Əhmədlidə yaşlı kişini maşın vurdu

Bakının Xətai rayonu ərazisində ahıl kişini avtomobil vurub.
Yol-nəqliyyat hadisəsi Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində qeydə alınıb.
1950-ci il təvəllüdlü Əliyev Arif Yəhya oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya aparıb.
Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.