Avtobus 35 yaşlı qadını vurub - BAKIDA

Piyada ağır xəsarət alıb
 
Bakının Xətai rayonunda sərnişin avtobusu orta yaşlı qadını vurub.
Hadisə 1982-ci il təvəllüdlü Qeybullayeva Ceyhunə Əsədulla qızı Fəhlə prospektində yolu keçmək istəyən zaman baş verib.
Qəzanı özəl şirkətlərdən birinə məxsus sərnişin avtobusu törədib. Qadın ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Sürücünün izahatı alınıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır./report