Axtarış

The search found 105785 results in 0.151 seconds.

Search results

  1. “Ermənistan yeni silahlar alacaq” - Vigen Sarkisyan

    "Ermənistan silah almaqda davam edəcək".
     
    Erməni KİV-in məlumatına görə, bunu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.
    O, qeyd edib ki, silahlanma məsələsi qapalıdır və ona görə də konkret məlumatlar təqdim edə bilməz: “Ordunu silahlandırma baxımından il olduqca uğurludur”.
    V.Sarkisyan əlavə edib ki, silahlandırma prosesi Rusiyadan alınan kredit və digər proqramlar çərçivəsində həyata keçirilir.(azvision.az)

    Muxalifet - 2-10-2017

  2. Xədicə İsmayılın mükafat monopoliyası

    Araşdırmaçı jurnalist medianı və partiyaları niyə sabotaj edir?
     

    Muxalifet3 - 2-10-2017

  3. ABŞ musiqi festivalına hücum anı: 50 ölü, 200 yaralı - VİDEO

    ABŞ-ın Las-Veqas şəhərində “Rout 91” adlı musiqi festivalına silahlı hücum olub. 
    Baş verən atışma zamanı ölənlərin sayı 50-yə çatıb. 200-dən çox yaralının olduğu bildirilir.
     

    Muxalifet2 - 2-10-2017

  4. Qadın polislər xidmətə başladı - BAKIDA

    Dənizkənarı Milli Parkda qadın polislər xidmət edəcək.
    Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
    DİN rəhbərliyinin göstərişi əsasında əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən biri - Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədi ilə qadın polis əməkdaşları da bayram və istirahət günlərində xidmətə cəlb ediliblər.

    Muxalifet2 - 2-10-2017

  5. ​Füzuli sakinini döyərək öldürən dəstə üzvləri saxlanıldı

    Füzuli sakinini döyərək öldürən dəstə üzvləri saxlanılıb.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabr ayının 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyyəsinin əziyi xəsarətləri ilə Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən orada ölməsi faktı əsasında əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri həyata keçirilib.

    Muxalifet2 - 2-10-2017

  6. “Qarabağ” rekordunu təkrarlaya bilmədi

     “Qarabağ”ın Topaz Premyer Liqasının 2017/18 mövsümünün startındakı qələbə seriyası qırılıb.
     
    İlk 5 matçında qalib gələn ağdamlılar “Zirə” ilə VII turun ev görüşündə xal itirib - 0:0.

    Muxalifet - 2-10-2017

  7. Qurban Qurbanovun oğlu milliyə çağırıldı

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına başlayıb.
     
    Yığmamız Serbiyada hazırlıq keçir.
    Dünən başlayan toplanışda 21 futbolçu iştirak edir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da Serbiya hazırlığına qatılan heyətdə yer alıb.

    Muxalifet - 2-10-2017

  8. ​NASA-dan şok açıqlama: “QARA DƏLİK”dən bizim kainata SİRLİ OBYEKT KEÇDİ

    Ehtimal ki, Kainatda baş verən yeni hadisə “qara dəlik” haqqında alimlərin təsəvvürünü bir qədər də inkişaf etdirəcək.
    Disclose.tv saytı NASA-nın məlumatlarına istinadən, “qara dəliyin” dərinliyindən sirli nəsə çıxdığını yazıb. Və qeyd edilir ki, naməlum obyekt nəhəng enerjiyə malikdir.
    Təbii, belə obyektin ölçüləri doğrudan da olduqca nəhəng olmalıdır, çünki dəfələrlə alimlər qeyd ediblər ki, “qara dəlik” hətta işıq sürəti ilə hərəkət edən səma bədənlərini də tutub saxlamağa qadirdir.

    Muxalifet2 - 2-10-2017

  9. Millət vəkili azərbaycanlı nazir təyinatında İSRAR EDİR

    Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur Həsən Ruhaninin yeni Nazirlər Kabinetində türklərin yer almamasına növbəti dəfə etiraz edib. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etirazlarını davam etdirəcəyini deyən millət vəkili hələ ki, təyin edilməyən energetika və elm, tədqiqat və texnologiyalar naziri postları haqda xəbərdarlıq edib: 

    Muxalifet2 - 2-10-2017

  10. Kərəm Həsənovun Çexiyadan Ərəbistanadək böyük biznes imperiyası - ARAŞDIRMA

      Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu günə qədər vəzifədə qalmasını mənəvi cəhətdən həmyerlisinə borcludur
     
     "Artıq Azərbaycanda ən yüksək səviyyədə nəzarətdə saxlanan islahatlar prosesi heç kəsin toxunulmaz olmadığını və dövlət etimadından sui-istifadənin cəzasız qalmadığını təsdiqləyir.

    Muxalifet - 2-10-2017

  11. Ferma yandı - QUBADA

    Qubada yanğın baş verib. 
    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun İkinci Nügədi kəndində ümumi sahəsi 1000 kv.m olan fermanın taxta döşəməsi 100 kv.m sahədə və içərisinə yığılmış 100 ton ot bağlaması yanıb. 
    Bitişik taxıl anbarı yanğından muhafizə olunub. Yanğın söndürülüb. 

    Muxalifet2 - 2-10-2017

  12. ​Pxenyandan sərt tələb: ABŞ-ı ölkədən çıxarın...

    Şimali Koreya rəsmi Seulu ABŞ-la müdafiə ittifaqından çıxmağa çağırıb.
    Bu barədə “Nodon Sinmun” qəzeti informasiya yayıb.
    Pxenyan Cənubi Koreyanın ittifaqdan çıxmalı və ABŞ-ı ölkədən getməyə məcbur etməli olduğunu bildirib. Məhz həmin ittifaq sayəsində ABŞ-ın yarımadada strateji silahlar yerləşdirməsinə zəmin yaranıb.
    “Bu istənilən an müharibənin başlaya biləcəyi regionun təhlükəsizliyinə ciddi təhdiddir”, - bəyanatda deyilir.

    Muxalifet2 - 2-10-2017

  13. Şahbaz Quliyev Yerevanda xəstəxanaya yerləşdirildi

      Hazırda erməni girovluğunda olan və Şuşadakı həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyevin səhhətində ciddi problem yaranıb və o, İrəvanda xəstəxanaya yerləşdirilib.
     
    Bu barədə Report-a Şahbaz Quliyevin qohumu məlumat verib.

    Muxalifet - 2-10-2017

  14. DİN: Bakının mərkəzində pul müqabilində intim xidmətlər təklif edən 83 NƏFƏR SAXLANILDI

    Bakının mərkəzində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən 83 nəfər saxlanılıb.

    Muxalifet2 - 2-10-2017

  15. Bank borcuna görə intihara cəhd - BAKIDA - VİDEO

    Nizami rayonu, Qara Qarayev küçəsi 70 ünvanında Bəhram adlı şəxs intihara cəhd göstərmək istəyir.
     
    İntihar etmək istəyən şəxs beşmərtəbəli binanın eyvanına çıxıb, müxtəlif tələblər irəli sürür. Əks halda intihar edəcəyini bildirir. Onu xilas etmək istəyənləri yaxınlığına buraxmır. Yaxınlaşan zaman özü ilə götürdüyü ülgüclə qollarını doğrayır. Hazırda hadisə yerində olan polis əməkdaşları onunla söhbət aparırlar. İntihara cəhd etmək istəyən şəxs musavat.com-un əməkdaşına bunları deyib: "Get yaz ki, banklar məni boğaza yığıb. Hər şeyimi əlimdən alıblar.

    Muxalifet - 2-10-2017

  16. ​““Turan”a qarşı cinayət araşdırması davam edir” – VERGİLƏR NAZİRLİYİNDƏN AÇIQLAMA

    Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinə bir müddət əvvəl agentlik barəsində açılmış cinayət işinin davam etdirildiyi haqqında məlumat göndərib.
    Nazir müavini Namiq Əliyevin imzaladığı, 26 sentyabr tarixli məktub oktyabrın 2-də agentliyə daxil olub.
    Məktubda həmçinin qeyd edilir ki, agentliyin direktoru Mehman Əliyevə qarşı həbs qətimkan tədbiri sentyabrın 11-də "başqa yerə getməmə" qətimkan tədbiri ilə dəyişdirilib, bu da ölkədən çıxma qadağası deməkdir.

    Muxalifet3 - 2-10-2017

  17. "Kataloniya referendumu qeyri-qanunidir" — Avropa İttifaqından AÇIQLAMA

    İspaniyanın Kataloniya əyaləti müstəqillik referendumu keçirib.
     
    Avropa İttifaqı Komissiyası dünən Kataloniyada keçirilən müstəqillik referendumundan sonra açıqlama verib. Açıqlamada keçirilən referendumun qeyri-qanuni olduğu bildirilir.
    Komissiya referendumun İspaniyanın daxili problemi olduğunu qeyd edib. Avropa İttifaqı rəsmilərinin fikrinə görə, problem dialoq vasitəsilə həll edilməlidir.

    Muxalifet - 2-10-2017

  18. ​Həmsədrlər Bakı və İrəvana DANIŞIQLARA GƏLİR

    Birləşmiş Ştatların ATƏT-in Minsk qrupundakı yeni həmsədri Endryu Şefer bu həftə Yerevan və Bakıya səfər edəcək, vəziyyətlə tanışlıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək.
    ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bölgədə olduğu zaman E.Şefer Minsk qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

    Muxalifet2 - 2-10-2017

  19. Rusiyada ÜAK-ın əvəzinə yeni diaspor təşkilatı yaradıla bilər

    Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərar qüvvədə saxlanılsa, bu ölkədə yaşayan azərbaycanlılar qısa müddətdə yeni diaspor təşkilatı yaradacaq.
    Bu barədə "Report"a ÜAK rəhbərliyinə yaxın mənbə bildirib.
    Əldə edilən məlumata görə, yeni təşkilat, çox güman ki, ÜAK-ın bazasında fəaliyyət göstərəcək.
    Mənbə bildirib ki, yeni struktur yaradılarsa, onun tərkibinə həm ÜAK üzvləri, həm də son illərdə diasporun fəaliyyətində fəal iştirak etmiş yeni simalar daxil olacaq.

    Muxalifet2 - 2-10-2017

  20. ​Qalatasarayın məşhur futbolçusu QİÇS-ə YOLUXDU

    Qalatasarayın keçmiş futbolçusu, 34 yaşlı Emmanuel Eboue Şimali Kipr Türk Respublikasının Türk Ocağı Limassola transfer olub.
    Bununla bağlı müayinədən keçən futbolçuda QİÇS xəstəliyi aşkarlanıb. Məlumatı Emmanuelin meneceri təsdiq edib:
    "Təəssüf ki, Emmanuelin sağlamlıq problemi gerçəkdir. Amma bunu faciəyə çevirməyək. Bu axşam qan dəyərlərini öyrənmək İngiltərəyə gedəcəyik”.
    Qeyd edək ki, Eboue Qalatasaray formasıyla 101 matça çıxıb. O, 5 qol və 12 asistə imza atıb.

    Muxalifet2 - 2-10-2017

Pages