Axtarış
The search found 105785 results in 0.035 seconds.
Search results
Bakıda gənc qızı avtobusda döydülər
Bakıda marşrut avtobusunda xuliqanlıq hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Xəzər rayonu Zirə qəsəbəsi ilə metronun “Koroğlu” stansiyası arasında sərnişindaşıma ilə məşğul olan 150 saylı xətt avtobusunda Sadiq adlı şəxs 26 yaşlı Aytən Məmmədovanı döyərək ona xəsarətlər yetirib. Digər sərnişinlərin müdaxiləsi ilə qızı həmin şəxsin əlindən almaq mümkün olub.
Faktla bağlı polisdə araşdırma aparılır.Muxalifet2 - 3-10-2017
61 yaşlı kişi güllələndi - XAÇMAZDA
Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlu bel nahiyəsində güllə yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ov tüfəngi ilə həmkəndlilərindən birinin xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.Muxalifet2 - 3-10-2017
"Kərkük 82, Mosul isə 83-cü vilayətimiz olacaq" - BAXÇALI
Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq.
Muxalifet.az xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiya lideri Dövlət Baxçalı söyləyib.
“Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq. Bunun qarşısında heç bir güc dayana bilməyəcək. Sərhədimiz yaxınlığında kürd dövlətinin yaradılmasına səbir göstərmək gözümüzün önündə edam fərmanımızın yazılmasına səssiz qalmağımız deməkdir”, – deyə o bildirib.Muxalifet2 - 3-10-2017
“Şahbaz Quliyevin səhhəti ilə bağlı məsələ diqqətimizdədir” - OMBUDSMAN
“Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin səhhətinin ağırlaşması ilə bağlı KİV-də yayılan xəbərlərdən məlumatlıyıq”
Bunu AzVision.az-a açıqmasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib. Ombudsman qeyd edib ki, Şahbaz Quliyevlə bağlı məsələ araşdırılacaq.
“Şahbaz Quliyevin səhhətinin ağırlaşması ilə bağlı məsələ diqqətimizdədir. Məlumatın nə dərəcədə dəqiq olduğunu bilmək üçün araşdırma aparacağıq. Əgər məlumat doğru olarsa, tərəfimizdən müvafiq addımlar atılacaq”.Muxalifet2 - 3-10-2017
SON DƏQİQƏ! Bakıda yol çökdü, avtomobillərin hərəkəti iflic oldu
Bakının Yasamal rayonunda yol çöküb. Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, intensiv yağışlar nəticəsində bu gün səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib. Nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.
Muxalifet2 - 3-10-2017
Bərazanini TİTRƏDƏCƏK “QURAN AYƏLİ” MESAJ
Türkiyə Ordusunun başa qərargah rəisi Hulusi Akar İran Baş Qərargahında Şimali İraq referendumunu müzakirə edərkən mühüm bir detal diqqətdən yayınmadı.
Muxalifet.az Türkiyə mediasına istinadən bildirir ki, İran Ordusuun Baş Qərargaında baş tutan toplantıda ekranlara diqqətləri cəlb edən çox önəmli bir mesaj yayımlanıb.
Akarın iştirak etdiyi iclasda ekrana "Allah yolunda səfərə çıxmağın" əmr edildiyi Tövbə surəsinin 38 və 39-cu ayələri əks etdirilib.
GÜNDƏLİKDƏ ŞİMALİ İRAQA ƏMƏLİYYAT VAR
Muxalifet - 3-10-2017
ABŞ-ın 2 nömrəli düşməni Rusiyaya gedir
Venesuela Prezidenti Nikolas Maduro bu gün Rusiyaya gələcək.
Maduro Rusiyada Beynəlxalq Energetika Forumunda iştirak edəcək. Venesuela lideri həmçinin Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək.
Qeyd edək ki, Venesuela lideri hazırda ABŞ-ın Şimali Koreya lideri Kim Çen İndən sonra ikinci əsas düşməni sayılır.Muxalifet2 - 3-10-2017
Suriyada səssizcə 2-ci “KÜRD DÖVLƏTİ” YARADILIR
Ekspertlər Şimali İraqdakı referenduma köklənən Türkiyənin Şimali Suriyada çox sürətli şəkildə baş verən hadisələri diqqətdən qaçırdığına diqqət çəkib
Muxalifet.az-ın bildirdiyinə görə, Türkiyə medaisı Suriyanın şimalında gedən çox təhlükəli proseslərdən yazıb.
Bərzaniyə daldıq, Suriyanı unutduq, Türkiyəyə əsl təhdid Suriyadan
Muxalifet - 3-10-2017
Karateçimiz İki ermənini məğlub edərək ÇEMPİON OLDU - FOTO
Gürcüstanda keçirilən Kyokuşin karate üzrə Açıq Qafqaz çempionatında Azərbaycan idmançıları uğurla çıxış edib.
Yarışda 11 idmançı ilə iştirak edən milli komandamız 7 nəticə göstərərək vətənə dönüblər.
Çempionatda 75 kq çəkidə bütün rəqiblərini məğlub edən Eltac Hümbətov, xüsusilə iki erməni rəqibi üzərində təmiz qələbə qazanaraq çempion olub. Digər idmançılar Valeh Cəfərov ikinci, Niyaməddin Əliyev, Nail Quliyev, Rüfət Babayev, Etbar Ağalaroğlu və Solmaz Zeynallı üçüncü yerə layiq görülüblər.Muxalifet - 3-10-2017
“Cümhuriyyət bizim ziyalılarımızın xalqa əmanətidir" - NATİQ MƏMMƏDLİ
"Hökmdarlardan roman yazmağa nə var ki, Cümhuriyyətlə bağlı əsər yazmalıyıq”
“İnanmıram ki, qısa müddətə Azərbaycan televiziyaları Cümhuriyyətlə bağlı nəsə layiqli bir iş görsünlər”
Muxalifet - 3-10-2017
Abbas Abbasovun oğlu Ramazan Abdulatipovun İSTEFASI BARƏDƏ... – AÇIQLAMA
Bir neçə gün bundan qabaq Dağıstan prezidenti Ramazan Abdulatipov 71 yaşında istefa verib. Prezident qəfil istefa verməsinə səbəb olaraq yaşının çox olmasını göstərib.
Ramazan Abdulatipov “Komsomolskaya pravda”ya müsahibəsində deyib ki, istefa barədə qərarı Rusiya prezidenti Administrasiyasının rəhbəri Anton Vayno ilə söhbətdən sonra qəbul edib. Lakin o, söhbətin məğzini açıqlamayıb.Muxalifet - 3-10-2017
Minsk qrupunun həmsədrləri yenə GƏLİRLƏR
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7-də Bakıya gələcəklər.
Bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşdən sonra mətbuat konfransında deyib.
Qeyd edək ki, həmsədrlər oktyabrın 6-da Yerevanda olacaqlar/trendMuxalifet - 3-10-2017
ABŞ-dan Azərbaycana TƏCİLİ ZƏNG – SOS
“Bu gün 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub”.
Bu barədə Dövlət Dəniz Administrasiyasından məlumat verilib.Muxalifet - 3-10-2017
Bakıda bu villalar, ərazilər su altında qalacaq - SOS
Xəzərdə suyun səviyyəsinin qalxması nəticəsində Azərbaycanın Aran zonasının bir hissəsi su altında qalacaq.
Bunu Axar.az-a aşıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Xəzərdə suyun qalxması xəbərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sahilboyu hardasa 50-100 kilometrə qədər ərazi suyun altında qala bilər:Muxalifet2 - 3-10-2017
Hər şey müharibəyə doğru: başlanma VAXTI AÇIQLANDI
“Donetsk Xalq Respublikası” separatçı qurum tərəfindən təmas xəttinin möhkəmləndirilməsi göstərir ki, 2018-ci ildə Donbasda döyüş əməliyyatları aktivləşəcək”.
Bunu Ukraynanın “Obozrevatel” nəşrinə “Gürcü milli legion”unun komandir müavini Şota Kedelaşvili deyib.
“2014 və 2015-ci illər döyüş əməliyyatlarının daha aktiv mərhələsi idi. 2016 və 2017-ci illər daha sakit keçdi. Amma düşünürəm ki, hər şey 2018-ci ilin çox isti olacağını göstərir”, - Kedelaşvili bildirib.Muxalifet2 - 3-10-2017
Ali Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etməyib
Ali Məhkəmədə jurnalist Rauf Mirqədirov barəsindəki hökmdən verilən şikayətə baxılıb.
Vəkil Fuad Ağayev deyib ki, şikayət təmin edilməyib.
Kassasiya şikayətində Ali Məhkəmənin ona bəraət verməsi istənilmişdi.
Jurnalist 2014-cü ildə mühakimə olunub və demək olar ki, iki il həbsdə qalıb. Sonra şərti olaraq azadlığa buraxılıb.Muxalifet2 - 3-10-2017
Türkiyə “Fırtına”ları İraq sərhədinə yeritdi
Türkiyə Silahlı Qüvvələri Şimali İraqla sərhəddə yerləşən Habur qapısının yaxınlığında həyata keçirdiyi təlimlər zamanı ilk dəfə “Fırtına” haubitsalarından atəş açıb.
Axar.az xəbər verir ki, təlim zamanı quraşdırılmış düşmən hədəfləri haubitsalarla, tanklarla darmadağın edilib. Canlı döyüşlərdən fərqlənməyən təlimlər zamanı təkcə zirehli texnikanın deyil, türk əsgərinin də şücaəti nümayiş etdirilib.
Qeyd edək ki, türk ordusu Silopi rayonunun Habur sərhəd qapısının yaxınlığında 18 sentyabrdan bəri hərbi təlim keçir.Muxalifet2 - 3-10-2017
4 uşaq atası məsciddə özünü güllələdi - (+18) VİDEO
Bütün var-dövlətini itirən adam depressiyaya düşərək intihar edib.
Publika.az xəbər verir ki, Türkiyənin Adana bölgəsində məscidlərin birində təhlükəsizlik kameralarına düşən görüntülər sosial şəbəkələrə yüklənib. Görüntülərdə orta yaşlı bir kişinin məscidə gələrək kənarda oturub ibadət etdiyi görülür. Daha sonra əlindəki silahı başına dirəyərək atəş açır.
Həmin görüntüləri təqdim edirik:Muxalifet2 - 3-10-2017
“Rus NATO-su” Qafqazı müzakirəyə çıxardı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrinin Rusiyanın Rostov şəhərində görüşü keçirilib.
Görüşə əsasən KTMT-yə üzv ölkələrin parlamentlərinin müdafiə komitələrinin sədrləri qatılıb. Görüşdə komitə sədrləri Qafqazdakı hərbi vəziyyəti müzakirə edib.
Qeyd edək ki, KTMT-yə Rusiya, Tacikistan, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan üzvdür.Muxalifet2 - 3-10-2017
Şimali Koreya gəmisindəki sursat MƏHV EDİLDİ
Misir Şimali Koreyadan gələn bir gəmini Süveyş kanalına girməzdən əvvəl dayandırıb və içindəki sursatı zərərsizləşdirib.
Bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Misir hökuməti Şimali Koreyadan gələn gəminin içində tank əleyhinə mərmi olması ilə bağlı məlumat aldıqdan sonra onu dayandırıb. Əməliyyat qrupu gəmidəki yüklərə baxış keçirib və aşkaralanan sursatlar məhv edilib”, - açıqlamada bildirilib.Muxalifet2 - 3-10-2017