Bərzanidən MEYDAN OXUMA: “MÜARİBƏYƏ HAZIRIQ, KƏRKÜK BİZİMDİR”
3-10-2017 10:56

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani İraq hökumətinin vəzifədən uzaqlaşdırdığı Kərkük valisi Nəcməddin Kərimini ziyarət edib.
Ziyarət sentyabrın 25-də keçirilən qondarma referendumdan sonra silahlı qüvvələr komandirlərinin Kərkükdəki toplantısından sonra baş tutub.
Kərimi ilə görüşündə Bərzani “Müharibəyə hazırıq” mesajını verib.
Bərzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə də cavab verib:
“Ərdoğan Kərkük tarixində olmadığımızı deyir. Kərkük bizimdir”.