Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. BƏRZANİDƏN YENİ HƏMLƏ - Parlament və prezident seçkiləri keçiriləcək

    Şimali İraq Kürd Muxtariyyatı qondarma müstəqillik referendumundan sonra yeni addım atmağa hazırlaşır.
     
    "Reuters"in məlumatına əsasən, İraq Kürdistanında parlament və prezident seçkiləri keçiriləcək. Məlumatda bildirilir ki, seçkilər 1 noyabr tarixinə təyin edilib.
    Referendumdan sonra Bərzani "artıq ölə bilərəm"-deyib. Sandıqlar bağlandıqdan sonra isə Məsud Bərzani atasının qəbrini ziyarət edib.

    Muxalifet - 3-10-2017

  2. ​Ankaranın meri də İSTEFAYA GEDƏ BİLƏR

    Ankara şəhərinin meri İbrahim Melih Gökçek istefa verə bilər.
    Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, M.Gökçekin istefasını hakim Ədalət və İnkişaf Partiyası (AKP) tələb edib.
    Bu addımın səbəbləri barədə məlumat verilmir.
    Qeyd edək ki, bu məsələ barədə danışıan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan M.Gökçekin istefasının istisna olmadığını deyib.
    Bir müddət əvvəl Türkiyə prezidenti partiyanın bir sıra üzvlərinin istefa verməsini tələb etmişdi. Bu, AKP-də gözlənilən bir sıra islahatlarla bağlı olub.

    Muxalifet2 - 3-10-2017

  3. İraq parlamentindən Bərzaniyə ŞOK — Kürdistan millət vəkillərinin səlahiyyəti donduruldu

    İraq Parlamenti Şimali İraq Kürd Muxtariyyatı barədə yeni qərar qəbul edib.
     
    Yeni qərara əsasən İraq Kürdistanındakı millət vəkillərinin səlahiyyəti dondurulub.

    Muxalifet - 3-10-2017

  4. “N brothers” üzvünün atası ömürlük azadlıqdan məhrum edildi

    Abşeron rayonunda arvadını və baldızını qətlə yetirməkdə ittiham olunan “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası, 55 yaşlı Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
    Məhkəmənin hökmü ilə Qurban Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 3-10-2017

  5. Müsavatın təşkilat sədri azadlıqdan məhrum edildi

    Masallı Rayon Məhkəməsi Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullanın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.
     
    Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Bu haqda “Basta”ya məhkəmə prosesində iştirak edən Müsavat başqanının müavini Yadigar Sadıqov məlumat verib.

    Muxalifet - 3-10-2017

  6. Müsavatın Şəki təşkilat sədrinə 25 sutkalıq HƏBS

    Şəki Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Tahir Əhmədliyə 25 sutka həbs cəzası verib.
     
    Bu haqda “Basta”ya Müsavat Partiyası Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli məlumat verib.
    “Sentyabrın 30-da Tahir Əhmədli evindən polisə aparılıb. Məhkəmə onun barəsində 25 sutka həbs qərarı çıxarıb. Tahir Əhmədli ictimai yerdə səs-küy salmaqda ittiham olunub. Amma ehtimal olunur ki, onu sosial şəbəkədə hakimiyyət haqda yazdığı tənqidi fikirlərinə görə həbs ediblər”, – Bakıxan Qəribli bildirib.

    Muxalifet - 3-10-2017

  7. Türkiyə üçün əsl təhlükə oradan gələcək – Ankara üçün ŞOK XƏBƏRDARLIQ

    Bütün gözlər İraqın şimalında keçirilən müstəqillik referendumuna yönəldiyi halda PKK-nın Suriya qolu olan PYD 3 mərhələli seçki prosesinə hazırlaşır.
    Bu haqda “Haberturk” qəzetinin yazarı Sərdar Turqut bildirib.
    “Bütün dünyanın diqqəti İraqın şimalında keçirilən müstəqillik referendumuna yönəlib. ABŞ-ın dəstəklədiyi PYD isə Suriyanın şimalında muxtariyyət elan etməyə hazırlaşır”, - o yazıb.

    Muxalifet2 - 3-10-2017

  8. “Məhkumlardan 3-ü ölüm aclığına başlayıb, 2-si özünə qəsd edib”

    Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində 3 məhkum ölüm aclığına başlayıb. Aclıq edənlər Tahir Şəmməd oğlu Həsənov, Vaqif Məmmədzadə və Elgün Qəhrəmanovdur.
     
     Bu haqda məhkum Elgün Qəhrəmanovun bibisi Rahilə Hadıyeva məlumat verib.

    Muxalifet - 3-10-2017

  9. Dünyada qorxulu virus yayılır - 20 NƏFƏR ÖLDÜ

    Avstraliyada qorxulu virus yayılıb. 
    Medicina.az xəbər verir ki, H3N2 adlı Avstraliya qrip virusu 20 nəfərin həyatına son qoyub. Ölənlər içərisində 8 yaşlı uşaq da var.
    Qripin şimal yarımkürəyə yayılması gözlənilir. Amerikada artıq bu növ qripə qarşı vətəndaşlara xəbərdarlıq edilərək peyvənd olunmaqları tövsiyə edilib.

    Muxalifet2 - 3-10-2017

  10. Putindən Qarabağ çağırışı: Ərazilərin qaytarılması üzrə ÜÇ SSENARİ

    Rusiya prezidenti Vladimir Putin Kremldə 20 ölkənin yeni səfirlərinin etimadnamələrinin qəbulu mərasimində BMT-yə çağırış edib. 
    “RİA Novosti” xəbər verir ki, Putin dünyanın ali orqanını regional münaqişələrə diqqət ayırmağa dəvət edib: “BMT regional münaqişələrin uzunmüddətli nizama salınmasına diqqət ayırmalıdır”. 
    Rusiya prezidenti qeyd edib ki, bütün ölkələr beynəlxalq sülhü və təhlükəsizliyin təmin olunmasında əsas məsuliyyəti daşıyan BMT Təhlükəsizlik Şurasının müstəsna hüquqlarına hörmət etməlidir”. 

    Muxalifet2 - 3-10-2017

  11. İrəvan Rusiya ağalığından çıxmaqdan İMTİNA EDİR

    Ermənistan parlamentindəki 4 siyasi qüvvədən 3-ü Ermənistanın Avrasiya İttifaqından çıxmağının əleyhdarıdır. 
    Bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov söyləyib. 

    Muxalifet2 - 3-10-2017

  12. Kürd muxtariyyətinə NÖVBƏTİ ZƏRBƏ: hamısı qovuldular

    Sentyabrın 25-də birtərəfli qəbul etdiyi qərarla müstəqillik referendumu keçirən Şimali İraq kürd muxtariyyətinə növbəti zərbə vurulub.
    Türkiyə KİV-i xəbər verir ki, İraq parlamenti Şimali İraq kürd muxtariyyətini təmsil edən millət vəkillərinin mandatını ləğv edib.
    Bundan başqa, Bağdad muxtariyyəti təmsil edən millət vəkillərinin geri dönməsini istəyib.
    Kürd milllət vəkillərinin mandatının ləğvi parlament sədri Səlim Cuburi və Şiə Milli Koalisiyası tərəfindən tələb edilib.

    Muxalifet2 - 3-10-2017

  13. ​Ali Radanın işində fasilə yarandı - YANĞINSÖNDÜRƏNLƏR ÇAĞIRILDI

    Bu gün Ukrayna Ali Radasının işində qısamüddətli fasilə yaranıb.
    Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, buna iclas keçirilən zaman zaldakı tüstülənmə səbəb olub.
    Ali Radanın vitse-spikeri iclası yarımçıq saxlayaraq 15 dəqiqəlik fasilə elan edib və bildirib ki, yanğınsöndürənlər zala çağrılıb.
    Tüstülənmənin qarşısı alındıqdan sonra parlamentin işi bərpa olunub.
    İnsidentlə bağlı məlumatda qeyd olunur ki, səsvermə pultlarının birində qısaqapanma olub və nəticədə tüstülənmə başlayıb.

    Muxalifet2 - 3-10-2017

  14. Deputatdan hökumətə xəbərdarlıq: Ölüm yolu...

    Əhər və Herisin İran parlamentindəki millət vəkili Beytulla Abdullahi “Ölüm yolu” kimi tanınan Əhər-Təbriz küçəsi ilə bağlı dövlət rəsmilərinə xəbərdarlıq edib. 
    Axar.az xəbər verir ki, millət vəkili sözügedən yolun təmiri və genişləndirilməsi ilə bağlı vədlərin yerinə yetirilməsini tələb edib:

    Muxalifet2 - 3-10-2017

  15. “Bu, 4 Kürdüstandan biridir, davamı olacaq” - Baxçalı

    Türkiyə çox ağır dönəmdən keçir. Ətrafımızdakı çəmbər daralır. Çox diqqətli olmalıyıq.
     
    Bunu Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiya lideri Dövlət Baxçalı söyləyib.

    Muxalifet - 3-10-2017

  16. Millət vəkili: “Las-Veqasda ölənlər siyasi korrupsiyanın qurbanlarıdır”

    BAXCP sədri Qüdrət Həsənquliyev ABŞ-ın Las-Veqas şəhərində, “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddokun izdihama atəş açması nəticəsində çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olan qətliama münasibət bildirib bütün dünyada ciddi rezonans doğurub.
    Publika.az xəbər verir ki, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Las-Veqasda baş verən faciənin ciddi səbəblərinin olduğunu bildirib.

    Muxalifet2 - 3-10-2017

  17. ​Tatuların orqanizmə vurduğu ziyan

    Tatuirovkalar hətta uzun illər keçəndən sonra belə, xəstəliklər doğura bilər.
    Publika.az bildirir ki, bu barədə “Annals of Internal Medicine” jurnalı yazır.
    Bir müddət əvvəl xəstəxanaya 30 yaşlı avstraliyalı sakin müraciət etdi. Qadın böyümüş limfa düyünlərindən şikayət edirdi və onkoloji xəstəliyinin aradan qaldırılmasını istəyirdi.

    Muxalifet2 - 3-10-2017

  18. İlham Əliyev Sarkisyanla görüşəcək - Rusiya KİV

    Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcək.
     
    Bu barədə "Rosbalt" agentliyi məlumat yayıb. Bildirilib ki, görüş BMT-nin baş katibi Antonio Qutereş tərəfindən müsbət hal kimi qiymətləndirilib. 

    Muxalifet - 3-10-2017

  19. Cəlal Təlabani ÖLDÜ

    İraqın keçmiş prezidenti Cəlal Təlabani 83 yaşında vəfat edib. 
    Axar.az xəbər verir ki, bu barədə “Rudau” məlumat yayıb. 
    Qeyd edək ki, Təlabani 2012-ci ildə infarkt keçirib və uzun müddət komada qalıb. O, 2005-2014-cü illərdə İraqın prezidenti olub.

    Muxalifet2 - 3-10-2017

  20. Saakaşvili siyasi SIĞINACAQ İSTƏDİ

    Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib. Novator.az-ın məlumatına görə, bunu oktyabrın 3-də Saakaşvilinin vəkili Markiyan Qalabala açıqlayıb. 
    Vəkil bildirib ki, Mixail Saakaşvili sığınacaq almaq üçün Ukraynanın Miqrasiya Xidmətinə ərizə ilə müraciət edib. 
    Müraciətə hələ cavab verilməyib. Vəkil cavabın gün ərzində verilməli olduğunu vurğulayır. 
    49 yaşlı Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb. 

    Muxalifet2 - 3-10-2017

Pages