Axtarış
The search found 105785 results in 0.105 seconds.
Search results
Milyonlarla azarkeş üçün Qarabağ artıq Ermənistanla deyil, Azərbaycanla əlaqələndirilir - “Stratfor”
ABŞ-ın tez-tez “kölgə MİK-si” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti Azərbaycanın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışına həsr edilmiş məqalə dərc edib.
Məqalədə deyilir ki, Çempionlar Liqasının gözəlliklərindən biri də ən zəif milli çempionatlara malik ölkələrin belə komandalarının qrup mərhələsinə çıxaraq oynamaq imkanına malik olmasıdır. “Lakin bəzən Çempionlar Liqasında elə komandalar peyda olur ki, ən çılğın futbol fanatları belə anlaya bilmirlər ki, bu nə klubdur və haradan gəlib”, - nəşr yazır.Muxalifet - 2-10-2017
FİFA Türkiyə millisini baş məşqçisiz qoydu
FİFA İntizam Komitəsi futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçeskunu bir oyunluq diskvalifikasiya edib.
Türkiyə KİV xəbər verir ki, buna səbəb rumıniyalı mütəxəssisin sentyabrın 2-də 2018-ci il dünya çempionatının seçmə qrup oyunları çərçivəsində Ukrayna yığması ilə səfərdə keçirilən qarşılaşmada oyun epizodlarını birinci hissənin sonunda mobil telefonu ilə ispaniyalı hakim Devid Fernandez Borbalana göstərməsi və matçdan sonra referi barəsində verdiyi açıqlamalardır.Muxalifet - 2-10-2017
REAL qurultay üçün BŞİH-ə müraciət edib
Müraciətdə Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, “Təbriz” və “Bakı” kinoteatrları istənilib
Respublikaçı Alternativ Partiyasının təşəbbüs qrupu təşkilatın təsis qurultayının keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
Müraciətdə Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, “Təbriz” və “Bakı” kinoteatrları istənilib.Muxalifet - 2-10-2017
İran kanalı "Qarabağ"a film həsr etdi - VİDEO
Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" dünya mətbuatının gündəmindədir.
Bu dəfə Ağdam klubunun uğuru İran televiziyasında müzakirə edilib.
Ölkənin TV-90 idman kanalının "Futbol 120" proqramının son buraxılışı “Qarabağ”a həsr edilib. Verilişdə "Qarabağ"ın uğurları, tarixi, nəticələri, keçdiyi yol haqqında məlumat verilib.
Qeyd olunub ki, “Qarabağ”ın qələbəsi Azərbaycanda təksə idman uğuru kimi qiymətlənidirilmir, komanda həm də vuruşur, öz adı və ölkəsi uğrunda mübarizə aparır.Muxalifet3 - 2-10-2017
“Kataloniya referendumu tanınsa, bu, ermənilərin mövqelərini gücləndirə bilər” - Politoloq / Müsahibə
Kataloniya problemi təkcə Avropa Birliyi ilə bağlı məsələ deyil, bu problem qlobal səviyyədə bir çox dövlətlərdə də problemlər yarada bilər”
Natiq Miri: “Kataloniyada baş verən referendum bir presedent olaraq, Dağlıq Qarabağ seperatçıları və Ermənistan dövlətinə müəyyən bəhanələr verəcək”.
Bu sözləri politoloq Natiq Miri Kataloniyada baş tutan referendumu şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.Muxalifet - 2-10-2017
Avtomobil 34 yaşlı qadını vurub: SÜRÜCÜ QAÇIB
Bakının Sabunçu rayonunda qadını avtomobil vuraraq qaçıb.
Hadisə 1983-cü il təvəllüdlü Əliyeva Aynurə Mədafil qızı Balaxanı qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.
Sürücü yaralının yıxılaraq yerdə qaldığını görsə də, buna məhəl qoymayıb və hadisə yerindən uzaqlaşıb.
Təcili tibbi yardım xidmətinin əməkdaşları yaralını xəstəxanaya aparıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Muxalifet - 3-10-2017
Ukrayna dağlarında azərbaycanlı turist xilas edilib - FOTO
Xilasetmə işlərinə 4 xilasedici və bir ədəd texnika cəlb olunub
Ukraynanın Zakarpat vilayətinin Raxovski rayonu ərazisində Azərbaycandan olan turistin həyatı xilas edilib.
Oktyabrın 1-də Kakaraza dağında turist marşrutu ilə hərəkət zamanı 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının halı pisləşib.Muxalifet - 3-10-2017
Las-Veqasdakı atışmada ölənlərin sayı artdı - 59 ÖLÜ, 527 YARALI
Yaralıların sayı 527 nəfər təşkil edir
Las-Veqasda (Nevada ştatı) silahlı insident nəticəsində ölənlərin sayı 59 nəfərə, yaralıların sayı isə 527-yə çatıb.
TASS xəbər verir ki, bu barədə Las-Veqas şəhərinin şerifi Cozef Lombardo bazar ertəsi mətbuat konfransında bildirib.
"Yaralıların sayı artıb və 527 nəfər təşkil edir. Ölənlərin sayı isə hazırda 59 nəfərə çatıb", - deyə o qeyd edib./reportMuxalifet - 3-10-2017
Las-Veqasda qırğın törədən şəxs multimilyonçu olub
Stiven Peddok daşınmaz əmlaka pul yatırmaqla pul qazanıb
Las-Veqasda 58 nəfəri atəş açaraq qətlə yetirən Stiven Peddok multimilyonçu olub.
Bunu onun qardaşı Erik Peddok deyib.
"Fox News"un məlumatına görə, caninin qardaşı onun daşınmaz əmlaka pul yatırmaqla pul qazandığını bildirib.
Erik həmçinin qeyd edib ki, Stivenin son vaxtlar hansısa maliyyə çətinlikləri yaşaması barədə məlumatlı deyil./reportMuxalifet - 3-10-2017
Rusiyalı müxalifətçi Navalnı həbs edildi
O, razılaşdırılmamış mitinqlərə çağırış etməkdə təqsirli bilinib
Moskvanın Simonovski məhkəməsi bazar ertəsi müxalifətçi Aleksey Navalnını razılaşdırılmamış mitinqlərdə iştiraka çağırışlara görə 20 sutkalıq həbs edib.
TASS xəbər verir ki, məhkəmə onu mitinq keçirilməsi qaydasının təkrar pozulmasında təqsirli bilib.
Navalnı sentyabrın 29-da dəfələrlə razılaşdırılmamış ictimai tədbirlərə çağırış etdiyinə görə saxlanılıb.Muxalifet - 3-10-2017
Las-Veqasda qətliam törədən şəxsin evində silah deposu aşkarlanıb
Las-Veqasda qətliam törədən Stiven Paddokun evində 18 ədəd odlu silah, partladıcı maddə və patronlar aşkarlanıb.
TASS agentliyinin verdiyi xəbərə görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, həmçinin cinayətkarın avtomobilindən ammonium-nitrat maddəsi tapılıb. Qeyd edək ki, ammonium-nitrat maddəsindən bomba hazırlanmasında istifadə olunur.Muxalifet - 3-10-2017
“Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına qoşulacaq
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin sayı artıb.
Nazirlər Kabineti bununla bağlı “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi üzrə “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına daxil edilib./apaMuxalifet - 3-10-2017
İran və Türkiyə Baş Qərargah rəisləri razılığa gəliblər – "KÜRDÜSTAN" MƏSƏLƏSİNDƏ
İran və Türkiyə İraqın kürd muxtariyyətində keçirilmiş referendumu qeyri-qanuni hesab edir və nəticələrini tanımır.
“Tasnim” agentliyinin verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Bakeri türkiyəli həmkarı Hulusi Akarla görüşündən sonra deyib.
“Biz İraq Kürdüstanında keçirilən referendum və bununla bağlı ölkələrimizə olan təhdidləri müzakirə etdik. İran və Türkiyə olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyimizi və referendumun nəticələrini tanımadığımızı bir daha təsdiqlədik”, deyə M.Bakeri qeyd edib.Muxalifet - 3-10-2017
Toyu olacaq 26 yaşlı gənc İNTİHARA CƏHD ETDİ
Qaxda 26 yaşlı oğlan toyuna 6 gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.
Bu gün saat 17 radələrində rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.Muxalifet - 3-10-2017
Dünyada ən varlı siyasətçi - PUTİN
Dünya tarixinin ən varlı siyasətçilərinin siyahısı dərc olunub.
Siyahıya 200 milyard dollar sərvəti ilə Rusiya Prezidenti Vladimir Putin rəhbərlike dir.
İkinci yerdə 49,8 milyard dollar ilə amerikalı siyasətçi Maykl Blomberq, üçüncü yerdə isə 30 milyard dollarla Taylandın sabiq kralı Pxumipon Adulyadet qərarlaşıb.
Maraqlısı odur ki, ABŞ Prezidenti Donald Tramp bu siyahıda 13-cü yerdədir. Onun sərvəti 4,5 milyard dollar olaraq göstərilib./teleqraf.comMuxalifet - 3-10-2017
Bərzani höküməti Rusiyaya təşəkkür edib – REFERENDUMA GÖRƏ
"25 sentyabr referendumunda balanslaşdırılmış siyasət yürütdüyünə görə Rusiya tərəfinə təşəkkürümüzü bildiririk".
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin baş müşaviri Hemin Havrami deyib. O bildirib ki, Rusiyanın Ərbildəki baş konsulluğunu ziyarət edib:
“Gələcəkdə atılacaq addımlarla bağlı fikir mübadiləsi apardıq”.Muxalifet - 3-10-2017
Deputat Fəzail Ağamalının oğlu QƏZA TÖRƏTDİ
Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi "Cip" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.Muxalifet2 - 3-10-2017
Kataloniya İrəvanı dəfn edir: AVROPA DOMİNO EFFEKTİ QARŞISINDA
Ermənistanda Sərkisyan başda olmaqla rejimə qarşı vəziyyət getdikcə kəskinləşir.
Muxalifet.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında politoloq, diplomat Fikrət Sadıqov bildirib. Politoloqun sözlərinə görə, bu, artıq Ermənistanda acı siyasi reallıqlardan xəbər verir:Muxalifet2 - 3-10-2017
Əhmədlidə yaşlı kişini maşın vurdu
Bakının Xətai rayonu ərazisində ahıl kişini avtomobil vurub.
Yol-nəqliyyat hadisəsi Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində qeydə alınıb.
1950-ci il təvəllüdlü Əliyev Arif Yəhya oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya aparıb.
Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Muxalifet2 - 3-10-2017
Ukraynada Sərkisyana sui-qəsd təşkil edildi
Ukraynanın Zaporojye şəhərində Erməni İttifaqının bölgə rəhbəri Artaşes Sərkisyana sui-qəsd təşkil edilib.
Bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. İnsidentin Şevçenko bulvarında baş verdiyini bildirilib.
Sərkisyana hücum ofisini tərk edən zaman baş verib. Nəticədə onun mühafizəçisi ağır yaralanıb. Sərkisyanın özü isə heç bir xəsarət almayıb.Muxalifet2 - 3-10-2017