2 tanış bir-birilərini bıçaqladı - BAKIDA
3-10-2017 10:16

Bakıda iki tanış bir-birini bıçaqlayıb.
Hadisə Yasamal rayonu, Tbilisi prospektində baş verib.
Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Rövşən Həşimov və Abşeron rayon sakini 1986-cı il təvəllüdlü Niyazi Hüseynov qarnından bıçaq yarası ilə xəstəxanaya yerləşdiriıliblər. Araşdırmalar zamanı, onların mübahisə nəticəsində bir-birini bıçaqladığı müəyyən olunub.