün və düşüncəsiz qərarı təəssüflər olsun ki, müsəlman əhaliyə pis təsir edir, dövlət və müsəlman icmasını bir-birindən daha da uzaqlaşdırır. Müsəlmanlara öz rəhbərlərini seçmək imkanı vermirlər. Bu isə kəskin şəkildə hüquqların pozulması deməkdir. Mən Adəm bəyin yerində olsa idim bu vəzifəni qəbul etməzdim",-deyə Tariel Nakaidze yazır. Qeyd edək ki, 25 dekabr tarixində Batumi şəhərində Gürcüstanın Qərb müftisinin seçkisi baş tutub. Seçkidə 19 nəfərlik şura Adəm Şantadzeni Gürcüstanın Qərb müftisi olaraq seçib. Muxalifet.az