Rusiyanın San-Fransiskodakı SƏFİRLİYİNƏ BASQIN - "BU İŞĞALDIR"

ABŞ Rusiyanın San-Fransiskodakı səfirlik binasını ələ keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfirliyin binasının giriş qapıları qırılıb və binada axtarışlar aparılıb:
“Bütün xəbərdarlıqlarımıza rəğmən, ABŞ hökuməti ağlın səsinə qulaq vermədi və qanundankənar niyyətlərindən vaz keçmədi. Rusiyanın San-Fransiskodakı səfirliyinin bütün binaları tamamilə işğal edildi. Hazırda orada olan amerikalıları heç kim oraya dəvət etməyib. Deməli bu işğaldır. Onların hərəkətləri ikili münasibətlər tarixində bənzəri olmayan özbaşınalıqdır”.