Las-Veqasda qırğın törədən şəxs multimilyonçu olub

Stiven Peddok daşınmaz əmlaka pul yatırmaqla pul qazanıb
 
Las-Veqasda 58 nəfəri atəş açaraq qətlə yetirən Stiven Peddok multimilyonçu olub.
Bunu onun qardaşı Erik Peddok deyib.
"Fox News"un məlumatına görə, caninin qardaşı onun daşınmaz əmlaka pul yatırmaqla pul qazandığını bildirib.
Erik həmçinin qeyd edib ki, Stivenin son vaxtlar hansısa maliyyə çətinlikləri yaşaması barədə məlumatlı deyil./report