Axtarış

The search found 105779 results in 0.015 seconds.

Search results

  1. İrəvanda kimya zavodu yanır - VİDEO

    Ermənistanın paytaxtı İrəvanda “Nairit” kimya zavodunda yanğın başlanıb.
     
    Ermənistan KİV xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
    Yanğının səbəbləri barədə məlumat verilməyib. Yanğının söndürülməsi davam edir. Hadisə yerinə 6 yanğınsöndürmə briqadası göndərilib./publika.az

    Muxalifet - 28-08-2017

  2. İsmayıllıda məhv edilən terrorçu ilə bağlı YENİ XƏBƏR: "Dostu bazara qumbara atmışdı"

    İsmayıllı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Məhərrəm Əhmədov azvision.az-a bildirib ki, xüsusi əməliyyat zamanı məhv edilən ekstremist 1993-cü il təvəllüdlü Cavadov Yaşar Oktay oğlu əslən rayonun Qalacıq kəndindənir.
     

    Muxalifet - 28-08-2017

  3. Erməni tarixçi: Bizim dövlətimiz olmayıb, heç vaxt! - VİDEO

    Xarkovda yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və blogger Filipp Ekozyants Yutubda “Erməni köçü” adlı maraqlı bir videorolik yerləşdirib. Daha sonra o, çıxışını sosial şəbəkələrdəki səhifələrində paylaşıb.
     
    Musavat.com video-çarxın aktuallığını, o sırada soyqırım iddiaları, qonşu xalqlara qarşı ərazi iddiaları və erməni xalqının qədimliyi ilə bağlı miflərin bir erməni ictimai xadimin dilindən ifşa edildiyini nəzərə alıb, çıxışın tam tərcümə mətnini oxucuların diqqətinə çatdırır:

    Muxalifet - 28-08-2017

  4. Portuqaliyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

    Portuqaliya parlamentinin üzvü Rubini Berardinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-nə dəvət olunub, məsələ ilə bağlı Azərbaycanın narahatlığı ifadə olunub.
     
    Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev portuqaliyalı parlamentarın bu ayın ortalarında Dağlıq Qarabağa qanunsuz səfəri etməsi və görüşlər keçirməsini şərh edərkən deyib.

    Muxalifet - 28-08-2017

  5. Türk nazirə təhdid: Anadolunu məhv edərik

    Almaniya üçün Alternativ Partiyasının federal seçkilərdə əsas namizədi Aleksandr Qauland türk əsilli İmmiqrasiya və İnteqrasiya naziri Aydan Özoğuzu sərt şəkildə təhdid edib.
     
    Bu barədə yerli FAZ qəzeti informasiya yayıb.
    Məlumata görə, Qauland Aydan Özoğuzun miqrantları müdafiə edən çıxışına qarşı sərt şəkildə “Anadolunu məhv edərik” ifadəsini səsləndirib.
    Qeyd edək ki, Almaniya üçün Alternativ Partiyası islam düşmənliyi və miqrantlara qarşı sərt mövqeyi ilə federal seçkilərdə səs toplamağa çalışır.

    Muxalifet - 28-08-2017

  6. Jurnalistin apelyasiya şikayəti təmin edilmədi

    Həbsdə olan Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində olan hökmdən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
     
    Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Fikrət Fərəməzoğlunun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması, əlavə şahidlərin dindirilməsi və digər vəsatətlərlə çıxış edib.
    Vəkilin vəsatətlərinin heç biri təmin olunmayıb.
    Məhkəmə baxışı sentyabrın 11-nə təyin edilib.

    Muxalifet - 28-08-2017

  7. Tibb işçisi 80-dən çox xəstəni öldürdü

    Almaniyada tibb işçisi (tibb qardaşı) 80-dən artıq insanın ölümündə şübhəli bilinir.
     
    Bundan əvvəl tibb işçisi Nils Heyqel iki xəstənin öldürülməsi ittihamı ilə mühakimə edilib və 2015-ci ilin fevralında ömürlük azadlıqdan məhrum edilib.
    N.Heyqel bəyan edib ki, Delmenhorst və Oldenburq şəhərlərində yerləşən xəstəxanalarda reanimasiya şöbələrində 90-a qədər xəstəni dozadan xeyli artıq dərman verərək öldürüb.
    Xüsusi komissiyanın araşdırmaları nəticəsində 84 ölüm halı müəyyən edilib.

    Muxalifet - 28-08-2017

  8. “BU HƏBS SİYASİ SİFARİŞ TƏSƏVVÜRÜ YARADIR” – İlyas İsmayılov

     “Nüfuzlu ictimai-siyasi xadimləri, jurnalistləri müxtəlif sübuta yetirilməmiş ittihamlarla həbs etmək cəmiyyətdə xof yaratmaq siyasətinə qulluq edir”.
     
    Ovqat.com xəbər verir ki, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru, sabiq Respublika Prokuroru İlyas İsmayılov “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbs olunmasını şərh edərkən belə deyib.

    Muxalifet - 28-08-2017

  9. ​Ağdaş rayon icra başçısı müavininin oğlu həbs olundu - YENİLƏNİB

    Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə  orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 gün müddətinə həbs edilib.
    Muxalifet.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbələr haqqin.az saytına bildirib.
    Ağdaş rayon məhkəməsi bir gün əvvəl törətdiyi qəzadan sonra İlqar Həsənovun inzibati həbsinə dair qərar verib.

    Muxalifet2 - 28-08-2017

  10. İslam Kərimovun qızı vəzifəsindən imtina edir

    Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillayeva yaxın vaxtlarda ölkəsinin YUNESKO yanındakı daimi nümayəndəsi postundan imtina edəcəyi ilə bağlı açıqlama verib.
     
    Özbəkistan KİV-in məlumatına görə o jurnalistlərə bunu səbəblərini izah edib.
     “Bu addımı şəxsi həyatım, layihələrim və İslam Kərimov Fondu ilə bağlı planlarıma görə atıram” –deyə Kərimova Səmərqənddə keçirdiyi mətbuat konfransında deyib.

    Muxalifet - 28-08-2017

  11. Türkiyə vətəndaşının idarə etdiyi “Volva” yük maşını minik avtomobili ilə toqquşub – ÖLƏN VAR

    Türkiyə vətəndaşı qəza törədib, ölən və xəsarət alanlar var
     
    Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Bu gün rayonun Atakişili kəndində Türkiyə vətəndaşı Seyfəddin Oksunun idarə etdiyi "Volva" markalı yük maşını 1958-ci il təvəllüdlü Vahid Tofiq oğlu Mehdiyevin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub.

    Muxalifet - 28-08-2017

  12. Əkrəm Əylisli Mehman Əliyevin müdafiəsinə qalxdı: "Onun 3 ay saxlanılmasının özü ədalətsizlikdir"

    Tanınmış Azərbaycan yazıçısı Əkrəm Əylisli “Turan” İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevin həbsinə münasibət bildirib. "Azadlıq" radiosunun suallarına cavabında o, Mehman Əliyevi "təmiz və vicdanlı adam" kimi xarakterizə edərək, onun həbsdə saxlanmasını "ədalətsizlik" adlandırıb.
    Muxalifet.az həmin müsahibəsini təqdim edir
    :
    – Əkrəm müəllim, “Turan”İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevin həbsinə münasibətiniz necədir?

    Muxalifet2 - 28-08-2017

  13. “İnfarkt və xərçəngin qarşısını alan möcüzə dərman” elan edildi

    "Möcüzə dərman" çox bahadır
     
    "The Telegraph" yazır ki, minlərlə infarktın və xərşəng ölümlərinin qarşısını alacaq möcüzə preparat növünün hazırlandığı elan edilib.
    Yeni dərmanlar infarktların qarşısını 25 faiz, xərçəng şişlərinin qarşısını isə yarıbayarı ala bilir. Bu preparatlar həm də podaqra və artritlərin qarşısına ala bilir.
    Məqalədə deyilir ki, milyonlara insana ürək qüsurları riskinin qarşısının alınması üçün statinlər verilir, halbuki infarkt keçirənlərin yarısında yüksək xolesterol qeydə alınmır.

    Muxalifet - 28-08-2017

  14. ABŞ dövlət katibi: "Tramp özü üçün danışır"

    "The Guardian" qəzetinin yazdığına görə ABŞ dövlət katibi Rex Tillersonun dediyindən belə çıxıb ki, adamlar "prezidentin danışdıqlarına çox da fikir verməməlidirlər".
     
    Onun dediyindən həm də belə başa düşmək olar ki, Charlottesville şəhərində baş vermiş zorakılıqlar barədə verdiyi reaksiyadan sonra Trump "Amerika dəyərlərini" təmsil etmir.
    Tillerson bazar günü Fox News kanalına deyib ki, "prezident özü üçün danışır".
    Tramp bir nəfərin həlak olduğu və onlarca insanın xəsarət aldığı bu zorakılığın məsuliyyətini "bütün tərəflərin" üzərinə qoyub.

    Muxalifet - 28-08-2017

  15. Hakimlər Akif Çovdarovu təbrik etdi

    Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarovun 65 yaşı tamam olub.
     
    General yubileyini məhkəmə zalında qeyd edib. Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə dəstənin məhkəməsi keçirilib.
    Vəkillərin müdafiə çıxışı etdiyi iclas başlayarkən hakimlər kollegiyası Akif Çovdarovu yubileyi münasibəti ilə təbrik ediblər. General isə təşəkkür edərək “nə ad günü? İki ildir imkan verirlər ki, ad günümü keçirəm?” deyərək reaksiya verib.
    Sonra proses davam etdirilib.

    Muxalifet - 28-08-2017

  16. “Standard İnsurance” şirkətində erməniləri kim işə götürür?

     “Standard İnsurance” sığorta şirkətinin Gürcüstan bazarındakı törəmə şirkəti olan “Standard İnsurance Georgia” ilə bağlı maraqlı məlumat daxil olub.
     
    “Standard İnsurance Georgia” şirkətində çox sayda erməni işləyir. Bu iddiaları təsdiqləyən görüntülərdə Teymuraz Simonyan adlı erməni işçisinin imzası, həmçinin erməni Simonyanın sığorta şirkətinin rəsmi e-mailindən istifadə etdiyi əks olunub. Teymuraz Simonyanın şirkət e-maili ilə yazışmasında vəzifəsinin satış koordinatoru olduğu aydın olur.

    Muxalifet - 28-08-2017

  17. Oğlu adam öldürən icra başçısının müavini: "Günahı varsa, cəzasını çəkəcək"

    Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov oğlu Elmir İbadovun ağır yol qəzası törətməsindən danışıb.
     
    O, A24.az-a açıqlamasında bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil:

    Muxalifet - 28-08-2017

  18. Nazpərinin oğurlanmış seyfi tapıldı: Pullar, qızıllar...

    Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan şəxslər saxlanılıblar.
     
    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
    Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərə vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.

    Muxalifet - 28-08-2017

  19. "Avropa İttifaqı təhlükəsizlik baxımından NATO-dan asılıdır" - Stoltenberq

    NATO kollektiv müdafiənin zəmanətidir və Avropa alyansdan asılıdır
     
    "Avropa İttifaqı təhlükəsizlik baxımından NATO-dan asılıdır və alyanssız keçinə bilməz".
    RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Polşanın "Reçpospolita" qəzetində dərc olunan müsahibəsində deyib.
    Avropanın ümumi müdafiə siyasətinə toxunan Y.Stoltenberq onun NATO-ya rəqib yox, tamamlayıcı alət olmasının zəruriliyini bildirib.

    Muxalifet - 28-08-2017

  20. Prezidentin köməkçisi ordenlə təltif edilib

    Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
     
    Prezident İlham Əliyev sərəncamı ilə N. Əmirov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

    Muxalifet - 28-08-2017

Pages