Tanınmış meyxanaçını mismarla öldürmək istəyiblər – O da sənət adamıdır

Baxış sayı:
3226

Məşhur meyxanaçı Namiq Məna "Şou ATV"nin efirində maraqlı açıqlama verib. “Yeni Sabah” xəbər verir ki, söz ustadı sənətdə yeni-yeni uğur qazanmağa başladığı vaxtda həyatına qəsd edilmək istədiyini deyib. O, toyların birində yeməyinin içinə mismar atıldığını bildirib. 2 il ərzində boğazında mismar qaldığından xəbərsiz olan meyxanaçı, tez-tez təzyiqinin qalxmasından, ürək bulanmasından narahatçılıq keçirdiyini deyib. Sonda “çöpçü”yə üz tutan ifaçı boğazında mismar qaldığını öyrənib. O, boğazından çıxarılan zaman dəmir parçasının artıq paslandığını deyib. N.Məna onu öldürmək istəyən şəxsin də sənət adamı olduğunu deyib.