Putin sentyabrın 1-də məktəbdə "açıq dərs" keçəcək

Lakin prezidentin cədvəli açıqlanmır
 
Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Yaroslavl məktəblərindən birində "açıq dərs" keçirməyi planlaşdırır.
Bu barədə "Kommersant"a Prezident Administrasiyasına (PA) yaxın mənbə məlumat verib.
Lakin prezidentin cədvəli açıqlanmır.
Adı açıqlanmayan PA rəsmisi təsdiq edib ki, Putin şəhər məktəblərinin birində çıxış etməyi planlaşdırır.