Las-Veqasdakı atışmada ölənlərin sayı artdı - 59 ÖLÜ, 527 YARALI

Yaralıların sayı 527 nəfər təşkil edir
 
Las-Veqasda (Nevada ştatı) silahlı insident nəticəsində ölənlərin sayı 59 nəfərə, yaralıların sayı isə 527-yə çatıb.
TASS xəbər verir ki, bu barədə Las-Veqas şəhərinin şerifi Cozef Lombardo bazar ertəsi mətbuat konfransında bildirib.
"Yaralıların sayı artıb və 527 nəfər təşkil edir. Ölənlərin sayı isə hazırda 59 nəfərə çatıb", - deyə o qeyd edib./report