Axtarış

The search found 105779 results in 0.015 seconds.

Search results

  1. Almaniya nəşri: “Qurban Qurbanova heykəl qoyulacaq”

    Xarici kütləvi informasiya vasitələri builki Çempionlar Liqasının əsas sensasiyası – Azərbaycanın “Qarabağ” klubunun qrup mərhələsinə vəsiqə qazanması barədə yazılarını davam etdirirlər.
     
    Virtualaz.org xəbər verir ki, Almaniyanın Fussball.com futbol portalı “Qarabağ”, komandanın təmsil etdiyi Ağdam şəhəri və Azərbaycanın bu bölgəsinin işğalı barədə qeydlərindən sonra yazıb:

    Muxalifet - 28-08-2017

  2. İsmayıllıda terrorçu məhv edildi - DTX ƏMƏLİYYAT KEÇİRDİ

    Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan vətəndaşı Cavadov Yaşar Oktay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib.
     

    Muxalifet - 28-08-2017

  3. Eldar Mahmudovun əmisi oğlu məhkəmə zalından azadlığa buraxıldı

    Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib
     
    Nəsimi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən “Azərtürkbank” ASC-nin Bakı filialının sabiq müdiri İlham Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Hökmə əsasən, İ.Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 1000 manat cərimə olunub.

    Muxalifet - 28-08-2017

  4. Mehman Əliyev apellyasiya şikayəti verib

    "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verilib.
     
    Bunu APA-ya vəkil Fuad Ağayev deyib. O bildirib ki, şikayət Yasamal Rayon Məhkəməsinin qərarından verilib.
    İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

    Muxalifet - 28-08-2017

  5. Maştağada 53 yaşlı kişi əncir ağacından yıxılaraq ölüb

    Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
     
    Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1964-cü il təvəllüdlü Xalıb Bahadur oğlu Xalıbov əncir ağacından yıxılaraq ölüb.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-08-2017

  6. Partlayışda yaralananlardan sonuncusu evə buraxılıb

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğınla müşayiət olunan partlayışda yaralananlardan sonuncusu da evə buraxılıb.
     
    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən gün baş verən hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alan 6 nəfər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
     Hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra dünən buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılıb.

    Muxalifet - 28-08-2017

  7. Tramp Moskvada göydələn tikdirmək istəyib - Vaşinqton Post

     “Vaşinqton Post” qəzeti ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası zamanı Moskvada “Tramp Tover” tikmək istəyi olduğuna dair iddia ilə çıxış edib.
     
    Rusiya mənşəli amerikalı biznesmen Feliks Seter Trampın şirkəti ilə Moskvada “Tramp Tover” göydələninin tikintisini müzakirə edib. “Vaşinqton Post” mənbəyə istinadla Feliks Seterin Trampı Moskvaya dəvət etdiyini, lakin biznesmenin qarşı tərəfdən razılıq ala bilmədiyini yazıb.
    Ağ Ev və prezidentin vəkili Maykl Koen nəşrin iddiasını şərh etməyib.

    Muxalifet - 28-08-2017

  8. “Partlayışla bağlı özfəaliyyəti təcili dayandırın” – Millət vəkili

    Bakı-Quba yolu yaxınlığında N saylı hərbi hissədə silah anbarındakı partlayışla bağlı hər kəsi özfəaliyyəti təcili dayandırmağa çağırıram. Ehtiyatsız verilən xəbər və ya şəkil düşmən Ermənistan üçün qiymətli tapıntıdır.
     
    Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib.

    Muxalifet - 28-08-2017

  9. İsraildən BMT-yə qarşı radikal addım

    İsrail daha BMT-nin düşünülmüş münasibətinə dözmək niyyətində deyil və bu təşkilatın maliyyələşməsini dayandırmağa hazırdır.
     
    Bu barədə yəhudi dövlətinin Xarici İşlər nazirinin müavini Tsipi Xotovelinin “The Times of Israel” qəzetində dərc olunmuş müsahibəsində bildirilib.
    O qeyd edib ki, müvafiq mövqe avqustun 28-29-da İsrailə səfəri zamanı BMT-nin Baş katibi Antonio Quterrişə çatdırılacaq.

    Muxalifet - 28-08-2017

  10. ABŞ-ın Rusiyaya qarşı MƏHVEDİCİ PLANI

     “Rusiya Donbasda vəziyyəti dondurmaq istəyir. Ancaq bunun Moskva üçün ciddi beynəlxalq nəticələri olacaq”.
     
     “Röyters” agentliyi xəbər verir ki, bunu Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker deyib.
    Amerikalı diplomat güman edir ki, Rusiya Ukraynanın şərqindəki münaqişənin dondurulmasında maraqlıdır.
    “Bu halda Rusiya Federasiyası tam təcrid vəziyyətində olacaq. Ölkə diplomatik və iqtisadi münasibətlər sistemindən atıla bilər”, - Volker bildirib.

    Muxalifet - 28-08-2017

  11. Bakıda döyülüb küçəyə atılan 4 yaşlı uşaqla bağlı DƏHŞƏTLİ FAKTLAR (YENİLƏNDİ)

    Avqustun 26-da Nərimanov rayonunda 18-ci polis bölməsinin əməkdaşları tərəfindən küçədə tapılan uşağın valideynlərinin kimliyi məlum olub.
     
    Bu barədə Publika.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
    Onun sözlərinə görə, valideynlər uşaqlarının itkin düşmələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər:

    Muxalifet - 28-08-2017

  12. Trofimçuk: “Qarabağ savaşı başlasa, Naxçıvan...”

    Cənubi Qafqazda genişmiqyaslı müharibə ehtimalı böyükdür.
     
    Bunu “1in.am” saytına müsahibəsində rusiyalı politoloq Qriqori Tromfimçuk söyləyib. Onun sözlərinə görə, Qarabağ konflikti yenidən qızışsa, o zaman Naxçıvan istiqamətində də hərbi əməliyyatlar müşahidə oluna bilər.
    Ekspert Azərbaycanın Naxçıvanın önəmini çox gözəl anladığını bildirib:
    “Azərbaycan Naxçıvanın önəmi ilə yanaşı, onun zəif tərəflərini də gözəl anlayır. Ona görə də Bakı özünün təhlükəsizlik nöqteyi-nəzərindən doğru davranaraq Naxçıvanın müdafiəsini gücləndirir.

    Muxalifet - 28-08-2017

  13. Azərbaycanlı deputat: “İranın təhlükəsizliyini biz təmin edirik”

    Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur İran Təhsil Nazirliyinin müəllimlik peşəsinə qəbul olmaq üçün irəli sürdüyü irqçi şərtlərə etiraz edib.
     
    Deputat öz etirazını İnstaqram səhifəsi vasitəsilə dilə gətirib.
    “Bu ölkənin təhlükəsizliyini ləhcəsi olan kişilər təmin edir. İranın müdafiəsi məsələsi gündəmdə olduğu zaman, kimsədən onun ləhcəsi barədə soruşulurmu?!”- deyə o bildirib.

    Muxalifet - 28-08-2017

  14. "Mənə qarşı gülməli ittiham hazırlanır" - SAAKAŞVİLİ

    Gürcüstan və Ukrayna hökumətlərinin razılaşmasına əsasən mənə qarşı dövlət çevrilişinə təşəbbüs maddəsi ilə cinayət işi hazırlanır.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, tərəflər cinayət işi haqqında ilk açıqlamanı sentyabrın 10-da verməyə hazırlaşırlar.
    Saakaşvili ona qarşı irəli sürüləcək maddənin çox gülməli olduğunu bildirib.

    Muxalifet - 28-08-2017

  15. ABŞ-İsrail danışıqları başladı: Səfirlik Qüdsə köçürülür

    ABŞ və İsrail Tel-Əvivdə yerləşən ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı danışıqlara yenidən başlayıb.
     
    Bu barədə “Tayms of İsrail” informasiya yayıb.

    Muxalifet - 28-08-2017

  16. Müdafiə Nazirliyindən partlayışla bağlı SON AÇIQLAMA

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla bağlı yaradılmış qərargahın toplantısı keçirilib.
     

    Muxalifet - 28-08-2017

  17. Timoşenko saç düzümünü dəyişdi - FOTO

    Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko illər sonra saç düzümünü dəyişib.
     
    Timoşenko yeni saç düzümü ilə Ümumdünya Ukraynalılar Konqresində iştirak edib.
    Eks-baş nazirin yeni saç düzümü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Muxalifet - 28-08-2017

  18. "İran müharibəyə başlamaq istəyir" - NETANYAHU

    İran İsrailə qarşı müharibəyə başlamaq niyyətindədir.
     
    Bunu Kanal-20-yə müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, İran hazırda Suriyada İŞİD terror təşkilatından təmizlənən yerlərə öz qruplaşmalarını yerləşdirir.
    Netanyahu İranın bu addımlarının bölgə üçün böyük təhdid olduğunu bildirib.

    Muxalifet - 28-08-2017

  19. Qafqaz şeyxi erməni katalikosu ilə görüşəcək

    Azərbaycan, Ermənistan və Rusiyanın mənəvi liderləri Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı yenidən görüşməyi planlaşdırırlar.
     
    Bunu jurnalistlərə açıqlamasında Erməni Apostol Kilsəsinin mətbuat katibi Ter Vaqram Məlikyan söyləyib. O, görüşün sentyabrın 8-də baş tutacağını bildirib.
    Qeyd edək ki, indiyə qədər tərəflər arasında Qarabağın həlli ilə bağlı 5 dəfə görüş keçirilib.

    Muxalifet - 28-08-2017

  20. Astarada 36 yaşlı kişi özünü asıb

    Valeh Qrucovun əsəb xəstəsi olduğu, psixi durumunun qeyri-normal olduğu bildirilib
     
    Astarada 36 yaşlı kişi intihar edib.
    Rayonun Sım kənd sakini, 1981-ci il təvəllüdlü Orucov Valeh Nəcibəddin oğlu yaşadığı Küləgilan kəndində özünü asıb. 
    Mərhumun həyat yoldaşı bildirib ki, V.Orucov gecə evdə olmayıb. Səhər onu həyətdə asılı vəziyyətddə tapıblar.
    V.Qrucovun əsəb xəstəsi olduğu, psixi durumunun qeyri-normal olduğu bildirilib. 
    Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.  

    Muxalifet - 28-08-2017

Pages