Axtarış
The search found 105779 results in 0.134 seconds.
Search results
“Qarabağ” braziliyalı üçün 3 milyon təklif etdi
Braziliyalı yarımmüdafiəçi Pedro Enrike “Qarabağ” futbol klubuna keçməyə yaxındır. Virtualaz.org bildirir ki, bu barədə Yunanıstan mətbuatı məlumat verib.
İsveçrənin “Sürix” və Fransanın “Renn” klublarının keçmiş futbolçusu hazırda Yunanıstanın PAOK komandasına məxsusdur. “Qarabağ” yunanlara Pedro Enrike üçün bir illik icarə və sonradan 3 milyon avroya almaq imkanı variantı təklif edib.
PAOK braziliyalı futbolçunu bu ilin yanvar ayında “Renn”dən 1,6 milyon avroya əldə edib. Bu vaxt ərzində o, klubda 16 oyun keçirib və 4 qol vurub.Muxalifet2 - 29-08-2017
Vasif Talıbov sərəncam verdi: "HƏR KƏS "GOMBUL"U OXUMALIDIR..."
Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı müəyyənləşdirilib.
APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.
Siyahıya 30 kitab daxil edilib:Muxalifet2 - 29-08-2017
Şirvanda "KamAZ" aşdı, sürücü öldü
Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, Hacıqabul rayon sakini Ələkbər Gülabbas oğlu Zərbəliyev Şirvan şəhəri ərazisində "KamAZ" markalı yük maşınını idarə edərkən qəfil idarəetməni tirib. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb.
Fakrla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Muxalifet - 29-08-2017
Dərsliklər məktəblərə çatdırılıb – Təhsil Nazirliyi
Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur
2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə paylanılacaq dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.
Şagirdlər və ya şagirdlərin valideynləri müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə edə bilərlər.Muxalifet - 29-08-2017
16 yaşlı oğlan itkin düşüb - BAKIDA
Bakıda 16 yaşlı oğlan itkin düşüb.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini, 2001-ci il təvəllüdlü İqbal Rüstəm oğlu Vəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.Muxalifet - 29-08-2017
50 yaşlı qadın özünü yandırıb - BAKIDA
Bakıda intihar hadisəsi baş verib.
Hadisə paytaxtın Xətai rayonu, M. Hadi küçəsi 11 ünanında qeydə alınıb. Həmin ünvanda yaşayan 50 yaşlı Nüşabə Cəfərova üzərinə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb.
Məlumata görə, N. Cəfərova ruhi xəstə olub.
Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır./apaMuxalifet - 29-08-2017
DƏHŞƏTLİ AÇIQLAMA: Bakıda 8 bal gücündə zəlzələlər ola bilər
“Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər”.
Muxalifet - 29-08-2017
Məktəb direktorundan "ibrətamiz" açıqlama - ““Dux”un varsa, dediklərinin arxasında dayan!”
Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib.
Axar.az-ın redaksiyasına da göndərilən həmin məktubda illərdir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edib.Muxalifet - 29-08-2017
Qubada itən 5 yaşlı uşaq hələ də tapılmayıb - Axtarışa FHN də qoşuldu
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında 5 yaşlı Natiq Əliyev Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində yoxa çıxıb.
“Qafqazinfo” hadisə ilə bağlı yeni məlumatlar əldə edib.Muxalifet - 29-08-2017
Məcburi köçkündən evə görə 3-4 min pul istəyirlər
Tərtər rayonunda məskunlaşmış Kəlbəcər məcburi köçkünü Elməddin Məmmədəliyevin ailəsi mənzil problemi yaşadıqları üçün “Qafqazinfo”ya müraciət edib.
Şikayətçilər bildirib ki, hazırda qaldıqları ev qəzalı vəziyyətdədir. Qaçqın və məcburi köçkünlər üçün tikilmiş binadan mənzil almaq üçün isə 3-4 min manat pul istənilir:
“İllərlə inzibati binada yaşadıq, son iki ildə anamın səhhətinə görə qohum evində qalırdıq. Anam rəhmətə gedəndən sonra yenidən inzibati binaya qayıtmaq istədik, ancaq yerimizə başqaları gəlmişdi.Muxalifet - 29-08-2017
Azərbaycanlıdan rus müğənniyə EVLİLİK TƏKLİFİ
Rusiyanın məşhur ulduzu Anna Semenoviç “Səninlə olmaq istəyirəm” (Хочу быть с тобой) adlı yeni klipini təqdim edib.
Ekran işinin baş qəhrəmanı məşhur azərbaycanlı bloqer Hüseyn Həsənovdur.
Huseyn klipdə sənətçinin sevgilisi rolundadır və sonda Annaya evlilik təklifi edir.
Həsənov mətbuata açıqlamasında gənclik arzusunun reallaşdığını söyləyib:
“Əlbəttə, bir çox oğlanlar kimi mən də Annaya vurulmuşdum. Arzum yerinə yetdi”./qafqazinfo.azMuxalifet - 29-08-2017
“1-ci sinfə gedən uşaq niyə imtahan verməlidir?” - Deputatdan valideynlərə çağırış
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa birinci sinfə gedən uşaqlarla bağlı valideynlərə çağırış edib.
Çağırışda deputat valideynləri Konstitusiyada göstərilən məqamlardan yararlanmağa və övladlarını birinci sinfə qəbul etmək istəməyən şəxslərlə bağlı məhkəməyə müraciət etməyə səsləyib:Muxalifet - 29-08-2017
“Bu, Rusiya xüsusi xidmət orqanlarının törətdiyi bir hadisədir” - POLİTOLOQ
Natiq Miri: “Rusiya bununla demək istəyir ki, bizim törətdiyimiz yanğını Azərbaycan söndürə bilməz”
Muxalifet2 - 29-08-2017
Müsavat funksioneri ABŞ-a birdəfəlik gedib?
İyunun əvvəlindən ABŞ-a gedən Müsavat Partiyası başqanının müavini, yazar Tofiq Yaqublu hələ də paytaxt Vaşinqtondadır.
Tofiq Yaqublu okeanın o tayına işgüzar səfərə getdiyini açıqlamışdı. ABŞ səfərindən iki aya yaxın vaxt keçsə də Tofiq Yaqublu hələ vətənə dönməyib.
Dünən "Yeni Müsavat"ın müxbiri Tofiq Yaqublu ilə əlaqə saxlayıb “Amerikadan geri dönməyi düşünürsünüzmü? Sizi mühacir hesab etmək olarmı artıq?” suallarını ünvanlayıb. Cavabında bildirib ki, səfəri müvəqqətidir və mühacirətə getməyib: “Nə mühacir? Elə şey yoxdur. Bir azdan qayıdıram”.Muxalifet - 29-08-2017
Müsavat seçki islahatları mövzusunda Dəyirmi Masa keçirəcək
Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya daxil olan məlumata görə bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.
Divan üzvü Razim Əmiraslanlı XX əsrin sonunda milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatı münasibəti ilə Fəxri Xiyabanda onun məzarının ziyarət mərasimi barədə məlumat verib.Muxalifet - 29-08-2017
PUTİNLİ VƏ PUTİNSİZ RUSİYA – Əlisa Nicat yazır
...Bütün bunlar Rusiyada ona görə baş verir ki, hakimiyyətdə Putinin despotluğudur
Hər gün NTV –də saat 12-dən 16.00-a kimi açıq siyasi mübahisələr gedir. Bu kanal 20-dən artıq rus telekanalında yeganə salamat qalan açıq siyasi meydandır.Muxalifet2 - 29-08-2017
Bundestaqa seçki: türk namizədlərin sayı rekord sayda
Sentyabrın 24-də Almaniyada Bundestaqa seçkidə 720 mindən çox türk seçici səs verəcək.
Seçkilərdə Bundestaqa 15 türk mənşəli deputatın seçiləcəyi ehtimal olunur. Hazırda Alman parlamentində türk kökənli deputatların sayı 11 nəfərdir.
Lakin budəfəki seçkilərdə türk namizədlərin sayında ciddi artım müşahidə olunur. Bununla belə, bir sıra adlar var ki, onların parlamentə daxil olması heç kimdə şübhə yaratmır.Muxalifet - 29-08-2017
İrəvanda kimya zavodunda yanğın davam edir - YENİLƏNİB - VİDEO
İrəvanda yerləşən “Nairit” zavodunda yanğın davam edir.
Ermənistan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 4 alışma mərkəzindən 3-ü söndürülüb.
****
Ermənistanın paytaxtı İrəvanda “Nairit” kimya zavodunda yanğın başlanıb.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Yanğının səbəbləri barədə məlumat verilməyib. Yanğının söndürülməsi davam edir. Hadisə yerinə 6 yanğınsöndürmə briqadası göndərilib.Muxalifet - 29-08-2017
Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı - Foto
Sabunçu rayon 187 saylı tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Axar.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, artıq məsələ araşdırılır, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
***
Muxalifet - 29-08-2017
Türkiyə prezidentinin Azərbaycana səfər proqramı məlum oldu
Sentyabrın 12-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı məlum olub.
Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, sentyabrın 12-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.Muxalifet - 29-08-2017