General Mirzəyev Cavanşir Qurbanovun ailəsini ziyarət etdi - FOTOLAR

Baxış sayı:
136

Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, müdafiə nazirinin müavini, Vətən Müharibəsi qəhrəmanı Hikmət Mirzəyev Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti, mərhum Cavanşir Qurbanovun ailəsini ziyarət edib.
Muxalifet.az xəbər verir ki, H.Mirzəyev bir neçə gün əvvəl rəhmətə gedən C.Qurbanovun vəfatından kədərləndiyini bildirib, xanımına və ailə üzvlərinə başsağlığı verib.
Xatırladaq ki, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov mayın 21-də 78 yaşında dünyasını dəyişib.
Cavanşir Qurbanov "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli, beynəlxalq dərəcəli hakim, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri olub.
O, 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995-2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006-2017-ci illərdə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.
C.Qurbanov 2024-cü ilin mart ayında Prezidenti İlham Əliyev tərəfindən ölkənin ən ali medalı “Heydər Əliyevin 100 illik yubiley medalı” ilə təltif edilib.
Qeyd edək ki, Cavanşir Qurbanov nəğməkar-şair Cəlal Qurbanovun atasıdır.
Muxalifet.az