Bakılı erməni nazirlə Poroşenko arasında QALMAQAL - VİDEO

Ukrayna Prezidenti Petro Poroşenko və Daxili İşlər naziri Arsen Avakov arasında ölkə liderinin seçildiyi gündən konflikt yaşanır.
 
Bununla bağlı məlumatı Ali Radanın deputatı, Ukrayna DİN-in sabiq müşüaviri Anton Geraşenko verib.
O bildirib ki, Poroşenko və Avakovun təhlükəsizliyin təminatı və cinayət işlərinin araşdırması məsələlərində fikir ayrılıqları var:
“Poroşenko hüquq-mühafizə orqanları üzərində nəzarəti öz əlində cəmləşdirmək istəyir. Ancaq Avakov və mən istəmirik. Bu, çox təhlükəlidir. Biz artıq bu praktikanın acı nəticələrini görmüşük”./teleqraf.com