Axtarış

The search found 105779 results in 0.016 seconds.

Search results

  1. Mehman Əliyevin Appleyasiya məhkəməsinin günü bəlli oldu

    "Turan" İnformasiya agentlyinin direktoru Mehman Əliyevin Appelyasiya məhkəməsi avqustun 30-na təyin olundu. Bu barədə Turana vəkil Fuad Ağayev məlumat verib.
     
    M.Əliyevə Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev prokurorluğun təqdimatını təmin edib və Mehman Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Muxalifet - 28-08-2017

  2. “Mehman Əliyevə Azadlıq Komitəsi”nin toplantısı keçirilib

    Avqustun 28-də “Mehman Əliyevə Azadlıq Komitəsi”nin İşçi Qrupunun toplantısı keçirilib.
     
     Müsavat Partiyasının qərargahında keçirilən toplantıda “Turan” Agentliyinin həbsdəki direktorunun müdafiə məsələləri müzakirə olunub.
    Təşkilatçılardan Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının sədrliyi ilə keçirilən toplantıda “Mehman Əliyevə Azadlıq Komitəsi” elan olunub, ilkin tərkib formalaşdırılıb. İlkin tərkib 87 nəfərdən ibarətdir.

    Muxalifet - 28-08-2017

  3. Siyasi Məhbusların Vahid Siyahısı

    Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu bu gün, avqustun 28-də öz siyahılarını yeniləyiblər.
     
    Bu haqda qrupun press-relizində bildirilir.
    Qrup bildirir ki, yenilənmiş variantda siyahıda 160 nəfərin adı var:

    Muxalifet - 28-08-2017

  4. Putin sentyabrın 1-də məktəbdə "açıq dərs" keçəcək

    Lakin prezidentin cədvəli açıqlanmır
     
    Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Yaroslavl məktəblərindən birində "açıq dərs" keçirməyi planlaşdırır.
    Bu barədə "Kommersant"a Prezident Administrasiyasına (PA) yaxın mənbə məlumat verib.
    Lakin prezidentin cədvəli açıqlanmır.
    Adı açıqlanmayan PA rəsmisi təsdiq edib ki, Putin şəhər məktəblərinin birində çıxış etməyi planlaşdırır.

    Muxalifet - 29-08-2017

  5. Qubada 10 yaşlı uşağı avtomobil vurub

    Piyada ağır xəsarət alıb
     
    Quba rayonunun mərkəzində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    2007-ci il təvəllüdlü Məhəmmədrzayev Məmmədhüseyn Firdovsi oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub.
    Nəticədə M. Məhəmmədrzayev ağır xəsarət alıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.
    Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

    Muxalifet - 29-08-2017

  6. Bakıda 29 yaşlı gənc bıçaqlanıb

    İnsident Fətəli Xan Xoyski küçəsində baş verib
     
    Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
    İnsident Fətəli Xan Xoyski küçəsində yerləşən aptekin qarşısında qeydə alınıb.
    Tanımadığı şəxs 1988-ci il təvəllüdlü Ağacanlı Fərid Mirzəbəy oğluna oturduğu yerdən qalxmağı tələb edib. O isə əvəzində söyüş söyüb. Buna cavab olaraq naməlum şəxs bıçaqla onun sağrı nahiyəsinə zərbə vurub.
    Yaralı xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet - 29-08-2017

  7. BMT TŞ bu gün KXDR ilə bağlı təcili iclas keçirəcək

    Müşavirə axşama nəzərdə tutulub
     
    Yaponiya, ABŞ və Cənubi Koreya KXDR-in növbəti ballistik raket sınağı ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması üçün sorğu göndərib.
    TASS xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
    Müşavirə bu gün axşama nəzərdə tutulub.

    Muxalifet - 29-08-2017

  8. Ukrayna Ali Radası Rusiyanı işğalçı ölkə elan edəcək

    Qanunvericilik səviyyəsində işğalçı dövlət anlayışı ilk dəfə Rusiyaya qarşı tətbiq olunacaq
     
    Donbassın reinteqrasiyası haqqında qanun layihəsində Rusiya ilk dəfə olaraq Ukrayna qanunvericiliyi səviyyəsində işğalçı dövlət adlandırılacaq.
    Bunu bazar ertəsi prezident Pyotr Poroşenkonun parlamentdə nümayəndəsi İrina Lutsenko bildirib.
    O, Ukraynanın "Beşinci kanalı"nın efirində deyib ki, qanunvericilik səviyyəsində işğalçı dövlət anlayışı ilk dəfə Rusiyaya qarşı tətbiq olunacaq.

    Muxalifet - 29-08-2017

  9. Avtobus 35 yaşlı qadını vurub - BAKIDA

    Piyada ağır xəsarət alıb
     
    Bakının Xətai rayonunda sərnişin avtobusu orta yaşlı qadını vurub.
    Hadisə 1982-ci il təvəllüdlü Qeybullayeva Ceyhunə Əsədulla qızı Fəhlə prospektində yolu keçmək istəyən zaman baş verib.
    Qəzanı özəl şirkətlərdən birinə məxsus sərnişin avtobusu törədib. Qadın ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Sürücünün izahatı alınıb.
    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır./report

    Muxalifet - 29-08-2017

  10. ABŞ "B61" nüvə bombasını sınaqdan keçirib

    Nüvə hissələri ilə təchiz edilməyən bomba F-15E qırıcılarından atılıb
     
    ABŞ-ın Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsi avqustun əvvəlində Nevada ştatında ölkənin Hərbi Hava Qüvvələri ilə birgə "B61" nüvə bombası modifikasiyasının iki sınağını həyata keçirib.
    Nüvə hissələri ilə təchiz edilməyən bomba F-15E qırıcılarından atılıb.
    Sınaq zamanı bombanın qeyri-nüvə funksiyaları, eləcə də təyyarənin silah daşımaq qabiliyyəti qiymətləndirilib.

    Muxalifet - 29-08-2017

  11. Şimali Koreyanın buraxdığı raket Yaponiya üzərindən keçib

    Yaponiya hakimiyyəti yerli sakinləri xəbərdar edib və ehtiyat tədbirləri görməyə çağırıb
     
    Şimali Koreya Şimali Yaponiya istiqamətində raket buraxılışı həyata keçirib.
    TASS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
    Yaponiya hakimiyyəti yerli sakinləri xəbərdar edib və ehtiyat tədbirləri görməyə çağırıb.
    Bununla əlaqədar Yaponiya hökuməti çərşənbə axşamı Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.
    İclas KXDR-nin növbəti raket buraxılışı ilə əlaqədar baş tutub.

    Muxalifet - 29-08-2017

  12. ABŞ Şefferin Minsk qrupuna həmsədr təyin olunmasını elan edib

    Departament ATƏT-in Minsk qrupuna yeni həmsədrin təyin olunduğunu rəsmən elan edib
     
    ABŞ Dövlət Departamenti Endryu Şefferin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupuna yeni həmsədr təyin olunduğunu rəsmən elan edib.
    Bu barədə Departamentin rəsmi nümayəndəsi Hizer Noyertin bəyanatında bildirilir.

    Muxalifet - 29-08-2017

  13. Qubada 5 yaşlı uşaq itkin düşüb - FOTO

    Uşaq istirahət mərkəzlərindən birində yoxa çıxıb
     
    Qubada 5 yaşlı uşaq itkin düşüb.
    Əliyev Natiq Namiq oğlu bazar ertəsi saat 17:00 radələrində Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində yoxa çıxıb.
    Yaxınlarının verdiyi məlumata görə, N.Əliyev gəzinti zamanı itkin düşüb. Onlar həmçinin uşağın sərbəst danışmaqda çətinlik çəkdiyini qeyd ediblər.
    Hazırda Quba rayon Polis şöbəsi azyaşlının axtarışı ilə bağlı iş aparır.

    Muxalifet - 29-08-2017

  14. Salyanda 33 yaşlı kişi özünü asıb

    İntiharın səbəbi hələlik məlum deyil
     
    Salyanda intihar hadisəsi baş verib.
    Hadisə rayonun Xocalı kəndində qeydə alınıb.
    Kənd sakini, 33 yaşlı Amid Mirhabil oğlu Həsənov həyətyanı sahədəki tikilidə özünü asaraq öldürüb. İntiharın səbəbi hələlik məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 29-08-2017

  15. Tüfəngdən atəş açdı, 2 barmağı qopdu

    Balakəndə 53 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində barmaqlarını itirib.
     
    Avqustun 29-da gecə saatlarında rayonun Qazma kənd sakini, 1964-cü il təvəllüdlü Qurban Sulxay oğlu Sulxayev odlu silahdan açılan atəş nəticəsində yaralanma xəsarəti ilə Balakən Mərkəzi Rayon xəstəxanasına (MRX) daxil olub.

    Muxalifet - 29-08-2017

  16. “ABŞ-la Rusiya arasında münasibətlər yaxşı olacaq” - TRAMP

     “Mən ABŞ-Rusiya münasibətlərinin normallaşmasına inanıram”.
     
    RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Finlandiya dövlət başçısı ilə keçirdiyi mətbuat konfransında bəyan edib.

    Muxalifet - 29-08-2017

  17. Yük maşını ağaca çırpılaraq yanıb - ŞƏKİDƏ

    Şəkidə yanğınla nəticələnən yol qəzası baş verib.
     
    Fövqəladə Hallar Nazirliyinin (FHN) saytınIN verdiyi xəbərə görə, Şəki şəhərində “Qazel” markalı yük avtomobili  idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
     Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanıb Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet - 29-08-2017

  18. Gənclər yadplanetliləri anbaan görüntülədilər - VİDEO

    Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərin gerçək, yoxsa qurma olduğu haqqında geniş müzakirələr gedir.
     
    Çində çəkildiyi iddia edilən görüntülərdə, gənclər səmada uçan yad cisim görür. UNO gördüklərini iddia edən bir qrup gənc avtomobil vasitəsilə uçan obyekti təqib edir və maraqlı görüntülər lentə alırlar.
    Video görüntülərdə doğrudan da UNO-nun gözlənilmədən eniş etdiyi, hətta içərisindən insanabənzər məxluqların çıxdığı görünür. Ağacların arxasından çəkilən görüntülərin montaj olduğu da deyilir.

    Muxalifet - 29-08-2017

  19. "Rusiyaya qarşı yenə sanksiyalara ehtiyac var" – ABŞ SƏFİRİ

    "Bunu heç kim istəmirdi. Bildiyim qədər Rusiya da ABŞ-la müharibəyə girmək istəmirdi. Beynəlxalq hüququn pozulmasına qarşı çıxdığımız üçün sanksiya tətbiq etdik. Hazırda Rusiyaya qarşı sanksiyalar küt bıçaq kimidir".
     
    Bunu ABŞ-ın Moskvadakı səfiri Con Tefft bildirib.
    Tefft qeyd edib ki, Rusiyanın hazırki mövqeyi yenə sanksiyalara ehtiyac olduğunu göstərir.
    Qeyd edək ki, ABŞ Ukraynadakı hadisələrin kontekstində 2014-cü ildən Rusiyaya sanksiyalar tətbiq edir(modern.az).

    Muxalifet - 29-08-2017

  20. Əmrə Mor indi də İspaniya klubunda

    Türkiyə millisinin və Dortmundun “Borussiya” klubunun gənc üzvü Əmrə Mor İspaniyanın “Selta Viqo” komandası ilə razılığa gəlib.

    Muxalifet.az “azərtac”a istinadən xəbər verir ki, “Fənərbağça”nın da yaxından maraqlandığı futbolçu La Liqa təmsilçisinə üstünlük verib. “Selta Viqo” klubu türkiyəli futbolçuya görə Dortmund təmsilçisinə 13 milyon avro ödəyəcək. Futbolçunun özü isə ildə 2 milyon avro qazanacaq.

    Muxalifet - 29-08-2017

Pages