Axtarış

The search found 105779 results in 0.027 seconds.

Search results

  1. Lənkərandan müəllimlik müsahibəsinə gələrkən yoxa çıxan qız tapıldı

    Bakıda yoxa çıxdığı deyilən gənc qız tapılıb. Bu barədə məlumatı “Qafqazinfo”ya Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova verib.
     
    O bildirib ki, Şəbnəm Abbasova imtahana gedən zaman yolda yıxılıb, ayağı zədələnib:
    “Mən atası ilə əlaqə saxladım, evindədir və itkin düşməsi ilə bağlı bir məlumat yoxdur. Ayağı zədələndiyi üçün müsahibədə iştirak edə bilməyib”.
    Xatırladaq ki, Lənkəran sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

    Muxalifet - 28-08-2017

  2. Müştərilər "Nurgün-Motors"dan narazıdır - "SİZİ DƏ ALDADACAQLAR"

    Azərbaycanda “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan "Nurgun Motors" şirkətindən narazılıqlar günü-gündən artır.
     
    Bir çox hallarda köhnə avtomobillərin yeni adıyla satılması, kredit və lizinq faizlərinin hədsiz yüksək olması, alıcıya məcburi "Rəvan sığorta"nın sırınması, servis qiymətlərinin dəfələrlə baha olması və sair amillər nəticəsində bu şirkətin bazardakı imicini tamamilə məhv edib.

    Muxalifet - 28-08-2017

  3. Fransa prezidentinin həyat yoldaşı ilk müsahibəsini verdi –Jurnal satış rekordu vurdu+ FOTO

    Fransanın “Elle” jurnalı birinci xanım Bricit Makron ilə müsahibə dərc edib.
     
    Məhz bu müsahibəyə görə jurnal 530 min ədəd satılaraq son 10 ilin rekordunu qırıb.
     CNN telekanalı xəbər verir ki, jurnalın satışı hələ də davam edir. On səhifəlik müsahibə 30 milyon insan tərəfindən oxunub və sosial mediada paylaşılıb.

    Muxalifet - 28-08-2017

  4. Ermənistan hərbçilərini Suriyaya göndərir –İrəvan Rusiyanın yaratdığı koalisiyaya qoşulub

    Ermənistan Suriya ərazilərinin minadan təmizlənməsi ilə bağlı yaradılan beynəlxalq koalisiyasiyada iştriak etmək üçün müraciət edib.
     
    Strateq.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin idarə rəisi Aleksandr Novikov bildirib. Onun sözlərinə görə, hazırda Suriya ərazilərinin minadan təmizləmək üçün koalisiyanın yaradılması üçün iş aparır: “Müvafiq müraciət İrana, Misir, Serbiya, Ermənistan, Türkiyə, BƏƏ-yə göndərilib. Ermənistan və Serbiya öz birləşmələrini göndərməyə hazırdırlar”-deyə Novikov bildirib.

    Muxalifet - 28-08-2017

  5. Vəkil Fuad Ağayevin Mehman Əliyevlə bağlı müraciəti

    Avqustun 25-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin veb-saytında Media və Kommunikasiya Mərkəzinin ""Turan İnformasiya Agentliyi" MMC-də yol verilmiş qanunsuzluqlar ifşa edilmişdir" başlıqlı məlumatı dərc olunmuşdur.
     

    Muxalifet - 28-08-2017

  6. ​Nazirlər parkda ÇƏRPƏLƏNG UÇURTDULAR – FOTOLAR

    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuş tədbirə qatılıb.

    Muxalifet2 - 28-08-2017

  7. "Turan" agentliyində sənədlərin müsadirəsi davam edir

    Avqustun 28-də "Turan" agentliyinin demək olar ki, bütün əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsində dindirməyə çağırılıblar.
     
    Onları agentliyə qarşı vergilərdən yayınma ittihamı üzrə dindiriblər.
    Eyni zamanda, axşama yaxın vergi orqanlarının əməkdaşları agentliyin son bir neçə illik sənədlərini müsadirə etmək məqsədilə agentliyə gəliblər.
    Xatırladaq ki, bir neçə gün əvvəl agentlikdə artıq axtarış aparılıb və sənədlər və təşkilati texnika müsadirə edilib.

    Muxalifet - 28-08-2017

  8. Böyük Britaniya XİN Mehman Əliyevin həbsindən narahatdır

    Böyük Britaniya Azərbaycan hakimiyyətini azad ifadə və ədalətli məhkəmə hüququnu təmin etməyə çağırır.
     
    Turan agentliyinə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi və agentliyin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar Xarici işlər nazirliyinin mətbuat katibi deyib:
    "Böyük Britaniya Turan agentliyinə qarşı cinayət işindən və agentliyin direktorunun həbsindən narahatdır.
    Hadisələrin bu şəkildə inkişafı bu əməllərin siyasi motivləri, ifadə azadlığının və müstəqil KİV-in fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar narahatlıq doğurur.

    Muxalifet - 28-08-2017

  9. Avropalaşaq, modernləşək, yoxsa özləşib türkləşək?! - AYNUR TALIBLI YAZIR

     
     
    Siz də, mən də tez- tez bu ifadələri eşidirik: "avropalaşmaq" və "modernləşmək". Bu, kimə, nəyə, nə üçün, lazımdır? Ümumilikdə bu anlayış nədir və toplumda necə anlaşılır? Digər tərəfdən "Türkləşmək", yəni "özləşmək" - özümüzə dönmək bizə nə qazandırar  və həyatımızı necə dəyişər? Bu yazımda bu kimi suallara cavab tapmağa çalışacağam. Bu cavabları araşdırarkən Avropanın öz yazarlarının, düşünürlərinin yazılarına və düşüncələrinə müraciət edəcəyəm.
    Öncəliklə “"modernləşmə" necə meydana gəldi” sualına cavab tapaq və anlamı ilə əlaqədar fikirlərə diqqət yetirək:

    Muxalifet2 - 28-08-2017

  10. Danışa və yeriyə bilməyən əlili məcburən məhkəməyə apardı – DSMF-nin ZƏRDAB ŞÖBƏSİNİN MÜDİRİ HAQDA ŞOK FAKTLAR

    Zərdab rayonu Bıçaqçı kənd sakini Əbülhəsənli Zaur Ağahəsən oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Müəllif DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevdən şikayətçidir:
    “Qeyd edim ki, DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev məndən və yataq xəstəsi olan 1-ci qrup əlil qardaşım Fəriddən əl çəkmək istəmir.

    Muxalifet2 - 28-08-2017

  11. Milyarder Fərhad Əliyevin cangüdəni və Göyçayın icra başçısından ŞİKAYƏT – SAKİNLƏR ETİRAZ EDİR

    “Mehdi Səlimzadənin tamahına görə biz özümüzü öldürmə həddindəyik”

    Muxalifet2 - 28-08-2017

  12. Biləsuvarda 22 yaşlı gənc özünü asaraq intihara cəhd edib

    Biləsuvar rayonunda 22 yaşlı gənc intihara cəhd göstərib.
     
    Hadisə şəhərin Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.
    Belə ki, 1995-ci il təvəllüdlü Firudin Rasim oğlu Mirzəyev yaşadığı evdə özünü asaraq intihara cəhd edib. Ancaq son anda atası tərəfindən xilas edilərək Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
    İntiharın səbəbləri hələlik məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-08-2017

  13. Erməni əsgəri vəhşicəsinə döyülüb

    Artur Bağdasaryanın sağalana qədər valideynləri ilə görüşməsinə də imkan verilmir
     
    Ermənistanın hərbi qulluqçusu Artur Bağdasaryan vəhşicəsinə döyülüb.
    Ermənistan KİV-i xəbər verir ki, avqustun 27-də Azərbaycanın erməni işğalı altındakı Ağdərə rayonu istiqamətində yerləşən düşmən ordusunun təlim mərkəzində insident baş verib.

    Muxalifet - 28-08-2017

  14. Balakəndə zorakılığa məruz qalan 12 yaşlı qızla bağlı məsələ araşdırılır – Dövlət Komitəsi

    Aynur Veysəlova: “Yeniyetmə reabilitasiya prosesi keçməlidir”
     
    “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Balakən rayonunda zorakılığa məruz qalan 12 yaşlı qızla bağlı məsələni araşdırır”.
    Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

    Muxalifet - 28-08-2017

  15. ABŞ Dövlət Departamentində istefa dalğası davam edir

    Beynəlxalq Təşkilatlar Bürosunun direktoru vəzifəsini icra edən Enn Yakobsen postundan gedib
     
    ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi, ABŞ-ın BMT və digər beynəlxalq təşkilatlardakı siyasətində məsul şəxs olan Enn Yakobson vəzifəsindən istefa verib.
    "Foreign Policy" jurnalına istinadən xəbər verir ki, 52 yaşlı E.Yakobsenin Beynəlxalq Təşkilatlar Bürosunun direktoru vəzifəsinin müvəqqəti icraçısı postundan gedişi ABŞ-da yüksək vəzifəli məmurların istefasının davamıdır.

    Muxalifet - 28-08-2017

  16. Qaynını küt alətlə qətlə yetirib, meyitini həyətdə basdırdı

    Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
     
    Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən növbəti dəfə peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Xəzər rayonunda törədilmiş qətlin üstü açılıb.
    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

    Muxalifet - 28-08-2017

  17. Nazirlik Ququşla bağlı açıqlama verdi

    Mədəniyyət və Turizm Nazirliyi azərbaycan əsilli İran müğənnisi Ququşun Azərbaycanda konsert verməsinə qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib.
     
    Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı sensasiya xarakterli məlumatlar yer alıb.

    Muxalifet - 28-08-2017

  18. İki avtomobil toqquşdu - 5 nəfər yaralandı

    Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
     
    Hadisə rayonun Çardaxlı kəndində qeydə alınıb.
     "VAZ 2106” və "Niva” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır, digərlərinin normal olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir.
     Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet - 28-08-2017

  19. “Putinə Qarabağdan cəmi bir neçə kəlmə danışdım...”

    Ermənistan prezidenti Serj Sərkisyanın ümumerməni gənclər düşərgəsinin iştirakçıları ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə Soçidə keçirilmiş görüşündən də sual verilib.
     
     Virtualaz.org xəbər verir ki, iştirakçılardan biri Sərkisyandan soruşub: “O doğrudurmu ki, sizin Soçidə Putinlə görüşünüzdə Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi də müzakirə olunub?”

    Muxalifet - 28-08-2017

  20. Ermənistanda tələbələr də ayağa qalxır

    Erməni tələbələr tərəfindən Facebook sosial şəbəkəsində “Ölkəmizin sahibi bizik” təşəbbüsü ilə “dərs və iş tətili” adlı event yaradılıb.
     
    Erməni KİV-in yazdığına görə, eventdə, digər sahələrdə olduğu kimi, sentyabrın 1-dən etibarən orta məktəblərdə və ali təhsil müəssisələrində tətillərə başlamaq təklif olunur.
    Bildirilir ki, Ermənistanda tələbələrin genişmiqyaslı aksiyası sentyabrın 1-dən mütəşəkkil hal alacaq. Etirazçı tələbələr meydanda aksiyanı sistemləşdirmək üçün hər fakültədən bir qrup təşkil edəcəklər.

    Muxalifet - 28-08-2017

Pages