Axtarış

The search found 105785 results in 0.037 seconds.

Search results

  1. Ukrayna XİN başçısı Bakıya gəldi

    Ukraynanın xarici işlər naziri (XİN) Pavel Klimkin Azərbaycana rəsmi səfərə gəlib. 
    Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki günlük səfər zamanı Ukrayna XİN başçısı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq, ölkə rəhbərliyi, eləcə də Ukrayna icmasının nümayəndələri ilə görüşlər keçirəcək. 
    Səfərin məqsədi dövlət başçıları səviyyəsində tədbirlərin hazırlanması və Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivli istiqamətlərini müzakirə etməkdir.

    Muxalifet2 - 2-10-2017

  2. ATƏT PA-nın xüsusi nümayəndəsi Bakının ittihamlarını təkzib edir

    ATƏT Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenin (Bolqarıstan) bəyanat yayaraq, bir sıra Azərbaycan KİV-lərinin onun adından verdikləri ifadələri təkzib edib.
     
    "Bu yaxınlarda Azərbaycana səfərim zamanı bir sıra yerli KİV sözlərimi təhrif ediblər. Yanlış məlumatı düzəltmək xahişimə baxmayaraq, bəzi KİV artıq yanlış məlumatı yayıb.

    Muxalifet - 2-10-2017

  3. Binəqədidə bitişik EVLƏR YANDI

    Binəqədidə yanğın olub. 
    Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumi sahəsi 560 kv.m olan, bir-birinə bitişik tikilmiş birmərtəbəli evlərin yanar konstruksiyaları 120 kv.m sahədə, yaxınlıqda olan ümumi sahəsi 24 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyü 10 kv.m sahədə və evlərin üstündən keçən 50 p.m elektrik kabeli yanıb. 
    Tikililərin və elektrik kabelinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Muxalifet2 - 2-10-2017

  4. PKK-nın Qarabağda aldığı GİZLİ EVLƏR: kəşfiyyat binasının bir addımlığında TERROR YUVASI

    PKK terror təşkilatının Ermənistanda iki dərnəyi və satın aldığı 2 mərtəbəli qərargahı var.
    Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-ya aid mülklər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yanında yerləşir. Hətta binalar arası məsafənin 5-6 metr olduğu deyilir. Bu evlərdə terrorçular müalicə olunur.
    Məlumata görə, yaralanan PKK terrorçuları iki yerdə malicə olunur. Ağır yaralılar Ermənistanda, yüngül yaralılar isə Şimali İraqda Bərzani rejiminin xəstəxanalarında müalicə olunurlar.

    Muxalifet2 - 2-10-2017

  5. 4 otaqlı evdə yanğın oldu - ​TOVUZDA

    Tovuzun Qovlar qəsəbəsində sahəsi 140 kv.m olan birmərtəbəli evdə yanğın olub.
    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü 110 kv.m sahədə yanıb.
    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Muxalifet2 - 2-10-2017

  6. Bağdad Bərzanini DİALOQA DƏVƏT ETDİ

    İraq Kürd Muxtariyyəti sentyabrın 25-də keçirdiyi müstəqillik referendumunun nəticələrini ləğv etməlidir. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya İraq Baş nazirinin administrasiyasının yaydığı bəyanatda yer alıb. 

    Muxalifet2 - 2-10-2017

  7. Füzulidə 5 yaşlı uşağı “tok” vurdu

    Azərbaycanda 5 yaşlı uşaq faciə nəticəsində həlak olub.
    “Qafqazinfo” xəbər verir ki, hadisə Füzulinin Araz Dilağarda kəndində baş verib.
    Kənd sakini 5 yaşlı Şərifli Pünhan Asəf oğlunu həyətlərində “tok” vurub. Belə ki, yağışlı havadan sonra həyətə düşən uşaq bədbəxt hadisənin qurbanı olub.

    Muxalifet2 - 2-10-2017

  8. “Azərbaycan” Nəşriyyatının binası satışa çıxarılıb - HİSSƏ-HİSSƏ SATILIR...

    Vaxtilə Disko Klub kimi fəaliyyət göstərən “obyekt”ə müştəri tapılıb

    Muxalifet3 - 2-10-2017

  9. Strateji Yol Xəritələri üzrə FƏALİYYƏT GÖSTƏRMƏYƏN 3 QURUM

    Onların ilin sonuna qədər vaxtı var
     
     "Azərbaycanda Strateji Yol Xəritələrinin həyata keçirilməsi üçün 47 dövlət qurumu cavabdehdir. Öhdəlikləri onlardan ikisi 100%, 16-sı 50%, 20-i isə 50%-dən aşağı yerinə yetirib".
    "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

    Muxalifet - 2-10-2017

  10. ​İlham Əliyev Donald Trampa başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.
    Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı.
    Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

    Muxalifet2 - 2-10-2017

  11. ​General Elçin Quliyevin məhkəməsi qapalı oldu- PROSES YEKUNLAŞIR

    Bakı Hərbi Məhkəməsində MTN-in Antiterror Mərkəzinin (ATM) sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
    Muxalifət.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən proses qapalı olub.
    Prosesdə bir sıra sənədlər tədqiq olunub. Məhkəmə qeyri-müəyyən günədək təxirə salınıb. Bildirək ki, artıq Məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

    Muxalifet2 - 2-10-2017

  12. ​Beynəlxalq təşkilat Azərbaycanı buna görə təqdir etdi

    2017-ci ilin 26-28 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 54-cü plenar iclası keçirilib.
    İclasda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

    Muxalifet2 - 2-10-2017

  13. "Şimali Kipri tanımağın vaxtı çatıb" – Britaniyanın sabiq XİN ŞEFİ

    Kipr adasının yunan və türk hissələrinin birləşdirilməsi üçün edilən növbəti cəhdin də iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Jack Straw "The Independent" qəzetində yazır ki, əksinə adanın ikiyə bölündüyünü qəbul edərək "hər iki Kipri" beynəlxalq aləmdə rəsmən tanımağın vaxtı çatıb.
     
    Niyə?
    Türkiyə Kiprə 1974-cü ildə hərbi müdaxilə edib, lakin bu, yunanların dövlət çevrilişi etməsinin nəticəsi kimi baş verib.

    Muxalifet - 2-10-2017

  14. ​İŞİD Las Veqasdakı hücumun məsuliyyətini ÜZƏRİNƏ GÖTÜRDÜ

    İŞİD terror təşkilatı ABŞ-ın Las Veqas şəhərindəki hücumun məsuliyyətini öz üzərinə götürüb.
    Muxalifet.az-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
    Türkiyə KİV-inə istinadən xəbər verir ki, qruplaşma öz saytında yaydığı açıqlamada hadisəni törədən 64 yaşlı Stiven Paddokun aylar əvvəl müsəlman olduğunu iddia edib.
    Qeyd edək ki, ABŞ hadisəni terror aktı saymır.

    Muxalifet2 - 2-10-2017

  15. “Qarabağ”-“Atletiko” matçının biletləri SATIŞA ÇIXARILDI

    Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.
    Bu qarşılaşma üçün biletlər satışa çıxarılıb.

    Muxalifet2 - 2-10-2017

  16. ​«Теневое ЦРУ»: «Миллионы болельщиков теперь ассоциируют Карабах с Азербайджаном, а не с Арменией»

    Американская частная разведывательно-аналитическая компания Stratfor, которую часто называют «теневым ЦРУ», опубликовала материал, посвященный участию азербайджанского футбольного клуба «Карабах» в групповой стадии Лиги чемпионов.

    Muxalifet2 - 2-10-2017

  17. Azərbaycanda qadınların 28%-i ərin arvadını döyməsini düzgün hesab edir

    Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Beynəlxalq Qeyri-zorakılıq gününə həsr olunan tədbir keçirilib.
     

    Muxalifet3 - 2-10-2017

  18. "Tanrının sizə kömək etməsini diləyirəm" - Trampdan terror açıqlaması

    "Yüzlərlə vətəndaşımızın itkisinin acısını yaşayırıq. Yaralanan şəxslərə bunu demək istəyirəm: sizlər üçün dua edirik, Tanrının sizə kömək etməsini diləyirəm”.
     
    Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Las-Veqas şəhərində baş vermiş terror aktı ilə bağlı çıxış edərkən deyib.

    Muxalifet3 - 2-10-2017

  19. FTB təkzib etdi:“Las-Veqasdakı hadisənin terrorla əlaqəsi yoxdur”

    ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan Stiven Peddokun  terror qruplaşmaları ilə əlaqəsi olmayıb.
     
    TASS agentliyinin verdiyi xəbərə görə, bunu Federal Təhqiqatlar Bürosunun (FTB) Las-Veqas üzrə nümayəndəsi Aaron Rauz bəyan edib: “Hazırda Stiven Peddokun terror qruplaşmaları ilə əlaqəli olduğu təsdiqini tapmayıb. Araşdırma davam edir”,  -deyə A.Rauz bildirib.  İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.

    Muxalifet3 - 2-10-2017

  20. “Qarabağ danışıqları İMİTASİYADIR” – MOSKVA KARNEGİ MƏRKƏZİ

    Moskva Karnegi Mərkəzi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı öz saytında təhlil yerləşdirib. Virtualaz.org xəbər verir ki, mərkəzin ekspertləri ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün olacağını gözləyirlər, lakin ehtiyatlı optimizm baxmayaraq bu görüşdə ciddi dönüşün əldə ediləcəyinə ümid yoxdur.

    Muxalifet - 2-10-2017

Pages