Bərzani höküməti Rusiyaya təşəkkür edib – REFERENDUMA GÖRƏ

"25 sentyabr referendumunda balanslaşdırılmış siyasət yürütdüyünə görə Rusiya tərəfinə təşəkkürümüzü bildiririk".
 
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin baş müşaviri Hemin Havrami deyib. O bildirib ki, Rusiyanın Ərbildəki baş konsulluğunu ziyarət edib:
“Gələcəkdə atılacaq addımlarla bağlı fikir mübadiləsi apardıq”.
Qeyd edək ki, BMT, Türkiyə, İran və İraq rəhbərliyi 25 sentyabr Kürdüstanın müstəqllik referendumunun qəti əleyhinə çıxıblar. İsrail referendumu dəstəklədiyini açıqlasa da, Rusiya bu məsələdə bitərəf mövqe tutmağa üstünlük verib.