ADP Müstəqillik Günü ilə bağlı xalqımızı TƏBRİK EDİB

Baxış sayı:
330

ADP Azərbaycan Xalq Cumhürriyyətinin (AXC) 107-ci il dönümü ilə bağlı Azərbaycan xalqını, hər bir vətəndaşımızı, Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı təbrik edib.
ADP hesab edib ki, Azərbaycan Xalq Cumhürriyyətinin 28 may 1918-ci il tarixində əldə etdiyi Müstəqillik günümüz xalqımızın misilsiz milli nailiyyətidir. Uzun əsrlər dövlətçilik tarixinə malik xalqların respublikaçılığa keçiddə ciddi problemlər yaşaması ilə müqayisədə ötən əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha və böyük potensiala malik olması ilə bilavasitə bağlıdır. Azərbaycan Demokratik Cumhürriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı-cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir.
Təəssüf ki, hazırkı iqtidarın yüksək eşalonunda təmsil olunan bir çox məmurlar respublikaçılıq ənənələrini real olaraq dərk edə bilmir və tətbiq etməkdən yayınır, Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolunu kiçiltməyə çalışır, ölkədə yüksək vətəndaşlıq şüurunun formalaşdırılması üçün zəruri olan siyasi, hüquqi, iqtisadi, sosial və s. sahələrdə islahatları gecikdirir.  
ADP hesab edir ki, qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq və hakimiyyət bölğüsü, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında Şərqdə ilk Respublika qurmuş tarixi şəxsiyyətlərimiz daha geniş təbliğ edilməli, insanlarımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır.
ADP insanlarımızı həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırıb.
Muxalifet.az