Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
Jurnalistə “xox” gələn direktordan növbəti açıqlama
“Gərək adamın mənliyi, şəxsiyyəti olsun”
Paytaxtın Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova jurnalisti təhqir etməsi ilə bağlı yayılan səs yazısına münasibət bildirib.Muxalifet - 29-08-2017
Azərbaycanlı idmançıları hoteldən qovdular -TƏFƏRRÜAT
Türkiyənin Antaliya şəhərinə yollanan bir qrup azərbaycanlı dincəlmək istədikləri “Sirene Belek” hotelindən qovulublar.
Bu barədə yenicag.az-a sözügedən məkanda hadisənin şahidi olan turist xəbər verib. Onun sözlərinə görə, qovulanlar arasında bir sıra idmançılar da var.Muxalifet - 29-08-2017
"Məmur balalarının avtomobil kolleksiyasının mənbəyi araşdırılmalıdır" - EKSPERT
"İri məmur uşaqlarının rezonans doğuran kriminal əməllləri sistemli xarakter alıb artıq. Hətta onları, xüsusən onlara aid nəqliyyat vasitələrini xüsusi təhlükə mənbəyi kimi fərqləndirənlər də çoxalır. Məncə, bununla bütün istiqamətlərdə səmərəli mübarizə olmalıdır. İlk növbədə qanun çərçivəsində. Yaxşı presedent yaradılmlıdır ki, əsl xəbərdaredici effekt versin".
Bu sözləri yol təhlükəsizliyi məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.Muxalifet - 29-08-2017
“Kanal 13”-ün direktorunun həbs müddəti artırılıb
Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Nəsimi Rayon Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Bu barədə "Report"a onun vəkili Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ə.Orucovun barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə artırılıb.Muxalifet - 29-08-2017
Ermənistanda yanğın bölgəsində kükürd dioksidin miqdarı həddi aşıb
Yerevanda kimya zavodunda yanğın ikinci gündür davam edir
Yerevanda yanan "Nairit" kimya zavodundan kənar ərazidə kükürd dioksid konsentrasiyası icazə verilən həddi 1,2-1,7 dəfə keçib.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə Ermənistan Təbiəti Mühafizə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Eyni zamanda azot dioksid konsentrasiyası müvafiq norma göstəricilərini aşmayıb.Muxalifet - 29-08-2017
"Bütün məscidlərdə azan eyni vaxtda verilməlidir" – Dövlət Komitəsi
Şöbə müdiri: Dini icmalar ölkədəki ümumi dini harmoniyaya xələl gətirə biləcək nöqsanlara yol verirlər
"Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə azan eyni vaxtda verilməlidir".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.Muxalifet - 29-08-2017
"Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır" - AVROPA KOMİSSİYASININ SƏDRİ
Jan-Klod Yunker: İstənilən halda, indi danışıqlar yoxdur
"Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır. Sual doğuran məsələ ondan ibarətdir ki, Türkiyə ilə danışıqları dayandırmalıyıq, ya yox. Bu, tamamilə nəzəri məsələdir. İstənilən halda, indi danışıqlar yoxdur".
"İnterfaks" xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bu gün Brüsseldə səfirlik konfransında danışarkən Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı məsələni şərh edən zaman deyib.Muxalifet - 29-08-2017
Bakıda mənzildə meyit aşkarlanıb
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Nəcəfov Fəxrəddin Fərman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.Muxalifet - 29-08-2017
Qalmaqallı direktor məmur bacısı imiş - “Qucaqlarda oturanlardan yazın”
Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsiylə bağlı səsyazısı yayımlanıb. Səsyazısını axar.az saytı dərc edib.
azxeber.com xəbər verir ki, jurnalisti təhqir edən məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır.Muxalifet - 29-08-2017
Bakıda Qurbanlıq heyvanların satılacağı ünvanlar
Sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.Muxalifet - 29-08-2017
Erməni faşistin heykəli güllələndi - FOTO
İkinci Dünya müharibəsində nasistlərin tabeçiliyində olan hərbi birləşməyə başçılıq edən erməni millətçi Qaregin Njdenin abidəsi güllələnib.
Erməni KİV-i xəbər verir ki, bu barədə Sünik rayonu qubernatorunun mətbuat katibi Vazgen Sahatelyan sosial şəbəkədə məlumat yayıb və baş hissəsi güllələnən Njdenin abidəsinin fotoşəklini paylaşıb.
Onun sözlərinə görə, qubernator Vahe Akopyanın sərəncamı ilə məsələnin araşdırılması, abidənin bərpası və mühafizəsinin gücləndirilməsi üçün komissiya yaradılıb.Muxalifet - 29-08-2017
İsveç alimdən SOS: “3 il sonra fəlakətli iqlim dəyişməsi olacaq”
İsveçrənin nüfuzlu alimlərindən olan Reto Knutti məruzə ilə çıxış edərək, geriyədönməz xarakter alan qlobal iqlim dəyişikliyinin tam sürətlə getdiyini bildirib.
Alimin hesablamalarına görə, dünyada az-çox komfort həyat tərzi üçün 3 ildən də az vaxt qalıb. Bu müddət başa çatdıqdan sonra Yer kürəsində iqlim fəlakətli dərəcədə dəyişməyə başlayacaq.Muxalifet - 29-08-2017
Nazarbayev: “Ukraynaya yardıma hazırıq”
Qazaxıstan Ukraynanın cənub-şərqində böhranın həll edilməsinə yardım göstərməyə hazırdır.
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib.
O, Donbas konflikti tərəflərinin bu böhrandan bir yerdə çıxmaları gərəkdiyini bildirib.Muxalifet - 29-08-2017
"Rusiya və Çinin bu addımından narahatıq" - TRAMP
Biz Rusiya və Çinin bir müddət əvvəl Baltik dənizində keçirdiyi ortaq təlimlərdən narahatıq.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib.
“ABŞ və müttəfiqləri istənilən təhdidin öhdəsindən gəlmək qabiliyyətindədir. Baltik regionu dünyanın ən vacib hissələrindən biridir və biz burada çox yaxşı dostlara malikik”, – deyə o bildirib.Muxalifet - 29-08-2017
Ermənistanda daha bir nazir müavini işdən çıxarıldı
Ermənistanda daha bir nazir müavini vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, baş nazir Karen Karapetyanın qərarına əsasən, Haykaram Mxitaryan Ermənistanın fövqəladə hallar nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.
Karapetyanın digər qərarı ilə Ara Nazaryan bu vəzifəyə təyin edilib.
Xatırladaq ki, Serj Sərkisyanın sərəncamı ilə bu gün Ara Nazaryan Ermənistanın müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.Muxalifet - 29-08-2017
Oğuz və Qəbələ meşələrindəki yanğın lokallaşdırılıb
Bum meşəbəyliyindəki yanğın söndürülüb
Ötən gün Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Bum meşəbəyliyinin 2 saylı dolayında, bu gün səhər saat 8 radələrində isə Oğuz MMBM-in Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisələri olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Nazirlikdən bildirilib ki, yanğın baş verən ərazilərə dərhal ETSN-in və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.Muxalifet - 29-08-2017
Lənkəranda qadın özünü qatarın altına atıb - YENİLƏNİB
Lənkəranda qadın özünü qatarın altına ataraq, intihara cəhd edib.
Rayonun Velədi kəndində Lənkəran şəhər səhər sakini, 1991-ci il təvəllüdlü Aidə Cəlil qızı Əlizadə özünü öldürmək istəyib. Özünü qatarın altına atan qadın ağır xəsarət alıb. O, bir ayağını itirib. A. Əlizadə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat edilib.
Fakt araşdırılır.Muxalifet - 29-08-2017
Özünü qatarın altına atan qadının ərindən açıqlama
Lənkəran rayonunda 4 uşaq anasının özünü hərəkətdə olan yük qatarının altına ataraq intihara cəhd etməsinin bəzi detalları məlum olub.
Muxalifet - 29-08-2017
69 yaşlı kişini maşın vurub - AĞDAMDA
Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Mahrızlı kənd sakini, 69 yaşlı Hümbətov Ziyəddin İsgəndər oğlu yolu keçərkən “VAZ-2107” markalı minik maşınla vurulub. Z. Hümbətov təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdam Polis şöbəsində araşdırma aparılır.Muxalifet - 29-08-2017
“Akkord”un zavodunda gərginlik –FƏHLƏLƏR MAAŞ TƏLƏB EDİR
«Yazıb qapıya yapışdırıb ki, çilingər, qaynaqçı tələb olunur. Bilirsiz niyə hər ay işçi axtarılır? Çünki adamları işlədib aylarla maaşını vermirlər, sonra da elə münasibət göstərirlər ki, fəhlə özü qaçıb gedir».
Bunu AzadlıqRadiosuna «Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyasının Mingəçevir Maşınqayırma Zavodunun fəhlələri deyir.«ŞƏNBƏ GÜNÜ DƏ İŞLƏDİRLƏR»
Muxalifet - 29-08-2017