Axtarış
The search found 105785 results in 0.023 seconds.
Search results
Что может предложить Россия Азербайджану?
На днях в Азербайджан с официальным визитом прибыл секретарь Совета Безопасности России Николай Патрушев. В рамках визита секретарь Совета безопасности России встретился провел официальную встречу с президентом Азербайджана Ильхамом Алиевым, а также и с руководителем администрации президента Азербайджана Рамизом Мехтиевым.
Во время встречи президента Азербайджана и Николая Потрушева, глава Азербайджана, заявил об успешном развитии двусторонних отношений между Азербайджаном и Россией в политической, экономической и других сферах.Muxalifet3 - 3-10-2017
“Rusiyanın nefti qurtarmayınca beynini işlətməyəcək” - "Financial Times"
Putin tələbələrlə görüşündə süni zəkanın gətirə biləcəyi imkan və təhlükələrdən danışıb.
"Financial Times" qəzeti yazır ki, Rusiya 21-ci əsrdə qlobal güc olmaq istəyirsə, texnologiyalar sahəsində iki yarışın birindən, ola da bilsin ki, hər ikisindən qalib çıxmalıdır.
Bunlardan birini prezident Putin tələbələrlə görüşündə açıqlayıb. O, gənclərə süni zəkanın gətirə biləcəyi imkan və təhlükələrdən danışıb.
Rusiya prezidenti deyib ki, "bu sahədə kim lider ola bilsə, o da dünyaya hakim olacaq".Muxalifet - 3-10-2017
Azərbaycanda qadın dəhşətli qəza törətdi: ƏRİ və QIZI ÖLDÜ
Daxili İşlər Nazirliyi dünən Şamaxıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Muxalifət.az BakiPost.az-a istinadən xəbər verir ki, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri "Mercedes” markalı iki avtomobil toqquşub.Muxalifet2 - 3-10-2017
Ərdoğandan yeni münaqişə ilə bağlı PROQNOZ
Ərbildəki referendum regionda etnik münaqişəyə təkandır. Trend-in məlumatına görə, belə bir siyasi proqnozla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Ərdoğan əlavə edib ki, İraq yalnız etnik kürdlərin deyil, həm də ərəblərin ölkəsidir.
Qeyd edək ki, İraqın kürd muxtariyyəti sentyabrın 25-də bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirib.Muxalifet2 - 3-10-2017
Əfsanəvi boksçu Stiven Seqalı DÖYÜŞƏ ÇAĞIRDI
Superağır çəkidə keçmiş dünya çempionu, əfsanəvi amerikalı boksçu Corc Formen məşhur ABŞ aktyoru Stiven Siqalı döyüşə çağırıb.
Formen çağırışı Tvitter hesabında yazıb.
“Stiven Siqal, mən səni döyüşə çağırıram. Sən və mən, təkbətək. Mən bokslaşacam, sən isə necə istəyirsənsə, elə də döyüş. Las-Veqasda, 10 raund”, - Formen yazıb./axar.az/Muxalifet2 - 3-10-2017
"Avropa İttifaqı daha bizə lazım deyil, lakin…" - Ərdoğan
"Express" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan "bizim daha Avropa İttifaqına ehtiyacımız yoxdur" deyib.
Qəzet bu bəyanatın, Türkiyənin Aİ-yə üzvlük üçün ərizəsini geri götürə biləcəyinin siqnalı kimi də yozula biləcəyini yazır.
Ötən bazar günü Erdoğan Türkiyə parlamenti qarşısında deyib: "Bizə bundan sonra Aİ üzvlüyü lazım deyil".
Məqalədə deyilir ki, Türkiyə Avropa İttifaqı üzvlüyü üçün son 12 ildə danışıqlar aparıb.Muxalifet - 3-10-2017
Vidadi Zeynalovun apellyasiya şikayəti üzrə MƏHKƏMƏ BAŞLADI
Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası başlayıb.
Muxalifet2 - 3-10-2017
“Olimpik Star”da oğurluq edənlər saxlanıldı
Bakıda yerləşən məşhur “Olimpik Star” idman kompleksində oğurluq edən şəxslər saxlanılıb.
“Qafqazinfo”nun verdiyi xıbırə görə, sentyabrın 26-da kompleksin trenajor zalının dəyişmə otağına daxil olan şəxslər oradakı paltarların cibindən ümumilikdə 1000 manat oğurlayıblar.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – Saatlı rayon sakini, 1991-ci il təvəllüdlü Adil İsmayılov və İlkin Çobanov saxlanılıb.
Araşdırma aparılır.Muxalifet2 - 3-10-2017
Fuad Poladovdan səhhəti ilə bağlı AÇIQLAMA
Hələ ki, səhhətimlə bağlı irəliləyiş yoxdur.
Bunu xalq artisti Fuad Poladov deyib. Aktyor bildirib ki, xəstəliyini gizli saxlamaq kimi bir niyyəti olmayıb:
"Gizli saxlamaq istəsəm belə, bu alınmazdı. Çünki xəstəxanaya gedirəm, görənlər və eşidənlər olur".
Qeyd edək ki, aktyorun ağciyərində xərçəng aşkarlanıb. Fuad Poladov bu il iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb./reportMuxalifet - 3-10-2017
Bakıda çoban GÜLLƏLƏNDİ
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Bakıda çoban güllələnib.
Hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Rəhimov Mirşah Ağaşah oğlu odlu silahdan açılan atəş nəticəsində sağ ayaq nahiyəsindən yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin motivi hələ ki, bəlli deyil.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, M.Rəhimov çobanlıq fəaliyyəti ilə məşğul olur.Muxalifet2 - 3-10-2017
Prezident məşhur boksçularla görüşdü - FOTO
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib.
Muxalifet2 - 3-10-2017
12000 manatlıq kosmetoloji avadanlıq oğurladı - ƏLƏ KEÇDİ
Bakıda avtomobildən 12000 manat dəyərində kosmetoloji avadanlıqlar oğurlayan şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonu Ə.Naxçıvani küçəsindəki evlərdən birində yaşayan Alla Nukradzeyə məxsus “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 12000 manat dəyərində kosmetoloji avadanlıqlar naməlum şəraitdə oğurlanıb.Muxalifet2 - 3-10-2017
Qarabağda 26 erməni hərbçisi öldü – Düşmən ordusunda ŞOK İTKİLƏR
Ermənistanda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı açıqlanıb.
Muxalifət.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu ilin 10 ayı ərzində erməni hərbi birləşmələrinin 45 hərbi qulluqçusu qeyri-döyüş şəraitində ölüb.Muxalifet2 - 3-10-2017
Koreyalıların Çindən kütləvi axını başladı
Çində çalışan Şimali Koreya vətəndaşları BMT-nin son sanksiyaları və Pekinin miqrasiya siyasətini sərtləşdirməsindən sonra kütləvi şəkildə ölkələrinə qayıtmağa başlayıblar.
Bu barədə informasiyanı Cənubi Koreyanın “Renxap” agentliyi yayıb. Şimali Koreya vətəndaşlarının sayının, xüsusilə, Dandun şəhərində azaldığını bildirilir.
Qeyd edək ki, Çin bundan öncə BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı sanksiyalarına əməl edəcəyini açıqlayıb.Muxalifet2 - 3-10-2017
““Kürdüstan”ın müstəqilliyini dəstəkləyən şəxsin azərbaycanlı olmağına şübhəm var”
Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Modern.az saytının suallarını cavablandırıb.
Muxalifet.az onunla müsahibəni təqdim edir:
- Yevda müəllim, sentyabrın 25-də İraq Kürdüstanında "müstəqillik referendumu” keçirildi. Bu "referendum”la bağlı sizin mövqeyiniz necədir? İsrail tərəfinin məsələyə isti münasibəti nə ilə izah oluna bilər?
Muxalifet - 3-10-2017
Qaxda GÖZLƏNİLMƏZ OLAY: bəy toydan qabaq... - TƏFƏRRÜAT
Qaxda 26 yaşlı oğlan toyuna 6 gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, bu gün saat 17 radələrində rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.Muxalifet2 - 3-10-2017
PSJ - “Bordo” matçı öncəsi TERROR AKTININ QARŞISI ALINDI
Sentyabrın 30-da Parisdə keçirilən PSJ - “Bordo” futbol qarşılaşması öncəsi “Park de Prens” stadionu yaxınlığında əldə düzəldilmiş partlayıcı qurğu tapılıb.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Qurğu səhər saatlarında yerli sakin tərəfindən aşkar edilib. Paris ətrafında polis tərəfindən reyd davam etdirildiyi üçün əməliyyatın detalları indiyə qədər açıqlanmayıb.
Hadisə ilə əlaqədar müşahidə altında olan müsəlman sakin də daxil olmaqla, 5 nəfər saxlanılıb.
Qeyd edək ki, oyunu 47 min tamaşaçı izləyib.Muxalifet2 - 3-10-2017
ABŞ Şimali Koreya ilə görüşü rədd etdi
Ağ Ev Şimali Koreya ilə müzakirələri rədd edib.
Ağ Evdən verilən açıqlamada bildirilir ki, Şimali Koreyada həbsdə olan amerikalılardan başqa rəsmi Pxenyan ilə heç bir dialoq qurulmayacaq.
Ağ Evin mətbuat kaibi Sara Sanders jurnalistlərə Donald Trampın ötən həftənin sonu Tvitterdəki açıqlamanı təkrarlayaraq "İndi danışmaq vaxtı olmadığını açıq şəkildə bildirmişdik. Həbs edilən amerikalıları geri qaytarmaq yeganə görüş mövzusu ola bilər. Bundan başqa Şimali Koreya ilə heç bir görüş keçirilməyəcək".Muxalifet - 3-10-2017
"Rusiya Türkiyəyə "S-400"lərin kodunu verməyəcək"
Rusiya mətbuatı Türkiyə-Rusiya arasındakı "S-400" hava hücumundan müdafiə raketləri barədə şok iddia səsləndirib.
İddiaya əsasən, müdafiə sistemlərinin kodları və nəzarəti Türkiyəyə verilməyəcək. Rusiyalı bir rəsminin "gazeta.ru" saytına verdiyi müsahibəyə əsasən, Rusiya tərəfi bu təklifi rədd edib.
Xəbərdə deyilir: "Türkiyə tərəfinə "S-400"lərin sisteminə aid elektron kodların hamısını və daxili mexanizmləri verməyəcəyik. Müqaviləyə əsasən, texniki dəstək və təmir işlərini biz görəcəyik. Onlar isə bu sistemlərin içini açmayacaqlar".Muxalifet - 3-10-2017
Azərbaycanın hərbi gəmiləri İrana gedib - VİDEO
Səfər oktyabrın 7-dək davam edəcək
Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İrana dostluq səfərinə gedib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində Azərbaycanın hərbi dənizçiləri İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.Muxalifet2 - 3-10-2017