Qubada 10 yaşlı uşağı avtomobil vurub
29-08-2017 08:31

Piyada ağır xəsarət alıb
Quba rayonunun mərkəzində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
2007-ci il təvəllüdlü Məhəmmədrzayev Məmmədhüseyn Firdovsi oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub.
Nəticədə M. Məhəmmədrzayev ağır xəsarət alıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.