Mehman Əliyevin Appleyasiya məhkəməsinin günü bəlli oldu

"Turan" İnformasiya agentlyinin direktoru Mehman Əliyevin Appelyasiya məhkəməsi avqustun 30-na təyin olundu. Bu barədə Turana vəkil Fuad Ağayev məlumat verib.
 
M.Əliyevə Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev prokurorluğun təqdimatını təmin edib və Mehman Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.