ABŞ "B61" nüvə bombasını sınaqdan keçirib

Nüvə hissələri ilə təchiz edilməyən bomba F-15E qırıcılarından atılıb
 
ABŞ-ın Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsi avqustun əvvəlində Nevada ştatında ölkənin Hərbi Hava Qüvvələri ilə birgə "B61" nüvə bombası modifikasiyasının iki sınağını həyata keçirib.
Nüvə hissələri ilə təchiz edilməyən bomba F-15E qırıcılarından atılıb.
Sınaq zamanı bombanın qeyri-nüvə funksiyaları, eləcə də təyyarənin silah daşımaq qabiliyyəti qiymətləndirilib.
Bu sınaqlar döyüş sursatının xidmət müddətinin uzadılması proqramı çərçivəsində həyata keçirilib.