"5-ci kolon" aktivləşir: Gürcü deputatlar Moskvaya getdi
3-10-2017 10:22

Gürcüstanın rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasının üzvləri yenidən Moskvaya səfər ediblər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, səfər edən nümayəndə heyətinin tərkibində deputatlar Ada Marşaniya, Nato Çxeidze və Georgi Lomiya yer alıb. Onların Moskvada Rusiya Dumasının nümayəndələri ilə görüşəcəyi bildirilir. Səfər oktyabrın 5-nə qədər davam edəcək.
Qeyd edək ki, bu, partiya nümayəndə heyətinin Rusiyaya cari il ərzində ikinci səfəridir. Partiya Tiflisdən Rusiya ilə birbaşa dialoqa başlamasını istəyir.