Axtarış

The search found 105785 results in 0.033 seconds.

Search results

  1. Lider TV-dən növbəti kütləvi İSTEFA

    Lider TV-də əmək haqlarının gecikməsinə görə növbəti dəfə kütləvi istefalar başlayıb.
    Lider TV-də yayımlanan “Səda” informasiya buraxılışının aparıcıları - Vüsalə Səid, Şəfiqə Elşən, idman jurnalisti Emin Ağa və digər şəxslər öz ərizələri ilə işdən çıxıblar.
    Jurnalistlərin işdən ayrılmalarına səbəb kimi Lider TV-də bir neçə aydır ki, maaşların gecikməsi göstərilir. 
    Xatırladaq ki, son bir ildə Lider TV-dən xeyli sayda jurnalist istefa verib./olke.az  

    Muxalifet - 2-10-2017

  2. Avropa Məhkəməsi 4 jurnalistin şikayəti üzrə kommunikasiyaya başlayıb

    Avropa İnsan Hüquqları Məhkəməsi ölkədən çıxışına qadağa qoyulan şəxslərin şikayəti üzrə kommunikasiyaya başlayıb.
     
     Bunlar jurnalistlər Aynur Elgünəş, Aytac Əhmədova, Natiq Cavadlı və Xədicə İsmayılovadır. Bu barədə vəkil Fariz Namazlı facebook səhifəsində məlumat yayıb.
    İlk üç şəxs Meydan.tv.nin fəaliyyəti ilə bağlı aparılan cinayət təqibi çərçivəsində, X.İsmayılovanın isə şərti cəza tətbiq edildiyi üçün ölkədən çıxışına qadağa qoyulub.

    Muxalifet - 2-10-2017

  3. ​İran İraq sərhədinə tanklar yeritdi - FOTO

    İran İraq Kürd Muxtariyyətində keçirilən referendumdan sonra İraq sərhədinə tank və toplarını yerləşdirib.
    Axar.az xəbər verir ki, bu barədə Kürd Muxtariyyətinin rəsmiləri məlumat yayıb.
    İranın İRNA xəbər agentliyi isə tank və topların təlim məqsədi ilə sözügedən bölgəyə yerləşdirildiyini və təlimlərin başladığını yazıb

    Muxalifet2 - 2-10-2017

  4. REAL lideri İlqar Məmmədov vəkillərindən imtina etdi

    Vəkili Fuad Ağayev bu gün, oktyabrın 2-də REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla görüşüb.
     
     Vəkil İ.Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindən çıxdıqdan sonra onun mesajlarını ictimaiyyətə çatdırıb.
    F.Ağayev deyib ki, İ.Məmmədovun ictimaiyyətə iki bəyanatı var.

    Muxalifet - 2-10-2017

  5. Bu şəhərdə indi də aeroport və vağzal təxliyə edildi

    Rusiyanın Nijni Novqorod şəhərində anonim zənglər səbəbindən hava limanı təxliyə edilib.
    Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, hava limanına bomba qoyulması barədə zəng olunduqdan sonra hava limanında təxliyə işlər aparılıb.
    Bundan başqa, analoji zəng Nijni Novqorod vağzalına da daxil olub. Burada da vağzal təxliyə edildikdən sonra axtarış işləri aparılıb.
    Qeyd edək ki, bu gün səhər saatların bu şəhərdə 11 məktəb və inzibati bina təxliyə edilmişdi.

    Muxalifet2 - 2-10-2017

  6. ​Deputat: Kataloniyada separatçıların müstəqillik istəməsi düşünülmüş ssenaridir

    İspaniyanın Kataloniya bölgəsində separatçıların müstəqillik istəməsi düşünülmüş bir ssenaridir.
    Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.
    Onun sözlərinə görə, bu hadisə dünyada gedən proseslərin istiqamətini dəyişmək məqsədi güdür:

    Muxalifet2 - 2-10-2017

  7. Qarabağ döyüşçüsü Cəmşid Rzaquliyev ölüm aclığına başlayır – TƏFSİLAT

    Qarabağ döyüşçüsü Cəmşid Rzaquliyev ölüm aclığına başlayacaq.
     
    QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində yazıb.
    Müharibə iştirakçısı uzun müddətdir müxtəlif problemlərdən əziyyət çəkir. Ən ciddi problem isə onun səhhəti ilə bağlıdır. Qarabağda döyüşlərdə yaralanan C.Rzaquliyev normal müalicə ala bilmir. Aldığı yaralardan əziyyət çəkən döyüşçü əlillik dərəcəsi də ala bilməyib.

    Muxalifet - 2-10-2017

  8. ​Xanhüseyn Kazımlı təltif edildi - SƏRƏNCAM

    Deputat Xanhüseyn Kazımlı Milli Məclisin "Fəxri medalı" ilə təltif olunub.
    Report-un xəbərinə görə, bununla bağlı parlamentin sədri Oqtay Əsədov sərəncam imzalayıb.
    Sərəncama əsasən, X.Kazımlı 75 illik yubileyi ilə əlaqədar "Fəxri medal"la təltif edilib.

    Muxalifet2 - 2-10-2017

  9. ​Prezidentin etirazına səbəb olan QANUN QƏBUL EDİLDİ

    Prezidentin etirazına səbəb olan qanun qəbul edildi
    Milli Məclisin bu gün keçirilən plenar iclasında cari il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanunda "dəyişikliklər edilməsi barədə” qanuna Prezidentin etirazı haqqında qərar layihəsinə baxılıb.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatlara məlumat verərək deyib ki, sədri olduğu komitədə bu layihə müzakirə olunub və plenar iclasa çıxarılması qərara alınıb.
    Sonda qanun layihəsi səs çoxluğu ilə qəbul olunub

    Muxalifet2 - 2-10-2017

  10. ​Çexiya ilə oyun Rəşad Sadıqov üçün sonuncu olacaq

    DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.
    AFFA-nın saytına fikrini bildirən R.Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib:
    “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.
    Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən R.Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

    Muxalifet2 - 2-10-2017

  11. TORPAQ İSTƏYƏN SAKİNƏ İCRA BAŞÇISINDAN ŞOK CAVAB - “Tapşıraram, sənə bir maşın torpaq gətirərlər, çinlilər kimi evin damına töküb əkərsən”

    Gülağa Quliyev: “Bələdiyyə sədri və qardaşı saxtakarlıq yolu ilə torpaqları satırlar... Mənə də deyirlər ki, texnikumda oxumusan deyə, sənə pay torpağı düşməyib”

    Muxalifet3 - 2-10-2017

  12. Polis məntəqəsinə hücum - ÖLƏN VƏ YARALANANLAR VAR

    Suriyanın paytaxtı Dəməşqin əl-Midan rayonunda polis məntəqəsinə iki terrorçu-kamikadzenin hücumu nəticəsində 15 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
    Hücum zamanı bir neçə partlayış törədilib.
    Polis məntəqəsində içərisində partlayıcı olan avtomobil də partladılıb.
    Ölənlərin arasında polislərin də olduğu bildirilir.

    Muxalifet2 - 2-10-2017

  13. Avropa Şurasının baş katibi Azərbaycandan ŞİKAYƏT DOLU STATUS YAZDI

    Deməyə sözüm var...
     
    Avropa Şurasının baş katibi Tornbörn Yaqland Facebook səhifəsində müraciət dərc edib.
     
     Müraciətdə deyilir:
    "Son bir neçə gündə Avropa Şurasına və şəxsən onun rəhbərinə qarşı kütləvi və mütəşəkkil hücum kampaniyası aparılır.
    Avropa tarixində hələ indiyədək üzv ölkə tərəfindən seçkili baş katibə qarşı belə hücum edilməyib.

    Muxalifet - 2-10-2017

  14. ​Nigar Camal kişiləri döydü - VİDEO

    “Eurovision 2011” qalibi Nigar Camal sosial şəbəkədə maraqlı video paylaşıb.
    Repost.az-ın məlumatına görə, müğənninin kapoera hərəkətləri müzakirələrə səbəb olub.
    Nigar bildirib ki, “Kəklikotu” filminin çəkilişləri üçün idman dərsləri alıb. Camal videoya "Razborkaya" hazıram. Sovetski məhəlləsinin uşağı" sözlərini yazıb.

    Muxalifet3 - 2-10-2017

  15. Beynəlxalq Bankın keçmiş sədri hələ də KARSERDƏDİR - BACISINDAN AÇIQLAMA

    Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva oktyabrın 2-də 13 saylı cəzaçəkmə müəssisəsində qardaşı ilə görüşə bilməyib, baxmayaraq ki, bazar ertəsi günləri onun doğmaları ilə görüş günüdür.
     
    Əminə Hacıyevanın Turan-a verdiyi məlumata görə, onun görüşdən imtinanın səbəblərini açıqlamaq barədə israrlı tələblərindən sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilk dəfə təsdiq edib ki, keçmiş bankir karserə salınıb. Amma cəzanın səbəbini ona bildirməyiblər.

    Muxalifet - 2-10-2017

  16. Papa Putini belə CƏZALANDIRDI

    Roma Papası Benedikt Rusiya Prezidenti Putinlə görüş üçün yarım saat ayırsa da, ikinci bu görüşə 27 dəqiqə gecikib. Belə ki, o, Papayla görüşə gələndə onun hal-əhvalını tutduqdan sonra yalnız “çox sağol, oğlum” sözlərini eşidib və bundan sonra görüş bitib. 
    Bunu “112 Ukrayna” televiziyasına açıqlamasında Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov söyləyib. Ponomaryovun sözlərinə görə, bu hadisə 2013-cü ilin payızında baş verib: 

    Muxalifet2 - 2-10-2017

  17. Dövlət Komitəsi uşaqların "Aşura" mərasimlərində iştirakına belə REAKSİYA VERDİ

    "Bu il Azərbaycanda “Aşura” mərasimləri müvafiq qanunlar çərçivəsində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fətvada irəli sürülən şəri qaydalar əsasında keçirilib".
    Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov deyib.

    Muxalifet2 - 2-10-2017

  18. Azərbaycanlılar Gürcüstandan uçmağa üstünlük verirlər, AZAL isə SUSMAĞA

    Biletlərin baha olması, inhisarçılıq, ölkənin hava məkanına digər şirkətləri buraxmaq istəməmək, Azərbaycana uçan şirkətlər üçün yüksək vergilər və aeroport rüsumlarının tətbiq olunması həmişə "Azərbaycan Hava Yolları" QSC-nin (Azerbaijan Airlines -AZAL) tənqidçiləri üçün əsas dəlillər olub. İndi isə, Rusiyanın "Pobeda" ("Победа") şirkətinin avqustda etdiyi kimi, xarici aviaşirkətlər də bu barədə açıq danışmağa və qapını çırparaq getməyə başlayıblar.
     
    "Pobeda" uduzdu

    Muxalifet - 2-10-2017

  19. “Azərbaycan hökuməti Rusiyaya nota verməlidir” – ADP-dən ÇAĞIRIŞ

    “...Rusiyanın tərkibində olan muxtar vilayətlər və muxtar respublikalar da referendum keçirərək öz müstəqilliklərini elan etməlidirlər”
     
    Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

    Muxalifet3 - 2-10-2017

  20. Kataloniyanın muxtarlığı ləğv edilə bilər - QANUN

    İspaniya hakimiyyəti müstəqillik referendumuna cavab olaraq Kataloniyanın muxtariyyətini ləğv edə bilər. 
    Bunu jurnalistlərə açıqlamasında Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul söyləyib. Onun sözlərinə görə, İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiq edilməsi imkanları heç vaxt istisna olmamalıdır. 

    Muxalifet2 - 2-10-2017

Pages