Axtarış
The search found 105849 results in 0.055 seconds.
Search results
Azərbaycan bu ölkələrin vətəndaşları üçün viza rüsumunu azaltdı
Nazirlər Kabinetinin qərarı (№489) ilə ABŞ və Koreya Respublikasının vətəndaşlarına çoxdəfəlik giriş vizaları üçün rüsumun məbləği iki dəfədən çox azaldılıb. Muxalifet.az xəbər verir ki, hazırda Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği 350 ABŞ dolları müəyyən edilib. Ümumilikdə, Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin müəyyən olunması zamanı qarşılılıq prinsipinin nəzər alınması vacib hesab olunur.
Muxalifet4 - 25-12-2019
“MEHDİYEVİN ELİTA NƏZƏRİYYƏSİ İFLASA UĞRADI” – “Sənin gətirdiyin adamlar dövlətə qarşı cinayət törətdi”
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədliyini irəli sürən iddialı və tanınan siyasətçilərdən biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. Onun seçkilə bağlı gözləntiləri, eləcə də son dövrlərdə ölkənin siyasi həyatında baş verən hadisələrə dair fikirləri maraq doğurduğundan, “AzPolitika.info” S.Cəlaloğludan müsahibə alıb.
Muxalifet4 - 25-12-2019
Bələdiyyə üzvü seçilən qadınların sayı açıqlandı - Azərbaycan tarixində ilk dəfə...
Dekabrın 23-də keçirilən bələdiyyə seçkisində qalib gələn qadınların sayı 5882 nəfər təşkil edib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən bu ilki bələdiyyə seçkisində seçilən qadınların sayı ümumi qalib gələn namizədlərin 38,81%-ni təşkil edib. Seçilən kişilərin sayı isə 9272 nəfərdir. Əvvəlki seçkilərlə müqayisədə bu, Azərbaycan tarixində ilk belə göstəricidir.
Muxalifet4 - 25-12-2019
Bayram Nurlunun bələdiyyə seçkisində iştirakına dair rəsmi AÇIQLAMA
Özünü cəmiyyətə ekstrasens kimi təqdim edən Bayram Nurlu bir müddət əvvəl sosial şəbəkədə yaydığı paylaşımda builki bələdiyyə seçkilərinə qatılacağını bildirmişdi. Onun 112 saylı Qax Seçki Dairəsindən namizədliyini irəli sürəcəyi barədə yayılanlar hər kəsin təəccübünə səbəb olmuşdu. Bayram Nurlunun seçkilərdə bitərəf namizəd kimi iştirak edəcəyini qeyd edilmişdi. Artıq 23 dekabr tarixli bələdiyyə seçkiləri yekunlaşıb və hazırda nəticələr müzakirə olunur. İki gündür sosial şəbəkələrdə yenə Bayram Nurlu haqqında söz-söhbətlər, informasiyalar tirajlanır.
Muxalifet4 - 25-12-2019
“Nar”dan Yeni il səfərləri üçün sərfəli rominq paketləri
Ölkənin ən gənc mobil operatoru “Nar”, Yeni il ərəfəsində səfərə çıxan abunəçiləri üçün sərfəli rominq paketləri təklif edir. Mobil operatorun rominq paketləri müştərilərin tələblərinə uyğun olaraq səsli zəng, internet və “WhatsApp”da pulsuz yazışma imkanı verir. “Nar” istifadəçiləri Türkiyə, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri kimi populyar istiqamətlər də daxil olmaqla, 45 ölkədə müvafiq romiq paketinə qoşularaq öz yaxınları ilə daim ünsiyyətdə qala bilərlər.
Muxalifet4 - 25-12-2019
Sürüşmə baş verən Bibiheybət yolu nə zaman açılacaq? – AÇIQLAMA
Yeni il ərəfəsində Bibiheybət yolunun ən azı iki hərəkət zolağının nəqliyyat vasitələrinin istifadəsinə verilməsini planlaşdırırıq. Bunu APA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.
Muxalifet4 - 25-12-2019
Tramp: "Mən xristianlıq üçün İsadan daha çox iş görmüşəm"
«Christianity Today” qəzetində baş redaktorun Trampın impiçmentinə çağıran məqaləsinə cavab olaraq, prezident jurnalı "solçu qəzet" adlandırdı və dedi: "Mən xristianlıq üçün İsadan daha çox şey etdim". "Demək istəyirəm ki, jurnal “Xristianlıq bu gün” adlanır, bəs bu gün xristianlar üçün kim daha çox iş görür? Bu İsa deyil. O yoxa çıxdı və heç kim onun başına nə gəldiyini bilmir. Mənsə burada hər gün kilsələri dəli liberallardan qoruyuram ". Keçmişdə İsanın xristianlıq üçün nəsə etdiyini etiraf etsə də, indi Tramp daha çox iş görür və bu daha əhəmiyyətlidir.
Muxalifet3 - 25-12-2019
Azərbaycanda daha bir məmur HƏBS EDİLDİ
Azərbaycanda vəzifəli şəxs həbs edilib. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirli bilinir. A.Vəliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, A. Vəliyev Vətəndaş Həmrəyliyi Partiyasının Şirvan rayon təşkilatının sədri, 46 saylı Şirvan Dairə Seçki Komissiyasının (DSK) üzvüdür.
Muxalifet4 - 25-12-2019
Prezident Administrasiyası qarşısında ETİRAZ AKSİYASI - İcra başçısının həbsi tələb edildi - VİDEO
Muxalifet.az xəbər verir ki, bir qrup Laçın rayon sakini Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirib. Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidən və Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovdan narazı qalan sakinlər onların özbaşınalıqlarına etirazlarını bildiriblər:
Muxalifet4 - 25-12-2019
İşıq problemi, yoxsa diqqətsizlik - Bakıda piyadalar niyə ölür?
Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub. Bu barədə məlumatı bu gün jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev açıqlayıb. Yol qəzalarında ölənlərin sayının ümumilikdə, 738 nəfər olduğunu nəzərə aldıqda, piyada ölümlərinin nə qədər yüksək olduğu daha aydın görünür. Ümumiyyətlə, statistikalara görə Bakı şəhəri piyadalar üçün təhlükəli şəhər sayılır. Bəs ölümlərin qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?
Muxalifet4 - 25-12-2019
ŞOK QƏRAR: Azərbaycanda dizellə işləyən maşınlar qadağan olunacaq - RƏSMİ
Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür. Muxalifet.az xəbər verir ki, Trend-ə istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib. Onun sözlərinə görə, "Yol hərəkətinin təhlükəsizliyinə dair" (2019-2023) Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir: "Orada bir neçə istiqamət nəzərdə tutulub.
Muxalifet4 - 25-12-2019
Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır - AÇIQLAMA
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika qalır. Bu barədə “Turan” agentliyinə onun xanımı Füruzə Gülalıyeva bildirib. F.Gülalıyevanın sözlərinə görə, bir həftədən çoxdur ki, həyat yoldaşının hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır. “Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılması ehtimalı da artır, amma buna müəyyən zaman lazımdır”, - o bildirib. Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb.
Muxalifet4 - 25-12-2019
PKK-dan xain plan - 14 YARALI VAR
“Sülh çeşməsi” əməliyyatı ilə yaradılmağa çalışılan əmin-amanlığı pozmaq və suriyalıların geri qayıtmasının qarşısını almaq istəyən PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir. Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verir ki, əliqanlı terror təşkilatı PKK/YPG “Fərat qalxanı” əməliyyatının keçirildiyi bölgədə Cerablus şəhər mərkəzində yenidən günahsız insanları hədəf alıb. Nazirlik bildirib ki, terrorçular kustar üsulla hazırlanmış partlayıcı maddə yüklü iki motosikleti uzaq məsafədən partlatmaqla terror aktı törədiblər.
Muxalifet4 - 25-12-2019
“Rusiyanın “Vaqner” şirkətinin 2 min muzdlu hərbçisinin Liviyada nə işi var?” - ƏRDOĞAN / VİDEO
Türkiyə prezidenti R.T.Ərdoğan bu gün Tunis prezidenti Kais Səid ilə keçirdiyi birgə mətbuat konfransında deyib: “Bu gün Liviyada Sudandan olan 5 min nəfər muzdlu hərbçi ilə “Vaqner” özəl hərbi şirkətinin 2 min nəfər muzdlusunun nə işi var? Onlar orada nə edirlər?” Ərdoğan xatırladıb ki, Türkiyə Liviyanın Milli Barışıq Hökumətini dəstəkləyir və ona qarşı çıxan general Xəlifə Hafter ilə başçılıq elədiyi Liviya Milli Ordusunu dəstəkləmir. Ərdoğan Liviyaya hərbçi göndərilməsi ilə bağlı sualın cavabında deyib: “Biz indiyə qədər heç bir yerdə dəvətsiz qonaq olmamışıq.
Muxalifet4 - 25-12-2019
Kanal İstanbul - Misir və BƏƏ-ni qıcıqlandıran bir Osmanlı arzusu.../ TƏHLİL
Yaxın Şərq arenasına yeni “odlu kürə” atıldı - bu, Türkiyə Prezidenti Ərdoğanın şəxsi arzusuna çevrilən yeni İstanbul Kanaldır. Onun açıqlaması, Türkiyə layihəsinin rəqabət edə biləcəyi Süveyş kanalı ətrafında Ankara və Qahirə arasında qarşıdurma zirvədə olduğu vaxtda, cəmiyyətdə mübahisələrə səbəb oldu. Yeni kanal və BƏƏ limanları arasındakı rəqabətdə də qarşıdurma var, baxmayaraq ki, bu layihə başa çatdıqdan sonra Qara və Mərmərə dənizlərini birləşdirəcək, istər-istəməz İstanbul və Dubay arasında dağıdıcı müharibəyə səbəb olacaq!
Muxalifet3 - 25-12-2019
“PREZİDENT OLMADAN DA İŞLƏMƏK OLAR” - Sahib Ələkbərov
Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Virtualaz.org bildirir ki, Respublika Velotrekində keçirilən yekun toplantıda federasiyanın baş katibi Fərhad Əliyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, ilin əsas hadisəsi Azərbaycan yığma komandası üzvlərinin Tokio-2020 Yay Olimpiya Oyunlarına şose velosipedinin qrup ötüşməsində lisenziya qazanması olub: "Rio-2016" ilə müqayisədə Tokio olimpiadası üçün iştirakçı sayının 150-dən 130-a endirilməsi mübarizəni daha da çətinləşdirib.
Muxalifet4 - 25-12-2019
İCRA BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏR KEÇİRİR - Şikayətləri dinləyib, çoxlu vədlər verib...
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşların növbəti səyyar qəbul-görüşünü keçirib. Rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və sakinlərin iştirakı ilə keçirilən növbəti səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əvvəlcə sakinləri qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib, ən xoş istəklərini və arzularını bildirib.
Muxalifet4 - 25-12-2019
Zeynəb Xanlarova yenidən deputat olmaq istəyir - 83 YAŞ NƏDİR Kİ...
V çağırış Milli Məclisin deputatı, Xalq artisti Zeynab Xanlarova 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Muxalifet.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Z.Xanlarova 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizədliyini irəli sürüb. Məlumatda onun namizədliyinin irəli sürülməsinin təsdiqləndiyi də qeyd olunub. Məsələ ilə bağlı deputatın köməkçisi və dairə seçki komissiyası ilə əlaqə saxlasaq da, cavab ala bilmədik. Qeyd: 83 yaşlı Zeynəb Xanlarova 1985-ci ildən deputatdır. (pravda.az)
Muxalifet4 - 25-12-2019
ŞOK: "Semaşko"da 11 günlük körpə satılıb — VİDEO
"Semaşko" xəstəxanasında (1 saylı Kliniki Tibbi Mərkəz) 11 günlük körpə satılıb. Muxalifet.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə 31 il əvvəl - 1989-cu ildə baş verib. İllər öncə törədilən cinayətin üstünü ATV-nin "BizimləSən" proqramı açıb. Hər şey Elmira adlı qadının 31 il əvvəl dünyaya gətirdiyi, lakin xəstəxanada öldüyü bildirilərək əlindən alınan qızının axtarışa çıxması ilə üzə çıxıb. Uşağı satın alan qadının baldızı həmin zaman "Semaşko"da həkim işləyib. Onun vasitəsilə hamilə olmayan gəlinləri 2 ay əvvəl xəstəxanada hamilə kimi qeydiyyata salınıb.
Muxalifet4 - 25-12-2019
Sənədsiz evlər sığorta olunmazsa, hansı cərimələr olacaq? - VİDEO
Daşınmaz əmlakın icbarı sığorta olunması qanunu gələn il yanvarın 1-dən qüvvəyə minir. Əmlakını sığorta etdirməyənlər hər 20 gündən bir cərimələnəcək. Elə bu səbəbdən artıq evini sığorta etdirənlərin sayı kifayət qədərdir. Muxalifet.az xəbər verir ki, əmlakını sığorta etdirmək niyyətində olub yox cavabı alan vətəndaşlar da az deyil. Bu isə cavab belə bir sualın ortaya çıxmasına səbəb olur. Çıxarışı olmayan mənzillər sığorta olunmalıdırmı və ya olunsa belə hansı şəkildə? Bu problemdən əziyyət şəkən insanların sayı Bakı və Abşeron ərazisi üzrə yarım milyondan çoxdur.
Muxalifet4 - 25-12-2019