Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. ​Hulusi Akarın İrana RƏSMİ SƏFƏRİ BAŞLADI

    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Tehranda rəsmi səfərdədir.
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
    Hulusi Akar Tehranda İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Hüseyn Bakeri ilə görüşüb.
    Görüşdə dövlət sərhədlərinin müdafiəsi, terrorçuluqla mübarizə və regional məsələlərin müzakirə ediləcəyi bildirilir.

    Muxalifet2 - 2-10-2017

  2. ABŞ-dan 5 trilyonluq xərc - Üç MÜHARİBƏ

    Əfqanıstan və İraq müharibələri, həmçinin İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar ABŞ-a 2001-ci ildən bu yana 1,7 trilyon dollara başa gəlib.
    Bu haqda ABŞ dövlət büdcəsinin xərclərinin analizi ilə məşğul olan “National Priorities Project” tədqiqat təşkilatının ekspertləri bildiriblər.
    Ekspertlərin məlumatına görə, ABŞ 2001-ci ilin oktyabrında başladığı Əfqanıstan müharibəsinə 785 milyard dollardan çox xərcləyib. 2003-cü ilin martında başlana İraq müharibəsi 821, İŞİD-ə qarşı mübarizə 17 milyard dollara başa gəlib.

    Muxalifet2 - 2-10-2017

  3. Gömrükdə külli miqdarda siqaret keçirilməsinin QARŞISI ALINDI

    Gürcüstandan Azərbaycana külli miqdarda qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb. 
    Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ 24" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. 

    Muxalifet2 - 2-10-2017

  4. Qubada müəlliməyə hicab qadağası: dərs verilmədi – RƏSMİ

    Quba Rayon Təhsil Şöbəsi hicab taxdığına görə müəlliməyə əlavə dərs saatı verməkdən imtina edib.
    Jalə Dənziyeva adlı müəllimə hicab taxdığı üçün ona əlavə dərs verilmədiyindən şikayətlənib. Qoldnyus.az müəllimənin sözügedən məsələ ilə bağlı şöbənin rəsmi sosial şəbəkə hesabındakı yazışmalarının fotolarını da yayıb.
    Məsələ ilə bağlı Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov Axar.az-a bildirib ki, din dövlətdən ayrı olduğuna görə müəllimələrin hicab bağlaması məqsədəuyğun deyil.

    Muxalifet2 - 2-10-2017

  5. ABŞ-dan oxşar TAKTİKA: HƏDƏFDƏ TÜRKİYƏ VAR!

     Son günlər Türkiyənin bir nömrəli gündəmi olan Şimali İraq referendumu ilə Qətər böhranı arasındakı oxşarlıq diqqətdən yayınmadı.
     
    Müxalifət.az Haber7.com-da dərc olunan Taha Dağlının yazısını təqdim edir:
     
     İyun ayında Qətər böhranı vardı, indi isə Bərzani bir böhran çıxardı. Bu iki böhranda ortaya çox parlaq bir mənzərə çıxır. İkisinin də arxasındakı güclər və hədəfdə olan ölkələr eynidir.
     
     QƏTƏR BÖHRANINDA HƏDƏF TÜRKİYƏ VƏ İRAN
     

    Muxalifet - 2-10-2017

  6. ​Məhkəmə MTN polkovnikinin vəsatətini təmin etmədi

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
    Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə Mirəziz Əsgərovun anket məlumatları və apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
    Daha sonra zərərçəkmiş Vidadi Əzizovun apelyasiya şikayətinin dəlilləri müəyyənləşib.

    Muxalifet2 - 2-10-2017

  7. 4 azərbaycanlı hosteldə baş verən yanğında öldü - UKRAYNADA

    Ölən azərbaycanlılardan 3-ü Zaporojyeyə kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Çerniqov vilayətindən gəlibmiş
    Ukraynanın Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı 4 azərbaycanlı həlak olub.
    "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, Anqolenko bazarı ərazisindəki hosteldə yanğın dünən gecə baş verib.

    Muxalifet2 - 2-10-2017

  8. Milli Məclisdə "Kürdüstan"a dəstək verən MƏMURA CƏZA TƏLƏBİ

    Milli Məclisdə Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb.
    Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov F.Tanrıverdiyevin cəzalandırılmasını təklif edib:

    Muxalifet2 - 2-10-2017

  9. Кто делит общество Азербайджана?

    За последние месяцы в информационном поле Азербайджан происходят вполне странные события. За август-сентябрь месяц произошло столько всего, что каждая их произошедшего является темой отдельной обсуждения,  и по сей день, эти темы остались в устах народа.

    Muxalifet3 - 2-10-2017

  10. ​ Böyük Britaniyanın keçmiş xarici işlər naziri Şimali Kipri tanımağa çağırdı

    Kipr adasının yunan və türk hissələrinin birləşdirilməsi üçün edilən növbəti cəhdin də iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Cek Strou  "The Independent" qəzetində yazır ki, əksinə adanın ikiyə bölündüyünü qəbul edərək "hər iki Kipri" beynəlxalq aləmdə rəsmən tanımağın vaxtı çatıb.

    Muxalifet3 - 2-10-2017

  11. Eldar Mahmudovun məhkəməyə gətirilməsi TƏLƏB EDİLDİ

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. 
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, Elçin Quliyev və digər şəxslərin işi üzrə keçirilən prosesdə zərərçəkmiş iş adamı Mətləb Mustafayev vəsatətlə çıxış edib. 
    O, vəsatətində Elçin Quliyevin ifadəsinə toxunub: 

    Muxalifet2 - 2-10-2017

  12. Rusiyanın ölkələri işğal edən “Qarabağ ssenarisi” - YAROŞ

    Donbasda sülhməramlıların yerləşdirilməsi məsələsini Ukrayna həll etmir. 
    Bunu “Apostrof” saytına müsahibəsində Ukrayna millətçilərinin lideri deputat Dmitri Yaroş söyləyib. 
    “Bu məsələni bizim yerimizə Fransa, Almaniya, Rusiya həll edir. Hətta Belarus belə bu işdə bizdən üstündür. Ən azından Lukaşenko Minskdə danışıqlar üçün yer ayırıb. 

    Muxalifet2 - 2-10-2017

  13. Kosmosda və yad planetdə kişi ilə qadının bərabər qalmasının İNSANLAR ÜÇÜN BÖYÜK TƏHLÜKƏSİ

    Britaniya astronavtı Helen Şarman qəribə açıqlama ilə çıxış edib. O, qeyd edib ki, seks Marsın müstəmləkələşdirilməsi prosesində bütün əməliyyatı təhlükə altına qoyur. Buna görə də, ekipaj həmcins kosmonavtlardan ibarət olmalıdır.
    Bu haqda o, "Sun" nəşrinə müsahibəsində bildirib.
    Onun fikirinə görə, kişilər və qadınlar uzun müddət bir yerdə qalarlarsa təbii ki, bir-biri ilə sekslə məşğul olacaqlar və bu hal, öz növbəsində münaqişələrə və arzu edilməyən hamiləliklərə gətirib çıxaracaq.

    Muxalifet2 - 2-10-2017

  14. Çin Ermənistana "yox" dedi, ümid yenə Rusiyaya qaldı

    "Ermənistanla Çin arasında silah təchizatının aparılması barədə razılaşma mövcud deyil"
    Bu barədə jurnalistlərlə görüşü zamanı Ermənistanın müdafiə naziri Vigen Sarkisyan deyib. 
    "Çində silah təchizatı barədə razılıq əldə olunmayıb. Amma çox əhəmiyyətli görüşlər keçirilib, strateji danışıqlar və əməkdaşlıq layihələri haqqında müzakirələr aparmışıq"- deyə erməni nazir bildirib. 
    V.Sarkisyan Ermənistan silahlı qüvvələrinin uzun illər Çindən idxal edilən bəzi silah növlərinə sahib olduğunu bildirib. 

    Muxalifet2 - 2-10-2017

  15. Rusiyada məktəblər təxliyə olunur - BOMBA VAR?

    Səhər saatlarından başlayaraq Rusiyanın Nijni Novqorod şəhərində məktəblər və inzibati binalar təxliyə olunur. 

    Muxalifet.az rus mətbuatına istinadən xəbər verir ki, buna bomba qoyulması ilə bağlı anonim zənglər səbəb olub. 
    Son məlumata görə, zənglərdən sonra şəhərdə 11 məktəb təxliyə olunub. 
    Hazırda həmin binalar nəzarətə götürülüb və axtarış işləri aparılır. 

    Muxalifet2 - 2-10-2017

  16. ​Sabah Azərbaycanda leysan olacaq, sulu qar, QAR YAĞACAQ

    Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
    Məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi, arabir güclənəcək.
    Havanın temperaturu Abşeronda gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14°, gündüz 14-16° isti olacağı gözlənilir.
    Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % olacaq.

    Muxalifet2 - 2-10-2017

  17. Atambayevdən çevrilişə reaksiya: “SƏRT OLACAĞIQ”

    Qırğızıstandakı stabilliyi pozmağa yönələn istənilən cəhdin qarşısı sərt şəkildə alınacaq. 
    Bunu Qırğızıstan Təhlükəsizlik Şurasında çıxışı zamanı Prezident Almazbek Atambayev söyləyib. Onun sözlərinə görə, seçki dövründə ölkədə stabilliyin qorunması ən vacib məsələdir. 
    Qeyd edək ki, dünən Qırğızıstan deputatı Kanatbek İsayevə qarşı kütləvi iğtişaşların təşkili və dövlət çevrilişinə cəhdi ittihamı ilə cinayət işi açılıb. Hökumətin iddiasına görə, İsayev çevrilişi məhz 15 oktyabrda keçiriləcək seçki zamanı törətmək istəyirmiş. 

    Muxalifet2 - 2-10-2017

  18. ABŞ Talibanın nümayəndəliyini bağlayır

    ABŞ Prezidenti Donald Tramp Talibanın Qətərdəki rəsmi nümayəndəliyini bağlamağa hazırlaşır.
    Bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet Trampın ideyasının Dövlət Departamentində etirazlara səbəb olduğunu bildirib. ABŞ diplomatlarının fikrincə, bu addım ABŞ-ın Əfqanıstandakı maraqlarına ziyan vuracaq. 
    Qeyd edək ki, Taliban bir neçə il öncə Qətərdə öz rəsmi nümayəndəliyini açıb. Bu ofisin açılmasında əsas fəallığı Pakistan, Qətər və ABŞ göstərib. Əfqanıstan hökuməti məhz bu ofis sayəsində Talibanla danışıqlar aparır. 

    Muxalifet2 - 2-10-2017

  19. “Təsəvvür oluna bilməyəcək silahlarımız var” - ABŞ-a HƏDƏ

    Koreya Xalq Demokratik Respublikası (KXDR) təsəvvür oluna bilməyəcək zərbə vasitələrinə malikdir.
    SİTA agentliyi xəbər verir ki, bu haqda Şimali Koreyanın dövlət nəşri “Rodong Sinmun”un məqaləsində deyilir.
    Məqalədə iddia edilir ki, ABŞ-la müharibə olacağı halda, KXDR “yəqin qələbə qazanacaq”.
    “Xalq və Koreya Xalq Demokratik Respublikasının ordusu Amerika imperialistlərini məhv etməyə və nəyin bahasına olursa-olsun vətənin yenidən birləşdirilməsinə nail olmağa köklənib”, - nəşr vurğulayır.

    Muxalifet2 - 2-10-2017

  20. İraqda partlayış, 7 hərbçi öldü, 10-u yaralandı

     
    Silahlı münaqişə nəticəsində sentyabrda 10-u xarici ölkə vətəndaşı olmaqla 196 mülki şəxs öldürülüb
    İraqın Mosul bölgəsinin qərbinda partlayış nəticəsində 7 hərbçi ölüb, 10-u müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    Hadisə İraqın Xalq Qurtuluş Qüvvələrinin binaya qoyulan minanı zərərsizləşdirərkən olub.
    Yaralılara tibbi yardım göstərilib. BMT-nin İraqdakı missiyasının aylıq hesabatına görə, silahlı münaqişə nəticəsində sentyabrda 10-u xarici ölkə vətəndaşı olmaqla 196 mülki şəxs öldürülüb, 381 nəfər isə yaralanıb.  

    Muxalifet2 - 2-10-2017

Pages