Axtarış

The search found 105849 results in 0.089 seconds.

Search results

  1. Bu ölkədə hər gün yüzlərlə qız yoxa çıxır - İNANILMAZ OLAY

    2019-cu ildə Almaniyada 11 min 800 nəfər itkin düşüb.

    BBC xəbər verir ki, Almaniyanın Federal polisi belə məlumat yayıb. Məlumata görə, hər gün ölkədə 200-300 nəfərin itkin düşdüyü barədə məlumat qeydə alınır. Onların əksəriyyətinin yaşı 18-dən aşağıdır. İtkin düşənlər barədə araşdırmalar aparan polis hələlik ciddi nəticə əldə etməyib. Lakin şahid ifadələri əsasında bir neçə vətəndaşın qanunsuz yollarla xaricə getdiyi məlum olub.

    Bəzi yeniyetmə qızların və oğlanların qaçırıldığı barədə şübhələr olsa da, onların taleyi barədə məlumat yoxdur.

    Muxalifet4 - 24-12-2019

  2. Putindən SON DƏQİQƏ nüvə çıxışı - Kreml rəhbərinin bəyanatı ABŞ-ı silkələdi

    “Rusiya nüvə silahlarının inkişafı barədə fəaliyyətini davam etdirəcək". Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin ilin yekunlarına həsr olunmuş toplantısında belə bəyanatla çıxış edib. O bildirib ki, hazırda ordunun arsenalında nüvə başlığı daşıya bilən çox sayda ballistik və səsdən sürətli raketlər var. Kreml rəhbərinin sözlərinə görə, ordunun istifadəsinə verilən hipersonik raketlər gələcəyin silahıdır və bu mərmi həm hazırda mövcud olan həm də gələcəyin müdafiə sistemlərini məhv etmək iqtidarındadır.

    Muxalifet4 - 24-12-2019

  3. "Azərbaycanda azad mətbuata təzyiq olunur" - "Kanal 13"-ün direktorunun apellyasiya şikayətinə baxılıb / VİDEO

    Bu gün Apellyasiya Məhkəməsində "Kanal-13" internet televiziyasının direktoru Əziz Orucovun apellyasiya şikayətinə baxılıb. Muxalifet.az "Kanal 13"-ə istinadən xəbər verir ki, məhkəmə prosesi təxirə düşüb və növbəti proses yanvarın 7-də saat 10:30-da keçiriləcək. Xatırladaq ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi Əziz Orucov üzərindəki şərti cəzanın və məhkumluğun götürülməsi ilə bağlı iddiasını təmin etməyib. Noyabrın 5-də hakim Şəlalə Həsənova belə nəticəyə gəlib ki, şərti cəzanın ləğvi üçün əsas yoxdur, çünki Orucov islah olunduğunu sübut edə bilməyib.

    Muxalifet4 - 24-12-2019

  4. Yeni il şənliyində DƏHŞƏT - Onlarla insan öldü, 300 yaralı var / FOTOLAR

    Filippində son bir neçə saat ərzində şərabdan zəhərlənən onlarla insan həyatını itirib. Xəstəxanalara yerləşdirilənlərin sayı isə 300-ə çatıb.

    Muxalifet4 - 24-12-2019

  5. Pərviz Müşərrəfin edam cəzasına yenidən baxılacaq

    Lahor Ali Məhkəməsi Pakistanın xüsusi məhkəməsinin sabiq prezident Pərviz Müşərrəf haqqında çıxardığı edam cəzası ilə bağlı apelyasiya şikayətinə baxacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Samaa” kanalı məlumat yayıb. Xüsusi məhkəmənin qərarından verilən şikayətə 3 hakimdən ibarət heyət baxacaq. İlk məhkəmə iclası 2020-ci il yanvarın 9-da olacaq. Xatırladaq ki, dekabrın 17-də dövlətə xəyanət ittihamı ilə Pərviz Müşərrəf edam cəzasına məhkum edilib.

    Muxalifet4 - 25-12-2019

  6. Bələdiyyə seçkilərinin ilkin nəticələri - FƏRQLİ BAXIŞLAR

    Dekabrın 23-də Azərbaycanda bələdiyyə serçkiləri keçirilib. Seçkilərin elan edilmiş ilkin nəticələrinə görə, bir neçə gənc ictimai fəal bələdiyyə üzvü seçilmək üçün yetərincə səs toplayıb. Bununla yanaşı, rəsmi məlumata görə daha çox səs toplayanların böyük əksəriyyəti iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləri və bitərəflərdir. Mərkəzi Seçki Komissiyası səsvermənin azad və ədalətli mühitdə keçirildiyini bəyan etsə də aparıcı müxalifət qurumları və bir sıra müstəqil ekspertlər səsvermə zamanı çoxsaylı qanun pozuntularının müşahidə edildiyini bildirir.

    Muxalifet4 - 25-12-2019

  7. “MƏN HƏLƏ BUNU AÇIQLAYA BİLMƏRƏM...” - Vahid Ələkbərovu Azərbaycanda iki layihə maraqlandırır

    Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov “Kommersant”a müsahibəsində Azərbaycanda iki layihə üzrə danışıqlar apardığını deyib. Virtualaz.org xəbər verir ki, Vahid Ələkbərov həmin layihələrin adlarını açıqlamayıb. “Azərbaycanda hazırda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağı nəzərdə tuturuq. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”,-milyarder bildirib.

    Muxalifet4 - 25-12-2019

  8. BAKIDA ŞOK OLAY - Türkiyə vətəndaşı 15 manat borcunu istədi, bıçaqlandı

    Bakıda xarici ölkə vətəndaşı bıçaqlanıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 2 ünvanında baş verib. Türkiyə vətəndaşı, 1989-u il təvəllüdlü Sərxan Güçlü Fehmi oğlu Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mirzəxanov Ruslan Afət oğlu ilə mübahisə edib. Mübahisə R.Mirzəxanovun Sərxan Gülçüyə olan 15 manat borcunu verməməsi üstündə baş verib. Mübahisə nəticəsində R.Mirzəxanov Sərxan Gülçünü bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 25-12-2019

  9. Putin 20 il əvvəl Nazarbayevin diqqətini necə cəlb edib... - AÇIQLAMA

    Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev Rusiya lideri Vladimir Putinlə tanışlığından danışıb. N.Nazarbayev RİA Novosti-yə müsahibəsində deyib ki, Putinlə 20 il əvvəl görüşü zamanı onun enerjisinə, istənilən çağırışa aydın və dəqiq cavab verməyə hazır olmasına yaxşı mənada təəccüblənib. "Vladimir Putin Rusiya hökumətinin başçısı olanda mənim müşahidə etdiyim ilk məqam onun yüksək bilik, enerji və ən çətin məsələləri həll etməyə hazırlığı idi.

    Muxalifet4 - 25-12-2019

  10. Rüşvətə görə həbs olunan icra başçısının mülklərinin siyashısı AÇIQLANDI - Bunlar hələ bir hissəsidir...

    Ağstafa rayon İcra hakimiyyətinin həbs olunan başçısı Nizaməddin Quliyevin mülkləri ilə bağlı məlumatlar ortaya çıxır. Muxalifet.az xəbər verir ki, Goranboy rayon sakini "Abatv az" Youtube kanalında yayımlanan videoda icra başçısının mülklərindən danışıb.

    Muxalifet4 - 25-12-2019

  11. Azərbaycanda "balaca padşahlar"ın dönəmi bitir - ARTIQ İCRA BAŞÇILARI "AT OYNADA" BİLMƏYƏCƏK...

    Kino incilərimizdən olan “Qanun naminə” (Mehman) filmində məşhur bir ifadə var – “Sən bilirsən prokuror kimdir? Rayonun Allahı!”... Artıq uzun illərdir prokurorlar yox, əlindəki rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən, rıçaqlardan istifadə edən bir çox icra başçısı var ki, doğrudan da təyin olunduğu vəzifədə özünü “rayonun Allahına” çevirib. Belələrinin “iş metodlarını” isə təkcə yerli əhali deyil, onlara nəzarət etməli olan qurumlar da yaxşı görürdülər.

    Muxalifet4 - 25-12-2019

  12. Azərbaycan Avropa ölkələrinə ilbiz və qurbağa ayaqları ixrac edəcək

    Azərbaycan sahibkarlarının müraciətləri əsasında Avropa ölkələrinə ilbiz və qurbağa ayaqları ixrac ediləcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib. Onun sözlərinə görə, çoxsaylı müraciətləri nəzərə alaraq, Avropa İttifaqı ilə bu iki yeni məhsulun ixracı ilə bağlı danışıqlara başlanılıb. "Son illər Azərbaycanda dövlət tərəfindən göstərilən qayğı hesabına arıçılığın da geniş inkişaf etdirilməsi, bal istehsalının həcminin artması, bu məhsulun ixracının artımında da müsbət dinamika yaradıb.

    Muxalifet4 - 25-12-2019

  13. DƏHŞƏT: İntihar edən məmurun 25 gün öncə toyu olubmuş – FOTO

    Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin baş zabiti Rəvan Nəsibov kirayə yaşadığı mənzildə damarlarını kəsərək intihar edib. Muxalifet.az xəbər verir ki, “Qafqazinfo” mərhumla bağlı bir sıra məlumatları əldə edib. Məlum olub ki, Rəvan Nəsibov yeni ailə həyatı qurubmuş. O, ötən ayın 30-da özünə Bakıda yerləşən “Təbrik” restoranında toy edib. Anasını uşaq ikən itirən Rəvan Nəsibovun atası da keçmiş hərbçidir. Mərhumun qardaşı hazırda hərbi xidmətdədir.

    Muxalifet4 - 25-12-2019

  14. Almaniyada "Azərbaycan evi"nin açılışı oldu - FOTOLAR

    Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadığı şəhərlərdə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir. Muxalifet.az xəbər verir ki, növbəti belə bir ev 24 dekabr tarixində Almaniyanın Berlin şəhərində açılıb. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

    Muxalifet4 - 25-12-2019

  15. Vətəndaşları Avropada işə düzəldəcəyi ilə aldatdı, 50 min manat mənimsədi - POLİS ƏMƏLİYYATI

    Vətəndaşları Avropa ölkələrində yüksək məvacibli işlərə düzəldəcəyi ilə aldadıb onların 50 min manata yaxın pulunu mənimsəyən dələduz saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi rayonunda insanların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onları işə düzəltmək adı altında aldadan və xeyli miqdarda maddi vəsaitlərini ələ keçirən şəxs tutulub.

    Muxalifet4 - 25-12-2019

  16. "İcra başçısı və qardaşı mağazamızı ələ keçirərək, başqa şəxsə satdılar" - DAHA BİR İCRA BAŞÇISINDAN ŞİKAYƏT / Fotolar

    Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdan növbəti şikayət var. Muxalifet.az xəbər verir ki, bu şikayət Göyçay rayonu Qarabaqqal kənd sakini Quliyeva Cəmilə Niyazi qızı tərəfindən göndərilib. C. Quliyevanın iddiasına görə, icra başçısı və qardaşı Namiq İsmayılov onun ərinə məxsus obyekti icazəsiz olaraq başqa şəxsə satıb. Sözügedən şikayət mətnində bildirilir: “Əslən Göyçaydan olan Saatlı Rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılov və qardaşı Namiq bizim ailəyə məxus mağazanı saxtakarlıqla başqa şəxsə satıb bizi aldadıblar.

    Muxalifet4 - 25-12-2019

  17. Parlamentin buraxılmasına səs verən deputatlar yenidən namizəd oldular – SİYAHI

    9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Məclisin indiki tərkibinə daxil olan deputatlar da qatılmaq istəyir. Yenisabah.az xəbər verir ki, artıq indiki tərkibdən 20-dən çox deputat iddiasını ortaya qoyub.

    Muxalifet4 - 25-12-2019

  18. "Fövqəlnazir"in 81 yaşlı atası da deputatlığa namizədliyini irəli sürdü - FOTO

    V çağırış Milli Məclisin deputatı Fəttah Heydərov 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Muxalifet.az xəbər verir ki, F.Heydərov namizədliyini 116 saylı Qəbələ seçki dairəsindən irəli sürüb. Qeyd: 1995-ci ildən Milli Məclisin deputatı olan 81 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır. (Etikxeber.az)

    Muxalifet4 - 25-12-2019

  19. Çinin Orta Asiyaya yayılmağı Kremli qıcıqlandırır, Vaşinqton isə pusqudadır... - DETALLAR / Təhlil

    Çin-Qazaxıstan sərhəddində, qarlı zirvələrlə əhatələnmiş magistral yolu, çoxsaylı kranlar, dəmir yolları və anbarlar arasında, canlı nəqliyyat mərkəzi və "Bir kəmər, bir yol" nəhəng Çin layihəsinin vacib halqası olan Xorqos şəhəri böyüyür. Xorqos 2015-ci ildə məcarəsına başladı və durmadan inkişaf edir. Çini Avropa və Asiyanın yeni ticarət -nəqliyyat yolları ilə birləşdirmək istəklərinin başlanğıc meydançası oldu və Çin rəhbəri Si Jinping onu "əsrin layihəsi" adlandırdı.

    Muxalifet3 - 25-12-2019

  20. "Lotu Quli"nin bacısı oğlunu bıçaqladılar - "QANUNİ OĞRU" ÇOX QƏZƏBLƏNİB...

    Lotu Qulinin bacısı oğlu Maqa Rustavski (Məhəmməd Qurbanov) bıçaqlanıb. Muxalifet.az “lent.az”a istinadən xəbər verir ki, hadisə İstanbuldakı restoranların birində baş verib. Məlumata görə, dostları ilə birgə əylənərkən restorana Qulinin düşmənlərindən olan "Kvejoviç” ləqəbli "qanuni oğru” (Quram Çixladze) daxil olub. Maqanı görən "Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb. O, təcili xəstəxanaya çatdırılıb.

    Muxalifet4 - 25-12-2019

Pages