Axtarış

The search found 105785 results in 0.037 seconds.

Search results

  1. Hərbi bazaya hücum - YARALILAR VAR

    Hindistanın Cammu Kəşmir ştatının paytaxtı Srinaqare şəhərindəki hərbi hissəyə hücum olub.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, NDTV hücum zamanı 1 terrorçunun öldürüldüyünü, 3 hərbçinin isə yaralandığını bildirib.
    Hazırda bazaya hücum edən terrorçuların axtarışı davam etdirilir.

    Muxalifet2 - 3-10-2017

  2. ​Trampdan YENİ QƏRAR - BU DƏFƏ KUBA İLƏ BAĞLI

    ABŞ prezidenti Donald Trampın administrasiyası Kuba səfirliyinin Vaşinqtondakı əməkdaşlarının sayını 60 faiz azaltmağı planlaşdırır.
    Trend-in məlumatına görə, mənbələr dövlət departamentinin bu qərarı bu gün açıqlayacağını qeyd edib.
    Mənbənin verdiyi məlumata görə, bu qərar Kubanı cəzalandırmaq məqsədilə qəbul edilmiş addım deyil. Məqsəd hər iki ölkədə diplomatların sayının eyni olmasını təmin etməkdir.
    Mənbə onu da qeyd edib ki, kubalı diplomatlar ABŞ tərəfindən rəsmi şəkildə ölkədən çıxarılmayacaq, sadəcə Kuba özü sərbəst şəkildə onları geri çağırmalıdır.

    Muxalifet2 - 3-10-2017

  3. “Aprel döyüşü”nün daha bir SİRRİ AÇILDI - Ordumuz erməni kəşfiyyatını NECƏ ALDATDI?

     Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “operativ müdafiə bölməsinin müdiri”, polkovnik Viktor Arustamyan “aprel müharibəsi”ndə Azərbaycanın taktiki döyüş bacarığının erməni hərbi birləşmələrinin məğlub edilməsində böyük rol oynadığını etiraf edib.

    Muxalifet - 3-10-2017

  4. ​İŞİD-in neft satışından aylıq gəliri açıqlandı

    İŞİD terror qruplaşmarının neft satışından gəlirləri iki il ərzində 90 faiz azalıb.
    Bu haqda “USA Today” yazıb.
    Nəşr qeyd edir ki, Suriyada və İraqda neftin satışından İŞİD-in gəliri son iki il ərzində 12 dəfə aşağı düşüb. 2015-ci ildə terror qruplaşmasının aylıq neft gəliri 50 milyon dollar olduğu halda, hazırda bu rəqəm 4 milyon dollar təşkil edir.
    Neft satışı demək olar ki, terrorçuların gəlirlərinin yarısını təşkil edirdi. Bank soyğunları və tutulmuş şəhərlərin sakinlərindən alınan vergilər İŞİD-in “büdcəsində” əhəmiyyətli yer tuturdu.

    Muxalifet2 - 3-10-2017

  5. ABŞ-da yeni təyinat: Viktoriya Nulandı əvəzləyən şəxs regiona nə vəd edir...

    Sentyabrın sonlarında ABŞ Senatı dövlət katibinin Avropa və Avrasiya işləri üzrə yeni köməkçisinin namizədliyini təsdiq edib. Virtualaz.org xəbər verir ki, bu postda məşhur Viktoriya Nulandı Ues Mitçell əvəzləyib. Bəs ABŞ-ın o cümlədən Azərbaycanla münasibətlərini formalaşdıracaq bu adam kimdir və hansı mövqenin sahibidir? Onun “rəngli inqilabların xaç anası” kimi tanınmış xanım Nulandın yerinə təyinatından nə gözlənilir?
     

    Muxalifet - 3-10-2017

  6. Peşmərgədən türk ordusuna xəyanət – PKK-ya HÜCUM FÜRSƏTİ

    Peşmərgənin nəzarətində olan Kanimasi bölgəsində referendumdan bir neçə gün sonra PKK terrorçularının Türkiyə Silahlı Qüvvələrinə hücumu təsadüf olmaya bilər.
    Bu barədə Türkiyənin “Vətən” qəzetində Murat Çelikin yazısı dərc edilib. 

    Muxalifet2 - 3-10-2017

  7. “Avropa Birliyinə alternativ olaraq İslam Birliyi yaratmalıyıq” - SƏRDAR CƏLALOĞLU

    “Dünyada 57 müsəlman dövləti var, Türkiyə istisna olmaqla, heç birində demokratiya yoxdur”
     
    “Əgər bir insan bizim bölüşdüyümüz ortaq dəyərlərə görə öldürülürsə, biz də bir insan kimi həmin dəyərlərin müdafiəsində durmalıyıq”

    Muxalifet3 - 3-10-2017

  8. Чей Каталония?

    Cpазу после провозглашения Каталонией «независимости» под дулами кремлевского спецназа резко увеличилось количество патриотов нации, жалующихся на патологические проблемы с разрывом так называемых «пуканов». Пациенты в один голос утверждали, что на протяжении последних двух дней их состояние резко ухудшилось. Постоянно снятся российские спецназовцы, кормящие дорогой колбасой каталонского кота. Периодически они просыпаются на мокрой простыне с криками «Чей Каталония?».

    Muxalifet - 3-10-2017

  9. ​"Goldman Sachs": AVRONU SATIN, DOLLAR ALIN

    Dollar ABŞ-ın iqtisadi artım gücü və uçot dərəcəsini artırması gözləntilərinin təsiri ilə son vaxtlar müşahidə olunan möhkəmlənmə prosesini davam etdirəcək.
    "Bloomberg" xəbər verir ki, bu proqnoz ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının analitik hesabatında yer alıb. Hesabatda avroya qarşı dollar almaq məsləhət görülüb.
    Bankın analitikləri Zak Pandl (Zach Pandl) və Kamakşya Trivedinin (Kamakshya Trivedi) sözlərinə görə, dollar möhkəmlənməyə başlayıb: "Qısamüddətli perspektivdə dolların güclənməsi gözlənilir. Bu səbəbdən USD/EUR-da istiqamətin aşağı olacağını düşünürük".

    Muxalifet2 - 3-10-2017

  10. ​Türkiyədə FETO əməliyyatı - 11 NƏFƏR TUTULDU

    Türkiyənin Çanakkale şəhərinin 8 ərazisində Fəttullah Terror Qrupu və  Paralel Dövlət Təşkilatı (FETO / PDY) üzvlərinin tutulması istiqamətində əməliyyat aparılıb.
    Muxalifət.az BakiPost.az-a istinadən xəbər verir ki, keçirilən  əməliyyat zamanı 11 nəfər nəzarətə alınıb. Qaçaq 4 Fetoçu şübhəlilərinin tutulması istiqamətində  isə axtarışa başlanılıb.

    Muxalifet2 - 3-10-2017

  11. Каталония: угрозы миру

    Пoпытки Каталонии добиться независимости, наткнувшиеся на ожесточенное сопротивление официального Мадрида, держат в напряжении всю Европу. Наряду с историческим наплывом мигрантов и Брекситом ситуация в Испании — острейший внутренний вызов для Европейского Союза. Победа каталонцев, пусть даже частичная, может запустить маховик сепаратизма в других странах ЕС, вдохновив потенциально бунтарские регионы. А таких на просторах Старого Света, кстати говоря, немало. Подробнее — в материале «Обозревателя».

    Испанию разрывают с разных сторон

    Muxalifet - 3-10-2017

  12. Ölkəmiz şimpanze səviyyəsindədir - PAŞİNYAN

    Ermənistanın siyasi sistemi şimpanze səviyyəsindədir, hakimiyyət isə onu makaki səviyyəsinə endirmək istəyir. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentində "İrəvan şəhərində yerli özünüidarəetmə haqqında" qanuna düzəliş edilməsi barədə layihənin müzakirəsində çıxış edən müxalif “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan deyib. 

    Muxalifet2 - 3-10-2017

  13. ​Azərbaycanda 600-dən çox qadın ALKOQOLİZMDƏN ƏZİYYƏT ÇƏKİR

    “Alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə 21 909 nəfər xəstə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır”. APA-nın xəbərinə görə, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova deyib.
    O bildirib ki, qeydiyyatda olan xəstələrdən 651 nəfəri qadındır: “Alkoqolizmdən xüsusən 30 - 35 yaşdan yuxarı olan şəxslər əziyyət çəkir. 2016-cı ildə ilkin olaraq alkoqol asılılığı nəticəsində 551 nəfər qeydiyyata götürülüb ki, onlardan da 28 nəfəri qadın olub”.

    Muxalifet2 - 3-10-2017

  14. Ağ Evin yeni Qafqaz planı: ABŞ-ın yeni Qarabağ təklifi...

    ABŞ yenidən Cənubi Qafqazda aktivləşir.
    Bu iddia ilə “112 Ukrayna” saytı çıxış edib.

    Muxalifet2 - 3-10-2017

  15. Bıçaqla tanışının gözündən VURDU - Bakıda QORXUNC HADİSƏ

    Bakıda tanışının gözünü çıxartmaqda təqsirləndirilən Çingiz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovu sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
    Məhkəmənin hökmü ilə Çingiz Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
    Barəsində polis nəzatində qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib.

    Muxalifet2 - 3-10-2017

  16. Kəşmir əməliyyatı - Ölü və yaralılar var, aeroport işini dayandırdı

    Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəsinə hücumu nəticəsində bir hərbçi həlak olub. 
    Trend-in məlumatına görə, hücumdan dərhal sonra terrorçulara qarşı əməliyyat başlayıb. 
    Səkkiz saat davam edən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib. 
    Atışmalar zamanı 3 hərbçi yaralanıb. 
    Hadisə ilə əlaqədar Srinaqar şəhərinin hava limanı 5 saat müddətinə işini dayandırmalı olub.

    Muxalifet2 - 3-10-2017

  17. Kürdlər arasında PARÇALANMA: TƏLABANİDƏN BƏRZANİYƏ SƏRT SÖZLƏR

    Hero Tələbani, etdiyi yazılı açıqlamada, 25 Sentyabrda keçirilən konstitusiyaya zidd referendumun təxirə salınmamasını sərt bir dillə tənqid etdi.
     
    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, İKBY-də referendumun təxirə salınmasının tərəfdarı olan Cəlal Təlabani tərəfdarları Bərzanini sərt tənqid edən bir yazılı açıqlama ilə çıxış etdi.
     
    Tələbani cəbhəsindən Bərzaniyə çox sərt sözlər!
     

    Muxalifet - 3-10-2017

  18. Mingəçevirdə 29 yaşlı oğlan ÖZÜNÜ YANDIRDI

    Mingəçevir şəhərində 29 yaşlı oğlan özünü yandırıb. 
    Trend-in məlumatına görə, hadisə oktyabrın 3-də şəhərin F.Əzimov küçəsi bina 33, mənzil 35-də baş verib. Həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Nağıyev İlkin Faiq oğlu gecə saat 04 radələrində üzərinə alışdırıcı maddə tökərək özünü yandırıb. Yaralı ailə üzvlərinin köməyi ilə Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır. 
    Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

    Muxalifet2 - 3-10-2017

  19. Açıq Hökumət Tərəfdaşlığı Bakını QHT-lərin fəaliyyətinə şərait yaratmağa çağırıb

    Turan: Açıq Hökumət Tərəfdaşlığı (AHT) Daimi komitəsi (Brüsseldə yerləşən BMT strukturu) ötən həftə "Azərbaycan hökuməti üçün yenilənmiş tövsiyələr"i dərc edib. Bunlar vətəndaş cəmiyyətinin vəziyyətini və durumun yaxşılaşdırılması üçün atılacaq zəruri addımları əhatə edir.
    Daimi komitənin məlumatında xatırladılır ki, 2017-ci il iyunun 28-də "vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti üçün əsassız məhdudiyyətlərə görə" Azərbaycanın bu qurumda statusunun bir il müddətinə "qeyri-aktiv" saxlanması barədə qərar qəbul edilib.

    Muxalifet2 - 3-10-2017

  20. Bir həftədə 68 TERRORİST ÖLDÜRÜLDÜ

    Türkiyədə son bir həftədə 68 terrorist zərərsizləşdirilib.
    Muxalifət.az BakiPost.az-a istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, aparılan istintaq çərçivəsində 49-u ölü, 4-ü sağ şəkildə həbs edilib. Aparılan əməliyyat nəticəsində 23 əl işi olan partlayıcı da məhv edilib.
    Türkiyənin Ağrı vilayətində də keçirilən istintaq çərçivəsində 7 terrorist öldürülüb.

    Muxalifet2 - 3-10-2017

Pages