Axtarış
The search found 105785 results in 0.037 seconds.
Search results
Şimali koreyalılar Çini tərk edir
Çinə işləməyə gedən Şimali Koreya vətəndaşları Pekinin Pxenyana artan təsiri fonunda evlərinə qayıdırlar.
Bu barədə öz mənbələrinə istinadən "Renhap" agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Şimali Koreyadan olan işçi qüvvəsinin böyük hissəsi vizalarının müddətini uzada bilməmələri səbəbindən geri qayıdır.
"İlin əvvəlində Dandunda 20 mindən çox şimali koreyalı işçi var idi. Lakin Çinin sanksiyaları sərtləşdirməsindən sonra onların sayı azalıb", - deyə digər mənbə əlavə edib.Muxalifet2 - 3-10-2017
Dəhşətli leysan yağışları: 15 nəfər öldü...
Uqandada güclü leysan yağışları nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.
Ölkənin qərb istiqamətinfə anomal hava şəraiti nəticəsində 15 nəfər həlak olub.
Hadisə haqqında məlumat tvitter sosial şəbəkəsində geniş yayılıb. Məlumatda deyilir: “Rubande bölgəsində leysan yağışları səbəbindən baş verən torpaq sürüşməsi zamanı 15 nəfər ölüb, 14 nəfər ağır xəsarətlər alıb. 10 nəfərdən çox insan itkin düşüb. "Qırmızı Xaç"ın heyəti yaralıları xətəxanaya çatdırıb, zərərçəkənlərə isə müvafiq yardım göstərilib”.Muxalifet2 - 3-10-2017
Ermənilər bu gecə atəşkəs rejimini 102 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.
Muxalifet2 - 3-10-2017
Zəlzələdən sonra daşqınlar Meksikanı "batırdı" - 2 ölü
Meksikanı zəlzələdən sonra indi də sel suları qərq edib. Ölkənin şimalında biri uşaq olmaqla 2 nəfər daşqınlar nəticəsində həlak olub.
Son məlumata görə, Tamaulipas ştatında 18 min sakin daşqınlardan ziyan çəkib.
Ştatın Xilasetmə Xidmətindən verilən məlumata görə, dərhal müvafiq tədbirlərə başlanılıb və 330-dan artıq sakin təxliyə edilib. Kəskin hava şəraitində vətəndaşların Rusiya istehsalı olan "Ural" yük maşınları ilə daşındığı bildirilir.
Xidmətdən verilən məlumata görə, daha çox Altamira şəhəri daşqınlardan əziyyət çəkib.Muxalifet2 - 3-10-2017
Rusiyanın San-Fransiskodakı SƏFİRLİYİNƏ BASQIN - "BU İŞĞALDIR"
ABŞ Rusiyanın San-Fransiskodakı səfirlik binasını ələ keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfirliyin binasının giriş qapıları qırılıb və binada axtarışlar aparılıb:Muxalifet2 - 3-10-2017
Rusiya türk dövləti ilə HƏRBİ TƏLİMƏ BAŞLADI
Bu gün Özbəkistan və Rusiyanın birgə hərbi təlimi başlayacaq.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan Müdafiə Nazirliyi yayıb. Nazirlik təlimin Dizaks vilayətinin Foriş poliqonunda keçiriləcəyini bildirib. Artıq Rusiya hərçiləri Özbəkistana gəliblər.
Qeyd edək ki, sonuncu dəfə tərəflər arasında bu cür ortaq təlim 12 il əvvəl keçirilmişdi.Muxalifet2 - 3-10-2017
Ötən həftə mətbuatda ən çox tənqid olunan İCRA BAŞÇISI – MAHİR QULİYEV
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
Muxalifet3 - 3-10-2017
2 tanış bir-birilərini bıçaqladı - BAKIDA
Bakıda iki tanış bir-birini bıçaqlayıb.
Hadisə Yasamal rayonu, Tbilisi prospektində baş verib.
Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Rövşən Həşimov və Abşeron rayon sakini 1986-cı il təvəllüdlü Niyazi Hüseynov qarnından bıçaq yarası ilə xəstəxanaya yerləşdiriıliblər. Araşdırmalar zamanı, onların mübahisə nəticəsində bir-birini bıçaqladığı müəyyən olunub.Muxalifet - 3-10-2017
“Receb İvedik”lə bağlı daha bir QALMAQAL
Bir müddət əvvəl premyerası keçirilən və rekord sayda izlənilən “Receb İvedik 5” filmi ilə bağlı daha bir qalmaqal yaşanıb.
Ekran işinin baş qəhrəmanı Şahan Gökbakar və layihəni ərsəyə gətirən “Çamaşırhane Film” şirkəti ilə bağlı İstanbul Baş Prokurorluğuna çoxlu sayda şikayət daxil olub.
İddia olunub ki, aktyor filmdə türkləri və Türkiyə bayrağını alçaldıb. Şikayətlə bağlı Gökbakar prokurorluğa çağırılıb və ifadə verib.
O, kinonun yayımlanmağı üçün Mədəniyyət Nazirliyindən icazə aldığını, xalqını və bayrağını təhqir etmədiyini bildirib.Muxalifet - 3-10-2017
"5-ci kolon" aktivləşir: Gürcü deputatlar Moskvaya getdi
Gürcüstanın rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasının üzvləri yenidən Moskvaya səfər ediblər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, səfər edən nümayəndə heyətinin tərkibində deputatlar Ada Marşaniya, Nato Çxeidze və Georgi Lomiya yer alıb. Onların Moskvada Rusiya Dumasının nümayəndələri ilə görüşəcəyi bildirilir. Səfər oktyabrın 5-nə qədər davam edəcək.
Qeyd edək ki, bu, partiya nümayəndə heyətinin Rusiyaya cari il ərzində ikinci səfəridir. Partiya Tiflisdən Rusiya ilə birbaşa dialoqa başlamasını istəyir.Muxalifet2 - 3-10-2017
Meyxanaçı Rəşad Dağlı həmkarı Rüfət Nasosnunu bıçaqladı
Məşhur meyxanaçı Rəşad Dağlı, Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlayıb.
Məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar verirlər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnir.
Qeyd edək ki, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir./olke.azMuxalifet - 3-10-2017
Yadplanetlilərə qarşı radar - SINAQDAN UĞURLA KEÇİRİLDİ
Çində ultra yüksək tezlikli dalğalardan istifadə edən “T-radar”ların sınaqlarına başlanılıb.
1 mm-dən də az dalğa ölçüsünə sahib olan bu radarlar radio şüaları ilə optik şüalar arasındakı diapazonda işləyir. Bunun sayəsində də maneənin arxasındakı nəsnələrin görüntüsü əldə edilir və radioəmici örtüyə sahib təyyarələrdən yansıyan siqnalları ala bilir.Muxalifet2 - 3-10-2017
Rusiya darmadağın etdi – 304 ölü
Rusiya aviasiyasının endirdiyi zərbələr nəticəsində Suriyada Fərat çayının şərq sahillərində 300-dən çox terrorçu öldürülüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenkov informasiya verib.
“Son 2 gün ərzində Rusiya aviasiyası Fərat çayının şərq sahillərində terrorçuların məhv edilməsi sahəsində əməliyyatları davam etdirib. Bu müddət ərzində 304 terrorçu məhv edilib, daha 170-i isə ağır yaralanıb”, - general deyib.Muxalifet2 - 3-10-2017
ARİF ALIŞANOV ÖTƏN HƏFTƏNİN “MƏTBUAT ULDUZU” OLDU - Ukraynadakı restoranı onu "birinci" etdi
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da müəyyən etmiş olacaqsınız.
Muxalifet3 - 3-10-2017
Las-Veqasdakı terror aktını Əbu Abd əl-Barr törədib – İŞİD-dən BƏYANAT
İŞİD terror təşkilatı ABŞ-ın Las-Veqas şəhərində 58 nəfərin ölümü və 515 nəfərin yaralanması ilə nəticələnmiş hadisə ilə bağlı geniş bəyanatla çıxış edib.
Yaxın Şərqdə terrorçuların fəaliyyətini izləyən “Directorate 4” Telegram-kanalının İŞİD-ə tabe olan “Amak” informasiya agentliyinə istinadən yaydığı məlumata əsasən, Las-Veqasdakı hadisəni törətmiş Stiven Paddokun hərbi ləqəbi Əbu Abd əl-Barr imiş.Muxalifet - 3-10-2017
Bakıda iki marşrut avtobusu ÇUXURA DÜŞDÜ - FOTO
Bakıda iki marşrut avtobusu çuxura düşüb.
Hadisə Yasamal rayonu Musabəyov parkı yaxınlığında baş verib. 18 və 14 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslar ötən gün qazılan və bu gün su ilə dolan çuxura düşüblər.
Avtobusların çıxarılması üçün evokuatr çağrılıb.Muxalifet2 - 3-10-2017
Bərzanidən MEYDAN OXUMA: “MÜARİBƏYƏ HAZIRIQ, KƏRKÜK BİZİMDİR”
Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani İraq hökumətinin vəzifədən uzaqlaşdırdığı Kərkük valisi Nəcməddin Kərimini ziyarət edib.
Ziyarət sentyabrın 25-də keçirilən qondarma referendumdan sonra silahlı qüvvələr komandirlərinin Kərkükdəki toplantısından sonra baş tutub.
Kərimi ilə görüşündə Bərzani “Müharibəyə hazırıq” mesajını verib.
Bərzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə də cavab verib:
“Ərdoğan Kərkük tarixində olmadığımızı deyir. Kərkük bizimdir”.Muxalifet - 3-10-2017
ABŞ bu ölkənin diplomatlarını qovur
ABŞ Prezidenti Donald Tramp Kubanın Vaşinqtondakı diplomatlarının sayını 60% azaltmağı planlaşdırır.
Bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
Agentlik ABŞ-ın bu məsələ ilə bağlı mövqeyini bu gün açıqlayacağını bildirib. Vaşinqtonun bu addımı Kubanı cəzalandırmaq üçün yox, hər iki ölkənin paytaxtındakı diplomatların sayını eyniləşdirmək üçün atacağı vurğulanıb.Muxalifet2 - 3-10-2017
Bakılı erməni nazirlə Poroşenko arasında QALMAQAL - VİDEO
Ukrayna Prezidenti Petro Poroşenko və Daxili İşlər naziri Arsen Avakov arasında ölkə liderinin seçildiyi gündən konflikt yaşanır.
Bununla bağlı məlumatı Ali Radanın deputatı, Ukrayna DİN-in sabiq müşüaviri Anton Geraşenko verib.
O bildirib ki, Poroşenko və Avakovun təhlükəsizliyin təminatı və cinayət işlərinin araşdırması məsələlərində fikir ayrılıqları var:Muxalifet - 3-10-2017
Daxili orqanında heroin keçirmək istədi
Daxili orqanında heroin keçirən şəxs gömrükdə saxlanılıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və nəticədə onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 22,638 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 3-10-2017