“AZERCELL” İNHİSARÇI MÖVQEYİ İLƏ QİYMƏTLƏRİ SÜRƏTLƏ QALDIRIR

Baxış sayı:
229

2014-cü il il il Naxçıvan MR-da fəaliyyət göstərən mənsblər "Naxtel" mobil operatoru 4-cü mobil operator ümümrespublika operatoru olmaq üzrə fəaliyyət göstərən ümümrespublika operatoru olan ümümrespublika operatoru olan ümümrespublika operatoru olan lisenziyalıqlıq әlaәbәqә әlabәbәqdәdir. "Azercell"-in teqdidindən sonra bu qərardan imtina etdi.
Belə ki, həmin vaxt “Naxtel”-ə ölkə ərazisində öz şəbəkəsini quranadək milli rouminq vasitəsi ilə “Azercell” şəbəkəsi üzərindən fəaliyyət göstərmək təklif olunmuşdu. “Naxtel” Naxçıvanda fəaliyyətə başlayanda “Azercell” ilə onsuz da milli rouminq müqaviləsi var idi. Yəni indi də “Naxtel” abunəçiləri Naxçıvandan kənarda ölkənin bütün rayon və şəhərlərində “Azercell” şəbəkəsi üzərindən xidmət ala bilər.
“Naxtel”-in 4-cü mobil operator olaraq ümümrespublika operatoru kimi fəaliyyət göstərmək niyyətinin olduğunu bilən “Azercell”, bu, baş verərsə “Naxtel” ilə milli rouminq müqaviləsinə xidmət verəciyini bildirib. “Naxtel”-in isə ölkə ərazisində öz şəbəkəsini qurmaq üçün texniki və maddi imkanı olmadığına görə, ümumrespublika operatoru kimi fəaliyyət göstərmək istəyindən “Azercell”-in "sayəsində" imtina edib.
“Azercell”-in bərbad xidmət və keyfiyyəti qiymətləri hər ay artırdığı hər kəsə bəllidir. O da bəllidir ki, şirkət 29 ildir mobil bazarda 51,3%-lik inhisarçı mövqeyə sahibdir. Monopolist şirkət bir il sonra, yəni 2015-ci ildə “Delta-Telecom” və “SAZZ” şirkətlərinin də 4-cü mobil operator olaraq bazara girməsinə imkan verməyib. İllər əvvəl ölkədə fəaliyyət göstərən yerli mobil operatorlardan biri ilə ölkədə ilk 3G şəbəkəsini quran, abunəçilərinin sayı sürətlə artan “Vodafone” mobil operatoru da 2012-ci ildə “Azercell”-in təzyiqlərinə davam gətirə bilməyərək, ölkəni tərk etmişdir.
“Azercell” həmçinin 4G şəbəkəsi üzrə lisenziyanı digər mobil operatorlara təzyiq göstərərək 2012-ci ildə ilk özü almışdır. Yeni 010 prefiksini də digər mobil operatora təzyiq göstərərək ilk özü almaq istəsə də, digər mobil operator artıq haqsızlığa dözməyərək Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına müraciət edərək, yeni 099 prefikisini ilk özü almışdır.
“Azercell” mobil nömrələrin daşınması xidmətini də 9 il ləngitmişdir. Bunu əvvəlki Rabitə naziri də dəfələrlə bildirmişdi. Həmin vaxt bu sətirlərin müəllifi də həmin xidməti 9 il “Azercell”-in ləngitdiyini media vasitəsi ilə ictiamiləşdirmişdim.
“Azercell” mobil operatoru gözəl bilir ki, hər hansısa bir şirkət 4-cü mobil operator olaraq bazara girsə, şirkətin bərbad xidmətlərindən və yüksək tariflərindən təngə gəlmiş abunəçiləri “Azercell”-dən imtina edəcək və şirkətin 29 illik monopoliyası sona çatacaq. Məlum olduğu kimi, əksər ölkələrdə bazara yeni mobil operatorlar girir. Məsələn, Özbəkistanda “Vodafone” mobil operatoru 4-cü mobil operator olaraq fəaliyyətə başladı. Türkiyədə bazarda 3 mobil operator və “NetGSM”, “Digitürk” və s. virtual mobil operatorlar olsa da “Türksat” 4-cü mobil operator olaraq fəaliyyət göstərməyə hazırlaşır.
Bizdə isə illərdir “Azercell” monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir. Monopoliyanın nəticəsidir ki, mobil rabitə sahəsində illərdir hər keçən gün xidmət səviyyəsi daha da bərbad vəziyyətə düşür, qiymətlər isə hər ay durmadan artır.
İlkin MƏMMƏDKƏRİMOV