PA-nın keçmiş şöbə müdiri nazir müavini təyin edildi

Baxış sayı:
2660

Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub. Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini təyin edilib. Qeyd edək ki, Eldar Nuriyev bundan əvvəl Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri işləyib. O, noyabrın 29-da vəzifəsindən azad olunub.