Axtarış
The search found 105849 results in 0.123 seconds.
Search results
Restorandakı zəhərlənməyə görə həbslər başladı - RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq zəhərlənən şəxslərlə bağlı məlumat yayıb.
Muxalifet4 - 26-12-2019
NATO-nun yeni problemi var: Türkiyə- Rusiya yaxınlaşması
Türkiyə prezidenti xəbərdarlıq etdi ki, əgər Vaşinqton onun hökumətinə qarşı yeni sanksiyalar tətbiq edərsə, NATO-nu çətin vəziyyətdə qoymaq üçün ABŞ qoşunlarını iki hərbi bazanı tərk etməyə məcbur edəcək, çünki alyans Ankaranın Rusiya ilə əlaqələrini gücləndirməsinin qarşısını almağa çalışır.
Muxalifet3 - 26-12-2019
"Türk Axını"nın klapanları yanvarda açılır
Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayacaq “Türk axını” layihəsinin işə düşməsi üçün yalnız klapanları açmaq qaldı. Yanvar ayının əvvəlinə qaz kəmərinin və yerüstü qurğuların tikintisi başa çatdı və layihə üzərində sınaqlar keçirildi. Türk Axını qaz kəmərinin təbii qaz tədarükünə başlaması üçün, iki liderin komanda verməsi gözlənilir. 8 yanvar 2020-ci ildə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə Türk Axını qaz kəmərinin rəsmi açılış mərasimi keçiriləcək.
Muxalifet3 - 26-12-2019
BU "KABUS" QONŞU ÖLKƏYƏ GERİ QAYITDI - Gürcüstanda 2 nəfər öldü...
Gürcüstanda "donuz qripi" adlandırılan H1N1 virisundan iki nəfər ölüb. Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub. Mərkəz rəhbəri qeyd edib ki, hazırda ölkədə A və B tipli qrip virusu yayılıb. O qeyd edib ki, qripə yoluxma halları illik müqayisədə azdır. Xatırladaq ki, ötən ilin dekabr-yanvar aylarında Gürcüstanda H1N1 virusu geniş yayılmışdı. Bu virusdan ölənlərin sayı 22 nəfər olmuşdu./report
Muxalifet4 - 26-12-2019
BNA prezidentin iki ay əvvəl açılışını etdiyi parkı sökməyə başladı — VİDEO
Oktyabrın 1-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Nərimanov rayonu, Atatürk prospektində açılışını etdiyi parkda söküntü işləri başlayıb. Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, dövlət başçısının tapşırığı ilə müasir üslubda, orijinal dizaynda yenidən qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha biri əlavə olunmuşdu. Lakin parkın istifadəyə verilməsindən qısa müddət keçməsinə baxmayaraq istirahət mərkəzi bərbad hala salınıb. Buna səbəb isə Bakı Nəqliyyat Agentliyinin (BNA) gördüyü işlərdir.
Muxalifet4 - 26-12-2019
Fikrət Axundov səfir təyin edildi - SƏRƏNCAM
Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Muxalifet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Muxalifet4 - 26-12-2019
Azərbaycanda ictimai nəzarət mümkündürmü? - EKSPERT RƏYLƏRİ
Prezident İlham Əliyev yerli mətbuata son müsahibəsində yenidən ictimai nəzarətdən danışıb, deyib ki, deputatların seçicilərinin problemini öyrənib dövlət qurumları qarşısında bunu qaldırması "ictimai nəzarətin bir formasıdır". Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət üzərində ictimai nəzarəti vətəmdaş cəmiyyəti həyata keçirməlidir, amma qanunvericiliyə son dəyişikliklərdən sonra bu sektor "iflic vəziyyətinə düşüb". "İctimai nəzarət" lazımdır tezisi mütəmadi təkrarlanır.
Muxalifet4 - 26-12-2019
İranda kütləvi aksiya... - İNTERNET KƏSİLİB VƏ...
Cümə axşamı gününə planlaşdırılan hökumət əleyhinə etiraz aksiyalarından öncə İranın bəzi yerlərində internetin kəsilməsi xəbərləri yayılıb. BBC-nin Farsca xidmətinin izləyiciləri fasilələrlə bağlı məlumat verərkən, interneti müşahidə xidmətini həyata keçirən NetBloks istifadənin azaldığını təsdiqləyib. Bu ölkədə fəaliyyət göstərən yarı rəsmi İrna xəbər agentliyi yazır ki, adını açıqlamaq istəməyən bir məmur bunun rəsmi sifariş olduğunu deyib. Bu, ötən ay İranda qiymət artımına görə etirazlarda həlak olanların xatirəsinə nümayiş çağırışlarının fonunda baş verib.
Muxalifet4 - 26-12-2019
15 yaşlı Kənan ABŞ universitetinə qəbul olundu
15 yaşlı Kənan Həsənəliyev Stanford Universitetinə qəbul olunub. Bu barədə iqtisadçı Qubad İbadoğlu sosial şəbəkə hesabında məlumat verib. Q.İbadoğlu 15 yaşlı azərbaycanlı ilə tanışlığından da bəhs edib: “Sizə akademik istedadı ilə fərqlənərək ABŞ-ın çoxsaylı nəşrlərində haqqında yazılar dərc olunan Kənan Həsənəliyevi təqdim etmək istərdim. Kənan fitri qabliyyət sahibidir, onu 5 yaşından tanıyıram. Hələ 2009-cu ildə Çapel Hilldə yerləşən Şimalı Karolina Universitetində çalışan zaman Kənanın atası Orxan Həsənəliyevlə tanış olmuşdum.
Muxalifet4 - 26-12-2019
SON DƏQİQƏ: Qardaş ölkəyə qəfil hücum edildi - Çox sayda hərbçi həlak oldu
Pakistan - Hindistan sərhədində şiddətli toqquşma baş verib. "Anadolu" agentliyi xəbər verir ki, bu barədə Pakistan ordusundan məlumat verilib. Bildirilib ki, hindistanlı əsgərlərin Kəşmir bölgəsindəki Hacı Pir nəzarət məntəqəsini atəşə tutması nəticəsində iki pakistanlı hərbçi həlak olub. Açıqlamaya görə, cavab atəşi nəticəsində Hindistana məxsus hərbi məntəqə yerlə bir edilib. Nəticədə 3 əsgər həlak olub. Hindistan ordusu isə atəşkəsin pozulmasına görə, qarşı tərəfi ittiham edib. Atışma zamanı daha bir dinc insanın həlak olduğu bildirilir.
Muxalifet4 - 26-12-2019
DÜŞMƏN QARABAĞDA SİLAH İSTEHSLINA BAŞLADI: optik cihazlar, teplovizorlar, minomyotlar...
Ermənistan Müdafiə Nazirliyi işğal altındakı Dağlıq Qarabağda silah-sursatı isyehsal edildiyini açıqlayıb. Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyan açıqlama verib. “Dağlıq Qarabağda hərbi sənayenin ayrı-ayrı növləri inkişaf edir. Bəzi hərbi məmulatları öz ordumuz üçün də alırıq. Söhbət optik cihazlar, teplovizorlar (istiliyə reaksiya verən nişangah), müxtəlif kalibrli silahlardan gedir. Bəzi silah növləri, məsələn, minomyotların kütləvi istehsalına hazırlaşırıq”-deyə Davtyan deyib.
Muxalifet4 - 26-12-2019
"BƏZİ YOLLARDA DARALMA VAR..." - Prezidentdən Saleh Məmmədova iradını bildirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək deyib: - Möhtərəm cənab Prezident, xoş gəlmisiniz. Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədinə qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq. Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük.
Muxalifet4 - 26-12-2019
YAP-ın SEÇKİ SİYAHISI GƏLƏN İL AÇIQLANA BİLƏR - Aydın Mirzəzadə: "Tələsməyək..."
Hakim Yeni Azərbaycan partiyasının növbədənkənar parlament seçkiləri üçün namizəd siyahısını hələ də açıqlamaması cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Xüsusilə, dekabrın 25-də siyahının açıqlanacağı xəbəri yayılsa da, sonradan təsdiqini tapmadı. Muxalifet.az bildirir ki, AYNA mövzu üzrə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ilə həmsöhbət olub. - Aydın müəllim, dünən hakim partiyanın siyahısının açıqlanacağı gözlənilirdi. Lakin nədənsə bu hadisə baş vermədi.
Muxalifet4 - 26-12-2019
Bill Qeytsdən 37 kiloqramlıq hədiyyə bağlaması aldı - FOTO/ VİDEO
“Microsoft” kompaniyasının həmtəsisçisi Bill Qeyts “Reddit”in Miçiqan ştatından olan 33 yaşlı xanım istifadəçisi üçün “gizli Santa” olub. “Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, İnternet üzərindən “gizli Santa” xidməti göstərən “RedditGifts” saytı hər il Milad bayramı ərəfəsində insanların bir-biri ilə hədiyyələşməsinə xidmət edir. Bill Qeyts də, ənənəsinə sadiq qalaraq, hər il bir istifadəçi üçün “gizli Santa” olur. Bu dəfə o, seçdiyi istifadəçiyə içində 41 fərqli hədiyyə olan 37 kiloqramlıq bağlama göndərib.
Muxalifet4 - 26-12-2019
“Eşkiya dünyaya hükümdar olmaz” serialının QƏHRƏMANLARI BAKIDA - "Burda qonaq deyilik, çünki eyni millətik"
Baş rollarda Mustafa Üstündağ, Ozan Akbaba, Emir Benderlioğlu, Ceren Benderioğlu, Oqtay Kaynarca, Savaş Özdemir, Hakan Karsak, Sevinc Gürşen, Sevil Akı və başqalarının oynadığı “Aman reis duymasın” filminin bu gün Bakıda qala gecəsi keçirilib. Publika.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən premyerada filmin yaradıcı heyəti iştirak edib. Ssenarisini Bahadır Özdenerin yazdığı, rejissorluğunu Onur Tanın həyata keçirdiyi komediya filminin təqdimat mərasimində aktyorlar bildirib ki, bu onların Bakıya ilk gəlişidir.
Muxalifet4 - 26-12-2019
SOCAR "Fənərbağça"ya sponsorluq edəcək? - TÜRKİYƏ MEDİASININ İDDİASINA RƏSMİ REAKSİYA
Türkiyə mətbuatında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Fənərbağça" klubu ilə bağlı sponsorluq iddiaları yenidən gündəmə gətirilib. Şirkətdən "Report"un sorğusuna cavab olaraq yayılan iddiaların əsassız olduğu bildirilib. İstanbul təmsilçisinin idarə heyətinin üzvü Sərtaç Komsuoğlunun SOCAR rəsmisi Fuad İbrahimovla görüşünün enerji məsələləri ilə bağlı olduğu vurğulanıb: "Fənərbağça" klubunun idarə heyətində yer alan Komsuoğlu enerji sahəsində çalışır. O, F.İbrahimovla mütəmadi olaraq enerji sahəsinə görə görüşlər keçirir".
Muxalifet4 - 26-12-2019
Deputatlığa namizədlərin diqqətinə! - ƏLAVƏ İMZA VƏRƏQƏLƏRİ ALA BİLƏRSİNİZ!
Müsavat Partiyası namizədlərə imza toplamaq üçün verilən vərəqələrin sayının az olması barədə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Müraciətə MSK-nın bu gün keçirilən iclasında baxılıb. Müsavat Partiyasının Aparat rəhbəri, partiyanın parlament seçkiləri ilə bağlı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı iclasda məsələni MSK sədri Məzahir Pənahovun diqqətinə çatdırıb və ondan bu məsələdə dairə seçki komissiyalarına müraciət ünvanlamasını xahiş edib.
Muxalifet4 - 26-12-2019
Azərbaycanda bu yol pullu olacaq - RƏSMİ
"Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədinə qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq. Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir".
Muxalifet4 - 26-12-2019
Həbs edilən icra başçısının hakim oğlu fəaliyyətsiz qalıb – İcraatında olan işlər ondan alınıb
Dekabrın 18-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən rüşvət və korrupsiya ittihamları ilə həbs edilən Ağstafa rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin hakim işləyən oğlundan xəbər var. Muxalifet.az gununsesi.org-a istinadən xəbər verir ki, Nəriman Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub. Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb. Nizaməddin Quliyevin digər övladı Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir.
Muxalifet4 - 26-12-2019
Təyyarə qəzasında azı 14 nəfər həlak olub
Qazaxıstana məxsus Bek Air təyyarəsi Almatı aeroportu yaxınlığında havaya qalxandan sonra qəzaya düşüb, təyyarədə 95 sərnişin və beş heyət üzvü olub. Muxalifet.az bu barədə "Azadlıq.org"a istinadla bildirir. Aeroport rəsmiləri xilasedicilərin hadisə yerində işlədiyini bildirir. Qazaxıstanın Mülki Aviasiya Komitəsi dekabrın 27-də səhər baş verən qəzada azı 14 nəfərin həlak olduğunu bildirir. İlkin olaraq 7 nəfərin öldüyü deyilmişdi. Azı 35 nəfərin xəsarət aldığı, onlardan 22-nin durumunun ağır olduğu qeyd olunur.
Muxalifet3 - 27-12-2019