BMT TŞ bu gün KXDR ilə bağlı təcili iclas keçirəcək

Müşavirə axşama nəzərdə tutulub
 
Yaponiya, ABŞ və Cənubi Koreya KXDR-in növbəti ballistik raket sınağı ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması üçün sorğu göndərib.
TASS xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Müşavirə bu gün axşama nəzərdə tutulub.