Axtarış

The search found 105849 results in 0.043 seconds.

Search results

  1. Ukrayna Putinin idarə etdiyi qatar barədə araşdırmalara başladı

    Ukrayna, Rusiyadan Krıma gedən sərnişin qatarı ilə bağlı araşdırmalara başlayıb. Publika.az “euronews”ə istinadən xəbər verir ki, məhkəmənin iddiasına görə, qatar Ukrayna sərhədini qanunsuz şəkildə pozub. Rəsmi Kiyev məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyini istisna etmir. Xatırladaq ki, iki gün əvvəl Rusiya ilə Krım arasında inşa edilən Avropanın ən uzun dəmir yolu körpüsünün açılışı olub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edib. Kreml rəhbəri sükanı arxasında olduğu qatar ilə körpüdən keçərək, açılışı həyata keçirib.

    Muxalifet4 - 25-12-2019

  2. SON DƏQİQƏ: Bu ölkədə ŞİDDƏTLİ TOQQUŞMA başladı - Yüzlərlə insan güllələndi

    Qərbi Afrika ölkəsi Burkina-Fasoda üsyançıların təşkil etdiyi hücum nəticəsində yüzlərlə insan həlak olub. DHA agentliyi xəbər verir ki, hadisə Arbinda bölgəsində qeydə alınıb. Silahlılar yaşayış məntəqəsini və ərazidəki hərbi bazanı hədəfə alıb. Bəzi mənbələr tələfatın 150, bəzi mənbələr isə 200-dən çox olduğunu yazır. Ölənlər arasında qadınlar da var. Üsyançıların da çox sayda itki verdiyi deyilir. Şiddətli toqquşmalar saatlarla davam edib. Hazırda da bölgədə ara-sıra silah səslərinin eşidildiyi bildirilir. Qanlı hadisəylə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.

    Muxalifet4 - 25-12-2019

  3. Deputatlığa namizədlər yeni "HƏRƏKƏT" yaratdılar - Seçki blokunda 18 namizəd birləşib / VİDEO

    Bir qrup vətəndaş cəmiyyəti fəalı bu gün "Hərəkət" seçki blokunun təsis edildiyini elan edib. Blokda 9 fevral növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan 18 nəfər birləşib. Gəncləri Azərbaycanı ifadə azadlığına, insan hüquqlarına dəyər verilən, ədalətli seçkilər keçirilən, müstəqil və ədalətli məhkəmələrin fəaliyyət göstərdiyi hüquqi dövlət kimi görmək istəyi birləşdirir, bu barədə blokun proqramında deyilir. Fəallar maksimum sayda seçicilərin, xüsusən də gənclərin seçkilərə cəlb edilməsi üçün blok şəklində fəaliyyət göstərmək qərarına gəliblər.

    Muxalifet4 - 25-12-2019

  4. Oğuzda seçkilərin nəticələrinə etiraz aksiyası - SAKİNLƏR TƏLƏB EDİR Kİ....

    Oğuz rayonunun Böyük Söyüdlü kəndinin 100-ə yaxın sakini dekabrın 25-də yerli bələdiyyə binası qarşısında etiraz aksiyası keçirərək, 23 dekabr bələdiyyə seçkilərinin elan edilmiş nəticələrindən narazılıqlarını bildiriblər. Sakinlər bələdiyyə şurasının rəhbəri vəzifəsinə yenidən Mürvət Kərimovun seçilməsinə etiraz edirlər. Onlar Kərimovun torpaq sahələrini kənar şəxslərə satmasından şikayət edirlər. Kənd sakinləri bildirirlər ki, Kərimova səs verməyiblər və onun yenidən seçilməsinə təəccübləniblər.

    Muxalifet4 - 25-12-2019

  5. Prezident Fuad Muradova yeni səlahiyyət verdi - FƏRMAN

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

    Muxalifet4 - 25-12-2019

  6. Türkiyə Ordusu Liviyaya girməyə hazırdır - ƏRDOĞAN BƏYANAT VERDİ

    "Liviyadan dəvət gəlsə, Türkiyə oraya hərbi kontingent göndərəcək." Türkiyə mediası xəbər verir ki, bunu Tunisdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu çox vacib bir məsələdir. Liviyadakı neqativ proseslər yalnız Liviyanı deyil, eyni zamanda qonşu ölkələri və xüsusilə Tunisi narahat edir. Bəs Liviya ilə Yunanıstan arasında nə əlaqə var? Onlar heç iqtisadi ərazi ilə də bağlı deyillər. Türkiyə ilə Liviya arasındakı əlaqələr isə hər kəsə bəllidir. Bu məsələdə iki ölkə səlahiyyətə malikdir- Liviya və Türkiyə",-deyə Ərdoğan vurğulayıb.

    Muxalifet4 - 25-12-2019

  7. 29 yaşlı İlqar Səfərov Moskvada “Mosxoztorq” şəbəkəsini aldı

    Moskvadakı iri təsərrüfat malları mağazaları şəbəkəsi “Mosxoztorq”u 29 yaşlı Azərbaycan vətəndaşı İlqar Səfərov bütünlüklə alıb. Rusiya mənbələri xəbər verir ki, 2019-cu il dekabrın ortalarından etibarən mağazalar şəbəkəsinin səhm paketi Bolqarıstanda qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkətinə satılıb. Şirkətin benefisiarı Azərbaycan vətəndaşı, 1990-cı ildə anadan olmuş İlqar Sabir oğlu Səfərovdur. Rusiya Hüquqi Şəxslərin Vahid Qeydiyyat Reyestrində yer alan məlumata görə, dekabrın 12-dən etibarən “Falcon Home Distribution” şirkəti “Mosxoztorq”un yeganə sahibidir.

    Muxalifet4 - 25-12-2019

  8. Rusiyanın çoxüzlü, məkrli Suriya siyasəti - Moskva kiminlədir? Türkiyə ilə, Əsədlə ya PKK/YPG ilə?

    Bu yaxınlarda Rusiyanın dəstəklədiyi Əsəd rejimi silahlı müxalifətin əlində qalan son bölgə olan İdlibə hücumlarını artırdı. Canlarını qurtarmaq üçün 100 min suriyalı Türkiyə sərhədinə yaxınlaşdı. Suriya ilə sərhəddə BMT-nin "humanitar yardım" göstərmək üçün açılan nəzarət məntəqələri ilə bağlı qətnamənin müddətinin uzadılması Rusiya və Çinin vetosu ilə rədd edildi. Yəni, yanvarın 5-dən gec olmayaraq Türkiyə sərhəd keçidlərinin sayını ikiyə endirməlidir ...

    Muxalifet3 - 26-12-2019

  9. Yaponiya baş naziri Abe, Çin liderindən Şərqi Türküstanı, "UYĞURLARI" soruşdu

    Yaponiyanın Baş naziri Abe, Çin lideri Şia Cinping ilə görüşdə Şərqi Türkistan gündəmə gətirdi. O, Çinin Siçuan şəhərində Asiyanın ən böyük 3 iqtisadiyyatı olan Çin, Yaponiya və Cənubi Koreya liderlərininin zirvə göüşündən sonra açıqlamalarla çıxış etdi. Muxalifet.az bu barədə "Euronews" agentliyinə istinadla xəbər verir. Dialoqun həm üçtərəfli, həm də təkbətək görüşlərdə davam etdirilməsinin lazım olduğunu söyləyən Abe, Çin prezidenti Şi Cinpinglə görüşü zamanı Sincan bölgəsindəki insan hüquqları mövzularını gündəmə gətirdiyini söylədi.

    Muxalifet3 - 26-12-2019

  10. İranın bəzi şəhərlərində yenidən internet dayandırıldı

    Tehran rəhbərliyi yenidən benzin artımına qarşı nümayişlərə çağırış olduğuna görə bəzi şəhərlərdə interneti kəsdi. Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir. İran İşçiləri Xəbər Agentliyinin (ILNA) verdiyi məlumata görə, Elborz, Kürdüstan, Zəncan və Şiraz əyalətlərində internetə məhdudiyyət qoyulub. Rejim əleyhdarları son günlərdə sosial mediada "5 Dey" etiketi ilə (26 Dekabr) benzin artımı etirazlarının 40-cı günündə ölkə daxilində nümayişlərə çağırış etdilər.

    Muxalifet3 - 26-12-2019

  11. Şəmkirin icra başçısının həbsi gözlənilir - ŞOK İDDİA

    Şəmkirin icra başçısı Alimpaşa Məmmədovu da Ağstafa rayonundakı keçmiş həmkarının taleyi gözləyir. Ovqat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Alimpaşa Məmmədovun da bəzi şəxslərin adına maaş yazaraq mənimsədiyi iddia olunur. Məlumata görə, iddia hüquq mühafizə orqanları tərəfindən araşdırılır və yaxın zamanlarda icra başçısı barədə yekun qərar veriləcək. Qeyd edək ki, əməkdaşımızın bir neçə gün əvvəl Şəmkir rayonuna səfəri zamanı söhbətləşdiyimiz rayon sakinləri də bizə Alimpaşa Məmmədovun korrupsiya əməlləri barədə təkzibolunmaz faktlar təqdim ediblər.

    Muxalifet3 - 26-12-2019

  12. "Bəzi ölkələrin səfirlikləri bizim işimizə müdaxilə etməyə çalışır" - Anar Bağırov

    Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlikləri bizim işimizə müdaxilə etməyə çalışırlar, bu yolverilməzdir". Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. O qeyd edib ki, vəkillərin işinə heç kim müdaxilə edə bilməz: "Bəzi vəkillərimiz səfirliklərə işləri ilə bağlı məlumatlar verirlər. Lakin heç bir vəkil də xarici ölkə səfirinə hesabat verə bilməz. Biz müstəqil qurumuq. İstər öz ölkəmizdə, istərsə də xarici ölkələrə hesabat vermirik".

    Muxalifet3 - 26-12-2019

  13. Ramiz Mehdiyev AMEA-da struktur islahatları aparır - Birinci vitse-prezident postu yaradır

    Şənbə günü, dekabrın 28-də, saat 11.00-da AMEA Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı keçiriləcək. Bu barədə AMEA-nın saytında elan yerləşdirilib. Yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri haqqında məsələlər daxil edilib. Qeyd edək ki, indiyədək AMEA-da ancaq vitse-prezident vəzifəsi vardı. Bu il oktyabrın 23-də AMEA-nın rəhbəri dəyişib.

    Muxalifet3 - 26-12-2019

  14. Azərbaycanla sərhəddə İran qırıcısı qəzaya uğradı

    İran Hərbi Hava Qüvvələrinin ötən gün qəzaya uğrayan MiQ-29 qırıcısının pilotu hələ tapılmayıb. Muxalifet.az İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, təyyarə Ərdəbil vilayətində, Savalan dağlarında qəzaya uğrayıb. Qırıcını təcrübəli pilot, polkovnik Məhəmməd Reza Rəhmani idarə edirdi. Onun taleyi barədə xəbər yoxdur, hərçənd bəzi KİV-lər iddia edirlər ki, pilot katapult edib və sağ qalıb, haradasa Savalan dağlarındadır və baza ilə əlaqə yaradıb. Hava şəraitinin pis olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq pilotun axtarışları davam edir.

    Muxalifet3 - 26-12-2019

  15. "PARLAMENT SEÇKİLƏRİ ƏVVƏLKİ KİMİ OLMAYACAQ" - Keçmiş nazirdən açıqlama

    Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Muxalifet.az xəbər verir ki, bu barədə Yenisabah.az-a keçmiş nazirin özü bildirib. “Belə bir fikrim yoxdur. Çünki bu bir ayrı fəaliyyət növüdür, mənim peşəmdən uzaqdır. Ona görə də maraq göstərmirəm”, - deyə Tofiq Zülfüqarov bildirib. Keçmiş nazir hesab edir ki, növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlament əvvəlkindən fərqlənəcək: “Hər halda əvvəlki kimi olmayacaq. Doğrudur, narazı qalanlar da, razı qalanlar da olacaq. Bu da təbiidir.

    Muxalifet4 - 26-12-2019

  16. “Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi

    Azərbaycanın bütün regionlarını yüksəkkeyfiyyətli və sürətli internetlə təmin edən “Nar”, ucqar kəndlərdə belə 4G şəbəkəsini genişləndirir. Mobil operator bu dəfə dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Qusarın Laza kəndini 3G/4G şəbəkəsi ilə təmin edib. Qeyd edək ki, bu, Laza kəndində quraşdırılmış ilk 3G/4G baza stansiyasıdır. İndi Laza kəndində yaşayan sakinlər, eləcə də kəndə gələn turistlər “Nar”ın yüksək sürətli internetindən yararlana biləcəklər.

    Muxalifet4 - 26-12-2019

  17. Lukaşenko: Rusiya Belarusun tərkibinə daxil olsun!

    Belarus Prezidenti Aleksandr Lukaşenko zarafat edərək, Rusiyaya onun ölkəsinin tərkibinə daxil olmağı təklif edib. Muxalifet.az 24News.ge saytına istinadla xəbər verir ki, bunu Lukaşenko “Exo Moskva”nın baş redaktoru Aleksey Venediktova müsahibəsində deyib. “Siz ümumi prezident seçkisi istəyirsiniz. Rusiya və Belarusun vahid dövlət planında qəbul edəcəyi çox sadə variant var, o da sizin ölkənin Belarusun tərkibinə daxil olmasıdır. Yalnız Belarusun Rusiyanın tərkibinə daxil olmasını söyləmək ədalətsizlik olardı”, – deyə o zarafat edib.

    Muxalifet3 - 26-12-2019

  18. Şərəfli və müqəddəs müəllim peşəsinə kölgə salanlar... - TƏHLİL

    Seçki qutusuna topa bülleten atan, "karusel" əməliyyatlarında iştirak edən, səslərin sayılması zamanı ədalətsizliyə yol verən müəllimlər əməlləri ilə pedaqoq adına ləkə gətirirlər Onların vəzifəsi şagird və ya tələbəsinin layiqli vətəndaş, azad düşüncəyə sahib olan müstəqil şəxs kimi yetişməsini təmin etməkdir Bir neçə gün öncə, daha dəqiq desək, dekabrın 23-də ölkədə növbəti bələdiyyə seçkiləri baş tutub. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib.

    Muxalifet4 - 26-12-2019

  19. Ziya Məmmədov da parlament seçkilərinə qatılır? - SABİQ NAZİR DANIŞDI

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bir çox media nümayəndələri və tanınmış şəxslər parlament seçkilərində iştirak edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib. Muxalifet.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Z.Məmmədov yayılan xəbərlərə münasibət bildirib: "Xeyr, yayılan xəbərlər şayiədir. Mənim növbədənkənar parlament seçkilərinə qatılmaq fikrim yoxdur.

    Muxalifet4 - 26-12-2019

  20. KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER - Sabiq başçı Ağsunun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib?

    Struktur islahatları, eləcə də rayon icra hakimiyyətlərindəki mənimsəmə faktları ilə bağlı aparılan son araşdırmalar və həbslər bu orqanlardakı əsas korrupsiya mənbələrindən biri olan tender mövzusunu bir daha gündəmə gətirir. Belə ki, məhz tenderlər, dövlət satınalmaları zamanı əsasən rayon rəhbərlərinə, yaxud digər məmur-oliqarxlara yaxın şirkətlərlə aparılan “pay bölgüsündən” əldə olunan vəsait icra başçılarının əsas gəlir mənbələri sırasında xüsusi yer tutur.

    Muxalifet4 - 26-12-2019

Pages