Axtarış
The search found 105849 results in 0.124 seconds.
Search results
SOCAR-ın mühafizə xidmətinin əməkdaşları vətəndaşın evini sökdü - FOTO/VİDEO
Bu gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv küçəsi, Məmməd Seyid Ordubadi küçəsi, döngə 2-nin sakini Zəhra Fəxrəddin qızı Rəhimovanın mənzili sökülüb. Bu barədə Modern.az-a məlumat verən şikayətçi deyib ki, onun evi SOCAR-ın əməkdaşları tərəfindən sökülüb. Evdə uşaq-qoca, hamilə qadın demədən, damını söküb çıxıb gediblər. İndi soyuqda qalmışıq. Vətəndaş Zəhra Rəhimova onuda bildirib ki, əlimdə tikintiyə icazə sənədi ola-ola mənim evimi başıma uçurdular: "Qışın gündə mən indi harda yaşayaram. Bu cür zülm olar.
Muxalifet4 - 24-12-2019
Rusiyanın İrəvan səfiri: "Moskva Ermənistanın AİB-dəki iştirakından çox razıdır"
Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyinə sədrliyinin nəticələrini yüksək qiymətləndirir.
Muxalifet.az "news.am" saytına istinadla bildirir ki, bu barədə dekabrın 24-də Rusiya Federasiyasının Irəvan səfiri Sergey Kopırkin yekun mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bunlar Ermənistan rəhbərliyinin inteqrasiyanın inkişafına maraqlı və məsuliyyətli yanaşmasını əks etdirir və iştirakçı ölkələr üçün inteqrasiya formatlarının verilməsinin effektivliyini artırır.Muxalifet3 - 24-12-2019
“Türkləri itirə bilərik, Rusiyaya daha da yaxınlaşacaqlar” - TRAMPIN SENATORLARA MƏKTUBU
ABŞ prezidenti Donald Trampın senatorlara yazdığı “ABŞ-ın Milli Təhlükəsizliyi” başlıqlı 7 səhifəlik məktubunda “Sanksiyalar Türkiyəni Rusiyaya daha da yaxınlaşdırır” sözlərini yazıb. “TheDaılyBest” adlı internet saytında dərc olunan xəbərdə Trampın 7 səhifəlik yazını ABŞ XİN vasitəsilə göndərdiyi qeyd edilib. “ABŞ-ın Milli Təhlükəsizliyi” adlı məktub Türkiyə əleyhdarları olan Cim Riç və Bob Mendez də daxil olmaqla bütün senatorlara ünvanlanıb. Məktubun Türkiyə ilə bağlı hissəsində qanun layihəsinin həm NATO-ya zərər verəcəyi, həm də Türkiyəni Rusiyaya daha da yaxınlaşdıracağı vurğulanıb.
Muxalifet4 - 24-12-2019
“Yeni parlamentdə sovet təfəkkürlü deputatların çoxu olmayacaq” - QƏRARGAH RƏHBƏRİ
“Növbədənkənar parlament seçkilərində rəqabət də, seçici aktivliyi də daha yüksək olacaq”.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a parlament seçkilərinə marağın artmasından danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib. O, xüsusilə qeyd edib ki, parlament bələdiyyə institutundan daha nüfuzlu orqan olduğuna görə, seçicilər də deputat seçimində maraqlıdırlar:Muxalifet4 - 24-12-2019
“Vəziyyətlə maraqlanıb, qayıtmışam, vəssalam” - Nəsir Muxtarlı Ağstafaya göndərilməsindən DANIŞDI
Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Nəsir Muxtarlı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini əvəz etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Muxalifet.az xəbər verir ki, N.Muxtarlı Pravda.az-a açıqlamasında deyib ki, yazılanlar həqiqətəuyğun deyil. O bildirib ki, PA-da vəzifəsini icra edir: “Yazılanlar yalandır. Rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat Prezidentin sərəncamı ilə baş tutur.
Muxalifet4 - 24-12-2019
BDU-da tələbələr etiraz aksiyası keçirdi: Binadan plakat asdılar - FOTO
Bu gün Bakı Dövlət Universitetində bir qrup tələbə aksiya keçirib. Muxalifet.az xəbər verir ki, onlar ali təhsil müəssisəsinin 2 saylı korpusunda “Pulsuz təhsil” şüarlı plakat asıblar. Sosial mediada paylaşılan foto birmənalı qarşılanmayıb. Bəzi şəxslər universitetdə rüşvətin olmadığını, bəziləri isə müəllimlərdən qiymət almaq üçün pul verildiyini bildiriblər. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti neft-qaz ölkəsində vətəndaşlar üçün ödənişli təhsilin olmasını qınayıblar. Məsələ ilə bağlı Bakı Dövlət Universitetindən açıqlama almaq mümkün olmayıb. Bizimyol.info
Muxalifet4 - 24-12-2019
Rusiya Azərbaycanın başını danışıq imitasiyası ilə qataraq, Qarabağ və Abxaziyanı ermənilərlə məskunlaşdırır - "Böyük Ermənistan" yaratmaq üçün
“Abxaz etnosunun kədərli sonunu gətirən “abxaz məsələsinin yekun qərarı” sürətlə yaxınlaşır. Abxazlara “ölkə vətəndaşlığı” olmayanlara əmlak satma icazəsi verərək açıqca təzyiq olunur. Bildiyiniz kimi, kor-koranə axmaqlığı üzündən, Separatçı "prezident" Raul Xacimba bunda daha çox "dekorativ" rol oynayır. Yəni separatçı iyerarxiyada ilk şəxs məhz “vitse-prezident” Aslan Bartsitsdir. O, əslində erməni lobbisinin “katibi” dir.
Muxalifet3 - 24-12-2019
"BƏLƏDİYYƏ SEÇKİLƏRİ XALQIN İRADƏSİNİ ƏKS ETDİRMİR" - Siyasi partiyadan sərt bəyanat
"Seçkilərdə kütləvi qanun pozuntuları baş verib, namizədlərin hüquqları pozulub, vətəndaşların seçki hüququna müdaxilə edilib..." Ümid Partiyası 23 dekabr 2019-cu il tarixində Azərbaycanda keçrilən bələdiyyə seçkilərinin nəticələrinə dair ilkin bəyanata yayıb. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, bəyanatda qeyd olunur: "23 dekabr 2019-cu il tarixində keçrilən bələdiyyə seçkilərinin nəticələrinə dair rəsmi məlumatlarda qeyd olunur ki, seçici fəallığı 32,72 faiz olmuşdur.
Muxalifet4 - 24-12-2019
Putin Polşa səfirini “əclaf” adlandırdı - VİDEO
Əclaf, antisemit donuz. Onu başqa cür adlandırmaq olmaz. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Polşa səfirinin Varşavada Hitlerə abidə ucaltma təklifini xatırladarkən deyib. Bu barədə REN TV xəbər yayıb. Bildirilir ki, söhbət İkinci Dünya Müharibəsində Almaniyadakı Polşa səfirindən və nasistlərin yəhudiləri Avropa ölkələrindən Afrikaya qovma planlarından gedir. “Hitler 1938-ci ildə yəhudilərin Afrikaya qovulmasını təklif etdi. Polşa səfiri razılaşdı və ona abidə ucaltmağı təklif etdi”, - deyə Putin vurğulayıb.
Muxalifet4 - 24-12-2019
ADPU-nun qanunsuz olaraq işdən çıxarılan əməkdaşından CƏFƏR CƏFƏROVA ŞOK MÜRACİƏT - "İslahatların başqa kimlərə təsir edəcəyi hələ məlum deyil..."
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) keçmiş əməkdaşı Hüseynov Vidadi Fərzəli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına müraciət daxil olub. Saytımız vasitəsilə ADPU-nun rektoru Cəfər Cəfərova AÇIQ MƏKTUB ünvanlayan V.Hüseynovun müraciətini olduğu kimi dərc edirik: "Hörmətli Cəfər müəllim! Siz artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali vəzifə hesab edilən rektor kimi fəaliyyət göstərirsiniz. Bu vəzifəyə Sizi Azərbaycan Respublikasının Prezidenti təyin edib.
Muxalifet4 - 24-12-2019
Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ AÇIQLAMA / Video
Yüksək təsiredici xüsusiyyətə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərdən biri rəis olub. Muxalifet.az xəbər verir ki, Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi Samir Məmmədov sözügedən əmələ görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb. S.Məmmədov bu məsələdən sonra Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Muxalifet4 - 24-12-2019
Şəkidə şirniyyat sexi bağlandı – FOTOLAR
Şəkidə antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Verilən məlumata görə, agentliyin əməkdaşları Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində fəaliyyət göstərən, fiziki şəxs Rəsulov İntiqam Sabir oğluna məxsus şirniyyat istehsalı sexində yoxlama keçiriblər. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri, eləcə də sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb.
Muxalifet4 - 24-12-2019
Bakıda sərnişin avtobusları toqquşdu
Bakıda sərnişin avtobusları toqquşub.
Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, "Gənclik" metrostansiyasının qarşısında baş verib.
26 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu dayanacaq yaxınlığında idarəetməni itirərək qarşısında dayanan 202 saylı marşrut avtobusu ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtobusa ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (trend)
Muxalifet4 - 24-12-2019
Ermənistanda 2020-21-ci illərdə iqtisadi inkişaf üçün heç bir şans yoxdur - BAQRATYAN
"Vəziyyət daha pis ola bilərdi" Ermənistanın keçmiş baş naziri, iqtisadçı Hrant Baqratyan “Siyasi İqtisadiyyat” Tədqiqat İnstitutunun illik yekun konfransında Ermənistandakı mövcud iqtisadi vəziyyəti dəyərləndirdi. O, 2020-2021-ci illərdə iqtisadi vəziyyətin tədricən yaxşılaşacağına dair heç bir şans görmədiyini qeyd etdi. Muxalifet.az bu barədə "panorama.am" saytına istinadla bildirir. Onun sözlərinə görə, iqtisadi strukturun aparıcı sahələri avtomobillərin idxalı və satışı, eləcə də xidmət sektoru - oyun biznesi (təxminən 25-30%), 18% böyümə ilə dağ-mədən sənayesi üçüncü yerdədir.
Muxalifet3 - 24-12-2019
Bakıda polis viskidən zəhərlənərək öldü, dostu isə kor oldu
Ötən gün Bakıda güman ki, texniki spirtdən hazırlanmış viskidən zəhərlənənlərin sayı üçə çatıb. Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Nərimanov rayon Prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənlər arasında Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu da var. Polis dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib.
Muxalifet4 - 24-12-2019
YAP-ın deputatlığa namizədlərinin siyahısı bu tarixdə AÇIQLANACAQ
Yeni Azərbaycan Partiyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək nazmizədlərinin siyahısı tam hazırdır. YAP-dakı mənbələrdən demokrat.az-a daxil olan məlumata görə, partiyanın namizədlərinin siyahısı sabah - dekabrın 25-də açıqlanacaq. Qeyd edilib ki, siyahıda beşinci çağırış Milli Məclisin üzvü olan bir sıra məşhur deputatların adı yoxdur.
Muxalifet4 - 24-12-2019
Azərbaycanda 40 yaşlı qadın dərmandan zəhərləndi
Şirvanda zəhərlənmə hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, hadisə Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı huşsuz vəsiyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Qadının İrandan gətirilən psixotrop dərmandan zəhərləndiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. /report
Muxalifet4 - 24-12-2019
Erməni siyasi rəsmidən açıqlama: "2020-də Paşinyan hökumətinin nə edəcəyini bilmək üçün "Vanqa" olmaq lazımdır"
Son bir ildə Ermənistandakı siyasi gündəliyi əsasən parlamentdənkənar qüvvələr formalaşdırdı. Hakimiyyətin istəyinin əksinə və ondan asılı olmayaraq biz varıq və düşünmək iqtidarındayıq, - deyə Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan bu gün “Voskanapat” analitik mərkəzində müzakirə zamanı bildirib. “Bütün siyasi müzakirələrdə uduzdular, bizimlə əsaslı müzakirələrə girməkdən qorxurlar. Bu hakimiyyət dəyər sisteminin nüvəsini məhv edir, yeni əxlaq və əxlaqsızlıq anlayışlarını təqdim edir ", o dedi.
Muxalifet3 - 24-12-2019
Baş nazir onları yüksək vəzifəyə təyin etdi
Nazirlər Kabinetinin Aparatında yeni kadr təyinatları olub.
Muxalifet.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamlarla Ruslan Rüstəmli Nazirlər Kabineti Aparatının Xarici İqtisadi Əlaqələr Şöbəsinin mudiri, İlkin Sabir oğlu Məcidov Nazirlər Kabineti Aparatının Regionların İnkişafi Şöbəsinin müdiri, Lətif Çəfər oğlu Qasımov Nazirlər Kabineti Aparatının Aqrar və Ekologiya Şöbəsinin müdiri təyin ediliblər. /report
Muxalifet4 - 24-12-2019
Prezident ad gününü belə qeyd etdi - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin 58 yaşı tamam olur. Muxalifet.az xəbər verir ki, prezident hər il olduğu kimi, bu il də doğum gününü sadə şəkildə ailə üzvləri arasında qeyd edib. İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva məclisdə çəkilən fotoları sosial mediada paylaşıb. "Əziz dostlar, təbriklərinizə, səmimi sözlərinizə və arzularınıza görə təşəkkür edirəm!!! Prezidentimizə və bütün Azərbaycan xalqına Allahdan cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm!
Muxalifet4 - 24-12-2019