Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
ATƏT-dən ABŞ prezidentinə çağırış: Jurnalistlərə hücumları dayandır!
ATƏT Donald Trampı jurnalistlərə qarşı hücumları dayandırmağa çağırıb; Trampın bəyanatı media azadlığı ilə bağlı ABŞ-ın beynəlxalq öhdəliklərinə ziddir
ABŞ administrasiyası jurnalistlərə qarşı hücumlardan əl çəkməlidir.
Bu barədə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin ABŞ dövlət katibi Reks Tillersona göndərdiyi məktubunda deyilir.
A.Dezir qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda KİV ilə bağlı etdiyi xəbərdarlıq ciddi narahatlıq doğurur.Muxalifet - 29-08-2017
Avtoxuliqanlıq edən sürücü polislə əlbəyaxa oldu
Polisin qanuni tələbinə əməl etməyənlər elə qanun çərçivəsində də cəzalandırılıblar.
Gədəbəydə gənclər rayon ərazisində yol polisinin tələbinə tabe olmadığı üçün həbs ediliblər. Bir neçə gün öncə polislə əlbəyaxa olmaqdan belə çəkinməyən gənclər dəmir barmaqlıqlar arxasında düşdükdən sonra əməllərini xatırlamadıqlarını deyirlər.Muxalifet - 29-08-2017
Ermənilər cəbhəyə əlavə qüvvə toplayır: MÜHARİBƏ EHTİMALI ARTIR
Sosial şəbəkələrdə Ermənistan silah qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağda, cəbhənin mərkəzində əlavə qüvvələrlə güclənməsinin müşahidə edildiyinə dair qeyri-rəsmi məlumatlar yer alır.
Bəziləri hesab edir ki, ötən ilin aprel döyüşlərinin qisasını almağa çalışan ermənilər Azərbaycan ordusunun mövqelərinə hücum əməliyyatlarına hazırlaşır. Havaların getdikcə nisbətən sərinləşməsi isə buna əlverişli şərait yaradır.Muxalifet - 29-08-2017
Avropa Məhkəməsi Azərbaycana aid 4 iş üzrə kommunikasiyaya başlayacaq
Avropa İnsan Hüquqları Məhkəməsi bu ilin sentyabrında dörd iş üzrə kommunikasiyaya başlayacaq. Həmin işlərdən üç iş vəkil Cavad Cavadovun müdafiə etdiyi tanınmış dindarların işidir: Cavid Məmmədov; Zülfüqar Mikayılov; Elman Ağayev. Sonuncu iki şəxs Nardaran işi ilə bağlı həbs olunub və onların şikayətləri bir il öncə Avropa Məhkəməsinə göndərilib.
Bu barədə vəkil Cavad Cavadov bildirib.
Muxalifet - 29-08-2017
"Azərbaycan hökumətinin Qərbin ciddi təpkilərinə məruz qalmaması bağışlanmazdır" - Anar Məmmədli
Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupu bu günlərdə beynəlxalq qurumlara müraciət edərək Azərbaycana sanksiyaların tətbiqini tələb edib. Qurum bunu ölkədə siyasi məhbusların sayının 158-ə yüksəlməsi ilə əsaslandırıb.
İşçi Qrupun üzvü Anar Məmmədli isə Amerikanın Səsi ilə yeni məhbus siyahısını və müraciəti müzakirə edib.
Muxalifet - 29-08-2017
"Mən Putini bu işə cəlb edəcəyəm və biz Donaldı seçdirəcəyik…"
"The Independent" yazır ki, Donald Trump-ın yaxın adamlarından biri Moskvada bina tikintisinə müqavilə almaq üçün Vladimir Putindən kömək əldə etməyə çalışıb.
Bu sövdələşmə Trump-ın prezident seçilməsinə kömək etməliymiş.
Hazırda FTB-nin keçmiş direktoru, indi isə xüsusi prokuror Robert Mueller Trump kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdırır. ABŞ kəşfiyyatı əmindir ki, Rusiya Putinin birbaşa göstərişi ilə ABŞ seçkisini təsirləndirməyə çalışıb.Muxalifet - 29-08-2017
“Putin Qarabağ problemini şəxsən həll etmək istəyir” – Sabiq XİN başçısı
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzVision.az-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti şərh edib, eləcə də Minsk Qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqlandın problemin həllinə dair təklif etdiyi 6 prinsiplə bağlı önəmli məqamlara aydınılıq gətirib. Həmin müsahibəni təqdim edirik:
- Tofiq müəllim, amerikalı həmsədr Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyd etdiyi 6 elementi necə dəyələndirirsiniz?
Muxalifet - 29-08-2017
“Test imtahanlarının ləğvindən söhbət getmir” – Nazir müavini
Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Muxalifet - 29-08-2017
Qatar gənc oğlanın üstündən keçdi - ŞƏMKİRDƏ
Şəmkirdə sərnişin qatarı gənc oğlanı vuraraq öldürüb.
Bakı-Qazax sərnişin qatarı rayonun Zəyəm kəndi ərazisində Sabirkənd kənd sakini, 1998-ci il təvəllüdlü Eyyubov Malik Duman oğlunu vurub. Gənc aldığı xəsarətdən ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.Muxalifet - 29-08-2017
«MƏN BUNA NİFRƏT EDİRƏM…» - Vakant yer seçiminə buraxılmayan gənc müəllim üsyan etdi
Ağdam rayonunun Əfətli kəndindən gənc müəllim Qarayeva Bahar Arzuman qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya, Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Baş nazir Artur Rəsizadəyə, təhsil nazirinə və bir sıra nazirliklərin rəhbərlərinə, bəzi deputatlara, bir sıra xarici ölkə səfirlərinə, ATƏT-in Azərbaycandakı missiyasına və kütləvi informasiya (KİV) rəhbərlərinə ünvanladığı şikayətin bir sürəti də «AzPolitika.info» saytının poçtuna daxil olub.
Bahar xanım yazır:Muxalifet - 29-08-2017
"Kəşfiyyat idarəsi hökumətin əlində olmalıdır" – ƏRDOĞAN
Kəşfiyyatın idarə edilməsi hökumətin əlində olmalıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, əgər hökumət ölkənin kəşfiyyat qüvvələrini idarə etməsə, bu, ciddi problemlərə gətirib çıxaracaq:
“Dünyanın bütün böyük ölkələrində kəşfiyyatın idarəsi hökumətlərin əlindədir”.
Qeyd edək ki, avqustun 25-də Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilmiş qərara dəyişikliklərə əsasən, Türkiyə Kəşfiyyat Xidməti Prezident Administrasiyasına tabe olacaq.Muxalifet - 29-08-2017
AFFA “Qarabağ”ı cərimələdi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub.
“Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub.
“İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib. Paytaxt klubu 200 manat ziyana düşüb.Muxalifet - 29-08-2017
DİM test tapşırıqlarının hazırlanması üçün mütəxəssis axtarır
Dövlət İmtahan Mərkəzi (DİM) test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edib.
Bu barədə DİM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, müqaviləçi ali təhsil müəssisələrinin bakalavriat və müxtəlif ixtisas istiqamətləri üzrə magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını hazırlamaq üçün qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:Muxalifet - 29-08-2017
20 kiloqram tiryək TUTULDU
Cəlilabad rayon sakinindən 20 kiloqrama yaxın tiryək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyevdən 19 kiloqram 705 qram tiryək götürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb./apaMuxalifet - 29-08-2017
Xadimə qadın işlədiyi evdən oğurluq edib - BAKIDA
Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlhamə Əliyeva tutulub
Bakıda xadimə qadın işlədiyi yerdən oğurluq edib.
Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayonun M.Cəlal küçəsindəki evlərdən birindən 2000 manat və 200 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən Bakı şəhər sakini İlhamə Əliyeva tutulub./reportMuxalifet - 29-08-2017
Ermənistanın müdafiə nazirinin müavini vəzifəsindən azad edilib
Bu barədə ölkə prezidentinin mətbuat xidmətindən məlumat verilib
Ara Nazaryan Ermənistanın müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 29-08-2017
Polis cibgir qadını yaxaladı - 390 MANAT OĞURLAYIB...
Quba rayon sakininin cibindən pul oğurlayan qadın tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 19-da rayon sakini Elçin Fərhadovun cibindən 390 manat pul oğurlamaqda şübhəli bilinən Amsar kənd sakini Aynurə Lalayeva saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.Muxalifet - 29-08-2017
Gürcüstanda NATO-nun növbəti hərbi təlimləri keçiriləcək
Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimləri keçiriləcək.
Gürcüstanın Müdafiə Nazirliyini verdiyi xəbəra görə, təlimlər 3-11 sentyabr tarixində Orpolo hərbi poliqonu və leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq.
Təlimlərdə Gürcüstan hərbçiləri ilə yanaşı ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri də iştirak edəcək.Muxalifet - 29-08-2017
Oğuz və Qəbələ meşələrində yanğın: Söndürülmək üçün helikopterlər cəlb edilib
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub.
FHN-nin saytının verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb.Muxalifet - 29-08-2017
“Allahşükür Paşazadə, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq” - Deputat
“Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxüilislamı olsun”.
Modern.az xəbər verir ki, bu sözləri Allahşükür Paşazadənin qudası, Milli Məclisin deputatı Qalib Salahzadə deyib.Muxalifet - 29-08-2017